XÜSUSİ TƏYİNATLI ŞƏHİDİN ÖZ OTAĞINDA MUZEYİ YARADILDI - VİDEOREPORTAJ
Bu dəfə sizə tanıdacağımız şəhid Vətən müharibəsində canından keçən Eşqin Mehdilidir. Qəhrəmanımız Füzuli şəhərinin işğaldan azad olunması uğrunda əbədiyyətə qovuşan qəhrəmanlarımızdan biridir. Ailəsi onun yaşadığı evin bir otağını ayırıb və onun üçün ev muzeyi yaradıb.
Mehdili Eşqin Tərlan oğlu 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Baş Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb. 2020-ci ilin oktyabrın 14-ü şəhid olub.
Eşqin anasını itirəndə 12 yaşı olub. Üç qardaşın sonbeşiyi olan igidimiz anasının yoxluğu ilə barışmaqda çətinlik çəkib. Bir az ərköyünlük edirmiş, amma ailədə hər kəs onu çox sevib.
Evdə özü üçün otaq ayırmaq istəyən Eşqinin atası indi onun istədiyi otağı onun üçün ev muzeyi edib.
Trend-in Qarabağ Bürosunun çəkliş qrupu şəhid Eşqin Mehdilinin evində olub. Ailəsindən bildirilib ki, ailədə üç oğulun ikisi hələ də hərbi xidmətdədir. Böyük qardaşları ilə danışanda deyirmiş ki, bu torpaqları niyə almırsınız, mən hərbi xidmətə gedəndə o torpaqları alacam. Eşqini hirsləndirmək üçün isə qardaşları ona “hə, bilirik, Lələtəpəni sən almısan, Eşqin” deyirdilər. Ağbirçək nənəsi Eşqinlə fəxr edir, deyir ki, Eşqin sözünü tutdu. Dedi də, dostları ilə birlikdə o torpaqların alınmasında iştirak etdi də…
Eşqinin qəhrəmanlığı ilə qürur duyan, amma yoxluğu ilə barışa bilməyən bibisi qızı Dünya babalarının ən çox sevdiyi nəvəsinin Eşqin olduğunu deyir: “Məhz buna görə də babam ona NƏR balam deyirdi”.
Eşqinin bu dünyadakı diləklərinin hamısı oktyabr ayında baş tutdu. Kəlbəcərdə başlayan döyüş yolu, Cəbrayıl və daha sonra Füzulidə bitdi. O vətən yolunda bitirdiyi gənc ömrünü əslində ölümsüzləşdirdi. Mükafatların ən alisini - Şəhidlik zirvəsini fəth edən Eşqinin qəhrəmanlığını Ali Baş Komandan da qiymətləndirdi. Eşqin Mehdili Vətən uğrunda gedən döyüşlərdəki xidmətinə və göstərdiyi şücaətə görə iki medal ilə təltif olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2021, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-01-2021, 14:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11