“Whatsapp”dan imtina mənasızdır: - Narahat olmayın, yazışmanızı kimsə oxumur
Çox vaxt telefonumuza yüklədiyimiz proqramların istifadəmizə icazə verməsi üçün təqdim etdiyi şərtləri oxumadan qəbul edirik. Doğrudur, bu şərtlər adətən çox uzun, qəliz cümlə strukturuna malik olur. Bununla yanaşı, çoxluq tərəfindən istifadəsi bizdə etibarlı olmasına dair inam formalaşdırdığından şərtləri oxumaq, analiz etmək üçün vaxt itirmirik.
“Whatsapp” mobil tətbiqi da onlardan birdir. Az qala smartfonu olan hər kəsin telefonuna yüklədiyi və pulsuz olaraq faydalandığı bir tətbiqdir. Həm mesajlaşmaq, həm audio, həm də video zənglər üçün kifayət qədər rahat və əlverişlidir. Lakin son günlərdə mətbuatda gedən bir xəbər ölkəmiz də daxil olmaqla bir çox istifadəçinin narahatlığına səbəb oldu, mobil tətbiqdən imtina edilməyə başlandı. Belə ki, istər iş, istərsə də bu və ya digər formada ünsiyyət vasitəsi kimi istifadə olunan populyar platforma 2021-ci il 4 yanvar tarixində yenilənmiş gizlilik şərtlərini qəbul edib-etməməsi ilə bağlı istifadəçilərinə məlumat göndərdi.
“Whatsapp” gizlilik şərtlərini dəyişdi, artıq ondan istifadəni güvənli hesab eləmirəm, buna görə də silirəm”, - deyə məşhur isimlər qərarını paylaşdı. “Filankəs də silir, deməli, bir bildiyi var”, - deyib, mobil tətbiqi silən, məsləhət bilinən alternativ tətbiqlərə üz tutan istifadəçilər məlumatlarının yayılmasından və ya hansısa formada istifadə edilməsindən narahatdır. Bəs görəsən, indiki halda narahatlığa nə dərəcədə əsas var?
Mövzu ilə bağlı AYNA-nın həmsöhbəti Markzone.az saytının təsisçisi, marketinq mütəxəssisi, müəllim Qələndər Məmmədlidir:
- Qələndər bəy, pulsuz tətbiqlərin maliyyəsi haradandır? Deyilənə görə, “WhatsApp” indiki şərtlərdən sonra reklamlardan qazanacaq. Bəs, əvvəllər nədən qazanırmış?
- Deməli, məşhur bir söz var, deyir, “əgər sizə ödənişsiz nəsə verilirsə deməli, məhsul siz özünüzsünüz”. Sadəcə burada bir məqam var, hansısa bir səviyyəyə gəlmək lazımdır ki, sizdən imtina etmək mümkünsüz olsun. Məsələn, bu gün “WhatsApp” ilə bağlı məqamda bu hal özünü göstərir. Əlbəttə, ilkin qurulduğu gündən söhbətlər və.s hamısı data kimi toplanır və “Facebook”un öz məqsədləri üçün istifadə olunurdu. Əsas gəliri də elə buradan qazanırdı - data paylaşımından. Lakin bu gün dünyada “Facebook” şirkətinə daha çox şəffaf olması ilə bağlı təzyiqlər artmaqdadır və buna görə də həmin informasiyaları istifadə elədiyini açıq formada bəyan edir. Şirkət özü də bilir ki, itirəcəyi istifadəçi sayı ilə açıq formada əldə edəcəyi gəlir sayını müqayisə edəndə, mövcud qərarı qəbul etmək daha sərfəlidir. Dolayısıyla, “Whatsapp” ilkin mərhələdə gəlir əldə etməkdən daha çox yayılmağı hədəfləyib və əsas gəliri də data paylaşımı ilə əsas şirkətin – “Facebook”un mənfəətinə təsir etməklə əldə edib. Bu arada, onu da deyim ki, “Whatsapp” reklamdan qazanmayacaq. Reklamdan qazanan “Facebook” olacaq. “Whatsapp” yəqin ki, yaxın gələcəkdə bunu edəcək. Reklamdan qazanması üçün gərək “Whatsapp”da reklamlar görək.
- “Facebook”un “Whatsapp”ı 2014-cü ildə aldığı məlumdur, deməli, datalarımızı həmin vaxtdan “Facebook”a ötürməyə başlayıb. Belə çıxır, imtina edəcəkdiksə, gərək, onda edərdik…
- Bu, bəlli səbəblərdən mümkünsüz idi. Bilirsiniz, indi qarşımızda böyük brend var. Biz onu istəyəndə asanlıqla cəzalandırırıq. O da bizim fikrimizi önəmsəyir, çünki özünün brend dəyəri, birjada səhmləri var. Əvvəl sadəcə bir şirkət olaraq mövcud olanda isə təbii olaraq şirkət sahibi gözünü bu tətbiqə dikmiş olur. Oradan gələn gəlirə yönəlir. Burada isə tək maraq var – datanın məhsula çevrilməsi. Data analitika indi populyar hala gəlib. 2014-cü ildən əvvəl də mövcud idi. İndi söhbətimiz oxunurdusa, 2014-cü ildə də hansı telefonu istifadə edirik, kimlərlə yazışırıq, mesajlaşmağa nə qədər vaxt sərf edirik, yerimiz, əməliyyat sistemimiz kimi məlumatlar qeydə alınırdı. Bir hədəfləmə edərkən bu informasiyalar əsasında edilirdi. Məsələn, “Azan” mobil tətbiqləri var. Onlardan biri 97 milyon yüklənməyə çatıb və təbii ki, “Azan” tətbiqini istifadə edənlər bir seqment olaraq müsəlmandırlar. Onların informasiyası toplanaraq xüsusi xidmət orqanlarına satılıb.
- İndi “Whatsapp”dan imtina edək?
- Əvvəldə də dediyim kimi, ilk zamanlarda geniş yayılma arealını hədəfə aldığı üçün sizin tək başınıza “Whatsapp”dan imtina etməyiniz bir məna ifadə eləmir. Çünki sosial mühitinizin, əhatənizin də imtina etməsi halında istənilən nəticəni əldə etmək olar. Yəni, birinci onu deyim ki, bu məsələdə təkbaşınıza qərar verə bilməzsiniz. İkincisi, “Whatsapp” onsuz da “Facebook” və “İnstagram”ın illərdir elədiyinə əlavə dəstək verəcək. Yəni, bu, o deməkdir ki, gərək telefona heç bir tətbiq yazdırmayasınız. Hətta adını çəkdiyim platfotmalardan da imtina edəsizni. Üçüncüsü, bu olanlarda bir hal da diqqətimi çəkib. Ölkəmizdə və dünyada bu səs küyə səbəb Elon Musk tərəfindən “Signal” platforması təklif ediləndən sonra yarandı. Çox maraqlı bir haldır ki, məhz “Signal” platformasının təklif edilməsi, “Facebook”un monopoliya ilə bağlı ittiham olunmasından sonra oldu. Mənə elə gəlir ki, Elon Musk əslində “Facebook”a böyük yaxşılıq elədi. “Signal” platforması bazarda “Whatsapp” ilə rəqabət edə bilsə, “Whatsapp” mahiyyət etibarilə monopol sayılmamış olacaq. Bu isə Marka rahat nəfəs aldıracaq. Bütün bu amilləri nəzərə alsaq, “Whatsapp”dan imtina etməyə ehtiyac yoxdur.
- Türkiyədə tanınmış isimlərin imtina etməsi sanki bizdə də təşvişə səbəb oldu...
- Türkiyədəki təşvişi anlayıram. “BİP” adlanan platformaları var və onu təklif edirlər ki, yerli platforma istifadə olunsun. Axı, bizdə alternativ kimi təklif olunan “Telegram” Rusiya, “Wechat” Çin, “Signal” Amerikanındır. Yəni, onsuz da kimə getsək pulsuz xidmət qarşılığında datamızı alır.
- Burada data dedikdə konkret hansı məlumatlardan söhbət gedir? Yazışmalarımız oxunurmu?
- Sizin yazışmanızı kimsə oxumur. Dünyada tətbiqin yüz milyonlarla istifadəçisi var. Bütün datanı oxumağa insan ömrü çatmaz. Buraya əvvəldə də qeyd etdiyim kimi yer, telefon markası, əməliyyat sistemi kimi informasiyalar daxildir. Sonra isə unutmayaq ki, bu şirkətlərin data bazasında – müvafiq platformalarda biz sadəcə koldanmış bir sayıq. Yəni, Qələndər Məmmədli yox, onun müvafiq ID nömrəsi var. “Facebook” dediyinə görə, əvvəl biz sadəcə “Facebook” və “İnstagram”da bir brend haqqında danışanda, linkini bölüşəndə bizim qarşımıza o brendə dair reklamlar çıxırdı. Lakin, “WhatsApp” olmadan hədəfləmədə daha dəqiq nəticə verə bilmirdi. İndi bu 3 fərqli platformadan gələn datanı birləşdirib bizə ən doğru seçimi verəcək. Əslində ölkəmizdə mağazalardan alış-veriş zamanı “sədaqət kartı”, “cashback”, “xallar kartı” istifadə edən kifayət qədər çoxdur. Mahiyyət etibarı ilə bunlar da həmin alış-veriş əsasında müəyyən məlumatların toplanmasında istifadə edilir. Yəni narahat olmağa elə də ciddi bir əsas yoxdur, “WhatsApp”ın elədiyi də mahiyyət etibarı ilə eynidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 10:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 10:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01