KORONAVİRUSLA BAĞLI SON VƏZİYYƏT VƏ VAKSİNLƏŞMƏ QAYDALARI AÇIQLANDI - VİDEO
Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla (COVID-19) bağlı KİV nümayəndələri üçün növbəti brifinqi keçirilib.
Konfransda qərargah üzvləri - Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak edib.
Yaqut Qarayeva deyib ki, 4-10 yanvar tarixlərində 4386 yoluxma qeydə alınıb. O bildirib ki, dekabrla müqayisədə bu gün sağalanların sayı 3-4 dəfə çoxdur: “Bu baxımdan reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur. Bu da karantin tədbirlərinin nəticəsindədir.
Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa etmiş ölkədir. Lakin dünyada olduğu kimi ölkəmizdə də dünyada olduğu kimi digər cəbhədə mübarizəmiz davam edir.
O bildirib ki, son günlər pandemiya ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq yoluxma sayları azalıb.
14 dekabrda aparılan testlərdə pozitiv nəticələrin sayı 31 faiz olduğu halda, bu gün 5 faizə düşüb. Bu, sevindirici haldır”, - deyə Y.Qarayeva qeyd edib.
Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, gələn həftədən vaksinasiya başlayacaq
Ş.Möhsümovun sözlərinə görə, vaksinasiyaya yanvarın 18-dən start verilir.
O bildirib ki, vaksinasiya ilk olaraq tibb müəssisələrində çalışanlar üçün aparılacaq: “Fevralın 1-dən isə 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib ki, vaksinasiyada strateji prinsiplərdən birincisi könüllülük, ikincisi isə təhlükəsizlikdir.
O bildirib ki, virusla müqayisədə təhlükəsiz vaksin seçilib: “Vaksinasiyanın strategiyasını şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət, əməkdaşılıq prinsipləri təşkil edir. Əhalinin risk qrupuna daxil olan hissəsi maksimum dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”.
Onun sözlərinə görə, strategiyanın əsas hissəsini sosial və tibbi cəhətdən risk qruplarına daxil olan şəxslər təşkil edir: “Vaksinasiyanın ilkin mərhələsi səhiyyə işçilərini (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və s. qrupları əhatə edəcək.
Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının işçiləri nəzərdə tutulur. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək”.
Teymur Musayev deyib ki, vaksinlər üçün ölkə üzrə saxlanma məntəqələri var.
O bildirib ki, bu istiqamətdə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir: “Şuşada da vaksinlərin saxlanılması üçün məntəqə qurulur”.
Vaksinlərin alınması iki mənbədən maliyyələşdiriləcək.
T.Musayev qeyd edib ki, bunlar Koronavirusla Mübarizəyə Dəstək Fondu və müxtəlif illərdə dövlət büdcəsindən ayrılmalardır.
Teymur Musayev bildirib ki, Azərbaycana iki milyon doza “Sinovac” vaksini gətiriləcək.
T.Musayev qeyd edib ki, dörd milyon doza “Sinovac” vaksini sifariş edilib: “Vaksinlər öncə Türkiyəyə gətiriləcək, laboratoriyalarda standartlara uyğunluğu yoxlanıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana göndəriləcək”.
“Vaksinlərin sınağı zamanı yekun olaraq “Sinovac” vaksinin virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. Vaksin vurulan, lakin virusa yoluxan üç şəxs olub. Onlardan yalnız biri yüngül şəkildə zökəm keçirib.
Vaksin vurulan könüllülərin 2,5 faizində baş ağrısı, 2,5 faizində isə yorğunluq, halsızlıq müşahidə edilib”, - deyə o qeyd edib.
TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib ki, hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır.
Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir: “Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.
O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:
“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, - deyə o qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2021, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-01-2021, 12:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11