Əhali icbari tibbi sığortadan necə yararlanacaq? - AKTUAL
Yanvarın 1-dən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən dövlət, qeyri-dövlət, neft və qeyri-neft sektorunda çalışan, mülki və hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova “Press Klub”a açıqlamasında bildirdi ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
A.Əhmədova qeyd etdi ki, 2022-ci ildən etibarən sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub:
“Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fikizi şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olub. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olunmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üçün minumum əmək haqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə, əmək haqlarından və ya gəlirlərdən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablamaq olar.
Sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, digər şəxslərin icbari tibbi sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
“Həm qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslər üzrə dövlət büdcəsi vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub. Qeyd edim ki, ölkənin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət, ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqı dövlət büdcəsindən ödəniləcək.
Sığorta haqqının adambaşına məbləğinə gəldikdə, icbari tibbi sığortanın 2020-ci il ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67.5 manat + 67.5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib”.
Ekspert icbari tibbi sığortanın müsbət məqamları ilə yanaşı, mənfi məqamlarının olduğunu da vurğuladı:
“TƏBİB-in idarəçiliyindəki dövlət xəstəxanalarında daha çox müalicə aparılır. İcbari tibbi sığortaya özəl xəstəxanalar məhdud sayda inteqrasiya olunub. Bizim təklifimiz ondan ibarətdir ki, həm özəl xəstəxanalar, həm də özəl sığorta şirkətləri də burada aktiv iştirak etsinlər ki, rəqabətlilik mühiti yaransın, vətəndaşlara daha yaxşı keyfiyyətli tibbi yardım göstərilsin”.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı artıq neçə müddətdir ölkədə icbari tibbi sığortanın tətbiqi istiqamətində hazırlıq işləri aparıldığını xatırlatdı:
“Bunun üçün Azərbaycanın bütün bölgələrində yüksək səviyyəli səhiyyə infrastrukturu yaradılıb. Məqsəd odur ki, Azərbaycanda icbari tibbi sığortaya keçiddə artıq bütün müalicə xərcləri icbari tibbi sığortanın üzərində olur, amma bölgələrdə güclü infrastruktur olmasa, bütün bölgənin əhalisi Bakıya gələcək. Ona görə də, güclü infrastrukturun, eləcə də güclü tibbi kadrların olması çox vacib idi”.
M.İbrahimqızı icbari tibbi sığortanın tətbiqinin kadrlar arasında rəqabət yaradacağını da söylədi:
“Bu gün insanlar deyir ki, biz ən yaxşı həkimə getmək istəyirik, uşağımızı ən yaxşı müəllimin hazırlaşdırmasını istəyirik. İnsanlar həkimdən qane olmayanda gedib başqa həkim axtarışına çıxır. Bu mənada icbari tibbi sığorta sistemində hansı həkim və tibb işçisinin xəstəsi çox olacaq, hansılarına tələb çoxdur, onlar daha çox maaş alacaqlar”.
İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərə ümumilikdə 2550 sayda müxtəlif tibbi xidmət daxil edilib. Layihədə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının 3 minə qədər artırılması nəzərdə tutulur. O ki qaldı vətəndaşların ödədiyini sığorta qarşılığında hansı tibbi xidmət əldə edəcəyinə, tibbi professoru Adil Qeybulla deyir ki, icbari sığorta ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə etməlidir:
“Təxirəsalınmaz yardıma avtomobil qəzaları, müxtəlif fövqəladə hadisələr, bəzi təcili cərrahi müdaxilələr, qanaxmlar daxildir. Bunlar mütləq təcili yardım tələb edir. İstənilən adam evdə oturanda birdən kəskin appendisiti tuta bilər, o, dərhal xəstəxanaya çatdırılır və müalicə alır. Tutaq ki, bir adamın öd kisəsində daş var, onu narahat edir, o, planlı şəkildə əməliyyata müraciət edir. Ola bilər ki, bu əməliyyat ikinci planda olsun. İTS növbəli sistemdir. Bu gün Almaniyada da İTS paketi çərçivəsində bir prosedurdan keçən şəxs mütləq ora yazılır, ola bilər ki, onun növbəsi ay yarım sonra çatsın. Bu şəkildə həll olunmalıdır. Bizdə isə insanlar belə başa düşürlər ki, İTS ilə istənilən vaxt xəstəxanaya gələcək və hansı xidməti istəyirsə, o xidmətə baş vuracaq. Belə deyil”.
Həkimin sözlərinə görə, təyin olunan vaxt müddətində xəstə orada olmalıdır:
“Mən saat neçədə imkan tapdım, vaxtım olmadı kimi bəhanələr edilə bilməz. Bu qaydalar xarici ölkələrdə necədirsə, bizdə də o cür olmalıdır”.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir, Qusar, Xaçmaz Şabran, Siyəzən, Xızı Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar , Zərdab, Kürdəmir, Yexlav və Ağdaş rayonlarında tətbiq edilir.
1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta isteminə qoşulub. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq. Beləliklə, icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2021, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2021, 10:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01