İmtahanlar başlayıb, tələbələr yenə gözlərini döyür - ekspert
Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, imtahan sessiyası distant (məsafədən, onlayn) formada keçirilir. Müəyyən fənlər üzrə imtahanlar əyani keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.
Əmrdə bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İmtahan sessiyası 4 həftə müddətində davam edəcək.
Onlayn imtahanların çətinlikləri ilə yanaşı, üstünlükləri də varmı?
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, təhsilin distant forması ilə imtahanların ənənəvi qaydada keçirilməsi bir-birilə uzlaşmır:
- Əvvəla onu deyim ki, distant təhsil, təhsilin elektronlaşmasına imkan yaratdı. Bizim müəllimlər bu tədris metoduna o qədər də maraqlı deyildilər. Amma elə bir vəziyyət yarandı ki, buna məcbur oldular. İmtahan sessiyası da artıq başlayıb. Nə görürük? Təhsil distant olsa da, imtahanlar ənənəvi qaydasını saxlayır.
Təhsil onlayn formatda idisə, imtahanlar da buna müvafiq olmalıydı. Bəli, tələbələr ali məktəbə getmir. Texniki vasitələrin köməyi ilə imtahan verirlər. Lakin imtahanların məzmununda dəyişiklik edilməyib. Distant təhsilə uyğun olaraq imtahanlar üçün ayrıca material hazırlanmalıydı. Yalnız keçilmiş mövzular imtahanda soruşulmalıydı. İmtahan prosesi elektronlaşdırılmalı, imtahanların keçirilməsinə kənar nəzarət təşkil edilməliydi. Bunların heç biri yoxdur.
Tələbə yenə də müəllim qarşısında əyləşir. Baxmayaraq ki, kompüter, planşet vasitəsilə ünsiyyətdədirlər. Kənardan imtahanı heç kim izləmir, heç kimin müdaxilə, müşahidə imkanı yoxdur. Burada şəffaflıqdan danışmağa dəyməz. Müəllim, tələbəni biliyindən aşağı qiymətləndirəcəksə, bu, necə sübut olunacaq?
Tələbə qeyri-obyektiv hesab etdiyi hala necə etiraz edəcək? Yəni bizim 52 ali təhsil müəssisəsi imtahanların gedişi ilə bağlı heç bir yenilik etməyib, sadəcə ənənəvi imtahan qaydasını onlayn formata keçiriblər, bu da düzgün deyil. Və obyektivliyə şühbə yaradır.
K.Əsədov internet resurslardakı problemlər səbəbindən tələbələrin imtahan zamanı şəbəkəyə qoşulmada problem yaşadığını da dedi:
- Davamlı internet yoxdur. Tələbələr şəbəkəyə qoşulmaqda çətinlik çəkir. Ali məktəblər tələbələrin imtahanlara rahat qoşulmasını təmin etməlidir. Ali məktəblərin imtahan sessiyası ilə bağlı vahid konsepsiyası olmalı idi. İmtahanları ali məktəblərin hərəsi bir cür keçirir. Bəziləri yazılı, bəziləri testlə, bəziləri şifahi.
İmtahanlar yalnız test üsulu və şifahi olmalı idi. Və mütləq qaydada kənar nəzarətin təmin edilməsiylə. Belə olduğu halda biz obyektivlikdən danışa bilərdik.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti