“Üç-dörd aydan sonra tədricən əvvəlki həyatımıza dönəcəyik” - deputat
“Təxmini hesablamalara görə, üç-dörd ay ərzində vaksinasiya prosesləri uğurlu şəkildə getdikdən sonra, tədricən əvvəlki normal həyatımıza dönüş edə biləcəyik”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşviq Məmmədli deyib. O bildirib ki, Azərbaycanın vaksinasiya sahəsində öncüllər sırasında yer alması təqdir olunası haldır:
“Bildiyiniz kimi qısa müddət ərzində dünyanın aparıcı ölkələrində vaksinasiya proseslərinə start verildi. Azərbaycanın da bu məsələdə liderlər sırasında olması müsbət haldır. Bu, bilavasitə dövlətimizin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək dəyərin əyani göstəricisi sayılmalıdır. Ümumiyyətlə, həm karantin tədbirləri, həm də pandemiyanın tüğyan etdiyi zamanlarda Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsinin təminatı və eyni zamanda sağlamlığının qorunması üçün kifayət qədər önəmli addımlar atmışdı. Hətta Azərbaycanın gördüyü tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq səhiyyə qurumları tərəfindən müsbət qiymətləndirilmişdi. Həmçinin bir sıra ölkələr tərəfindən də əhalinin sağlamlığına və sosial müdafiəsinə verdiyi dəyərə görə Azərbaycanın gördüyü işlər təqdir edilmişdi. Yəni yalnız indiki vaksinasiya məsələsində deyil, əvvəlki dönəmlərdə də dövlətimiz bu məsələlərə həssas yanaşıb. İndiki mərhələdə, vaksinasiya prosesində ölkəmizin yenidən birincilər sırasında olması əhalinin sağlamlığına verilən dəyərin və qiymətin bariz nümunəsidir. Çünki Azərbaycan sosial dövlətdir və sosial dövlətin də əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, insan sağlamlığı digər iqtisadi və ya siyasi dəyərlərdən daha üstün tutulur”.
Deputatın sözlərinə görə, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Vətəndaşlar bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidirlər:
“Pandemiyanın davam etdiyi bir il ərzində çox təəssüf ki, cəmiyyətimizin bir hissəsi, insanların müəyyən qismi xəstəliyə yoluxdu. Kütləvi yoluxma hallarına baxmayaraq, sağalanların sayı kifayət qədər çoxdur. Bu statistik göstəricilər ondan xəbər verir ki, artıq cəmiyyətin müəyyən bir hissəsində xəstəliyin yayılmasından sonra aktiv immunitet formalaşıb. Vaksinasiya prosesinə başlanması immuniteti qazanmış insanların sayını daha da artıracaq. Bizim yaratdığımız süni aktiv immunitet sayəsində statistik göstəricilərin dəyişməsi real olacaq. Yəni, immuniteti yüksək- törədiciyə qarşı dayanıqlı olan insanlarımızın sayı artacaq. Bu da xəstəliklə mübarizədə əlavə güc, effekt verəcək. Lakin bununla yanaşı nəzərə almalıyıq ki, hətta vaksinasiya prosesinin tətbiqindən sonra həm immunitetin qazanılması üçün müəyyən zamana ehtiyac var, həm də bu müddət ərzində hətta immunizasiya olmuş insanlar belə qoruyucu tədbirləri əsirgəməməlidirlər. İnsanlarımız tövsiyə olunan məlum üç qızıl qaydaları ən azı bir ay və ay yarım müddətində ciddi şəkildə saxlamalıdır. Hələlik müəyyən əhali qrupları mərhələli şəkildə vaksinasiyadan keçəcəklər. Vaksinasiya edilməmiş insanların kifayət qədər olduğunu və tam vaksinasiya prosesinin müəyyən zaman tələb etdiyini nəzərə alsaq, bu baxımdan qoruma tədbirlərinə geniş yer verməyimiz hələ bir müddət aktual olacaq. Təxmini hesablamalara görə, üç-dörd ay ərzində vaksinasiya prosesi uğurla getdikdən sonra artıq tədricən əvvəlki normal həyatımıza dönüş edə biləcəyik”.
Müşviq Məmmədli ilkin mərhələdə xüsusən risk qrupundan olan peşə sahiblərinin, müəyyən yaşla bağlı risk qrupuna düşən insanların vaksinasiyasının önəmli olduğunu düşünür:
“Mərhələli şəkildə digər əhali qruplarının da vaksinasiya olunması artıq Azərbaycan əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq. Bu baxımdan, hər bir şəxsin hazırda başlanılan bu ciddi və vacib proseslərdə, dövlətin tərtib etdiyi vaksinasiya strategiyasına uyğun şəkildə və könüllülük prinsipi əsasında aktiv şəkildə iştirak etməsi həm özümüzün, həm ətrafımızın, həm də ümumilikdə əhalimizin qorunmasında mühüm rol oynayacaq”.
Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Ölkəmizdə ilk vaksini səhiyyə naziri Oqtay Şirəliyev vurdurub. Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı və digər şəxslər koronavirusa qarşı peyvənd olunublar.
Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunacaq. Vaksinasiyanın ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2021, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-01-2021, 15:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26