“Müharibə başlayanda ürəyimə damdı ki, iki zabit oğlumdan biri şəhid olacaq...”
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də xüsusi təyinatlı qüvvələrin kapitanı Kamil Şirinovdur. O, 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində hərbçi ailəsində anadan olub. Atası Əliş kişi sovet dövründə Rusiyada hərbi aviasiyada qulluq edib. Amma 1992-ci ildə torpaqlarımızda müharibə getdiyi vaxt ailəsi ilə birgə vətənə qayıdıb. 1992-1993-cü illərdə Fizuli və Tovuzun Əlibəyli kəndi istiqamətindəki döyüşlərdə iştirak edib. 1997-ci ildə ehtiyata buraxılıb.
Əliş kişinin hərbçi peşəsi onun oğulları Kamil və Samirə də sirayət edib. Ailənin iki övladından kiçiyi olan 26 yaşlı Samir Şirinov hazırda Silahlı Qüvvələrimizin zabitidir. Quru qoşunların hərbi hissələrindən birində baş leytenant rütbəsində taqım komandiri kimi xidmət edir. Vətən müharibəsinin iştirakçısıdır.
Müharibədə qismətinə şəhidlik düşən Kamil Şirinov 2006-2009-cu illərdə Cəmşid Naxçıvanlı adına Hərbi Liseydə təhsil alıb. 2009-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinə qəbul olunub. 2013-cü ildə isə həmin ali hərbi məktəbi kəşfiyyatçı ixtisası üzrə bitirərək zabit kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Kamil Şirinov xidməti dövründə bilik və hazırlıqlarının artırılması üçün dəflərlə xarici ölkələrdə-Türkiyədə, Macarıstanda və Pakistanda kəşfiyyatçı kurslarının dinləyicisi olub.
Gənc zabit Kamil Şirinova 2016-cı ilin aprel döyüşlərində göstərdiyi rəşadətə görə növbədən kənar baş leytenant rütbəsi verilib.
Ali Baş komandan İlham Əliyev gənc zabit Şirinova mükafat təqdim edir...
Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan , kapitan Kamil Şirinov Vətən torpaqlarının azad edilməsi uğrunda başlanan ikinci Qarabağ müharibəsinin ilk günündən Fizuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Sentyabr ayını 29-da Fizulinin Qaraxanbəyli kəndi ərazisində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
“Müharibə başlayanda ürəyimə dammışdı ki, zabit oğlanlarımdan biri şəhid olacaq. Amma mənə elə gəlidirdi ki, Samir şəhid olacaq. Kamil şəhid oldu...Biz hərbçi ailəsiyik, oğlumla fəxr edirəm ki, Vətən torpaqlarırının azadlığı uğrunda şəhid oldu”- Kamilin atası Əliş kişi deyir.
Kamil Şirinov xoşbəxt ailənin başçısı olub. 2017-ci ildə Zəhra xanımla ailə həyatı qurub. Zəhra xanım Bakı Dövlət Universitetinin riyaziyyat fakultəsini və magistraturanı bitirib.Bir müddət Dövlət İmtahan Komissiyasında işləyib. Ailənin 2 azyaşlı oğlu var, 2 yaşlı Türkay və 7 aylıq Tunar. Kamil ailəsi ilə birgə xidmət etdiyi hərbi hissəyə yaxın olan Sumqayıt şəhərində yaşayırdı.
“Müharibə başlayandan 2 gün sonra Sumqayıta nəvələrimi görməyə getmişdim. Uşaqları həyətdə gəzdirib evə təzəcə çıxmışdım ki, telefonuma kənddən zəng gəldi, dedilər Kamil döyüşdə yaralanıb. Kamilin yoldaşına heç bir söz deməyib Salyana qayıdırdım ki, daha bir zənglə oğlumun şəhid olduğunu xəbər verdilər. Həyat yoldaşım ürəyindən ağır əməliyyat keçirdiyindən bu xəbəri ona çatdırmaq üçün daha nələr çəkmədim ki...”-şəhid atası söhbətinə davam edir.
Şəhidin anası Könül xanım isə bunları deyir: “Ürəyim xəstə olduğu üçün nigaran qalmayım deyə Kamil hər gün mənə zəng vurardı. Sentyabr ayının 26 və 27-də ona zəng çatmadığından həyəcan keçirirdim. Axşamüstü zəng vurdu, səsini eşidəndə ağlamaq tutdu məni. Danışa bilmədiyim üçün telefonu atasına verdim. Kamil çox danışmadı, eləcə onu dedi ki, nigaran qalmayaq, salamatdı...”
Kamil sentyabr ayının 28-dən 29-a keçən gecə anasına sonuncu dəfə mesaj yazıb. “Ana, narahat olma, hər şey yaxşıdır”
“Bu, Kamilin ən çox işlətdiyi cümlə idi. Çox danışmağı xoşlamazdı”-ana göz yaşlarına boğulur.
Kamil Şirinov sentyabr ayının 29-da müharibədə döyüşən zabit qardaşı Samirlə danışaraq özündən muğayat olmasını tapşırıb, sonda isə hallıq istəyib. Elə həmin gün də şəhid olub.
“Allahdan bircə arzum odur ki, Kamilin əmanəti olan iki oğul övladını sağ-salamat böyüdüb boya-başa çatdırım”- Əliş kişi bildirir.
Kamil kimi igid zabiti müharibənin əvvəllərində itirən ata-ana noyabrın 10-da Qələbə elan olunanda sevincdən səhərə qədər ağlayıblar.
“Şəhidlarimizin qanı yerdə qalmadı. Vətənimiz Azərbaycan uğrunda əziz canından keçmiş şəhid balamın adının daim yaşaması üçün layiqli şəkildə əbədləşdirilməsi ən böyük arzumdur”- şəhid kapitanın anası deyir.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti , kapitan Kamil Əliş oğlu Şirinov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.(virtual.az.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:23-01-2021, 21:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-01-2021, 21:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01