“Oğlum gömrük sistemində 10 ilə yaxın idi sədr müavini işləyirdi” - deputat
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Yeni Müsavat”a müsahibə verib. Akademiklə “Nəsimi ili” ilə bağlı görülən işlərdən, həmçinin digər aktual məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik:
- İsa müəllim, prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkədə “Nəsimi ili” elan olunub. Keçən iki ay ərzində hansısa ciddi işlər görülübmü?
- Bəli, kifayət qədər ciddi işlər var. “Nəsimi ili” ilə bağlı cənab prezidentin sərəncamından sonra AMEA illik tədbirlər planı hazırlayıb. Tədbirlər planına akademiyanın ictimai və humanitar bölmələrinin əhatə elədiyi institutların keçirəcəyi tədbirlər və hazırlayacağı nəşrlər daxil olub. Demək olar ki, ictimai və humanitar bölmələrin hamısında İmadəddin Nəsimiyə həsr olunmuş simpozium, konfrans, dəyirmi masa, müzakirələrin keçirilməsi planlaşdırılıb. Artıq akademiyanın Fəlsəfə İnstitutu qonaqlarla birgə Nəsimiyə həsr olunmuş ilk dəyirmi masanı təşkil etdi.
Bu, Nəsiminin fəlsəfəsinə, dünyagörüşünə həsr olunmuşdu. Burada hürufizm məsələləri müasir dövrün tələbləri baxımından müzakirə olundu. Gələn həftə Əlyazmalar İnstitutu Nəsimiyə aid konfrans keçirəcək. Həmin konfransda Nəsiminin tapılan yeni əlyazmaları müzakirə olunacaq. Bir qisim alimlər hesab edirlər ki, həmin əlyazmalar İmadəddin Nəsimiyə aiddir, digər qisim isə başqa şairlərə aid edir. Nəsimi imzası ilə yazan digər şairlərin əlyazmaları da var. İndi bunun üzərində iş gedir. Bununla bağlı gələn həftə ilkin açıqlamalar olacaq. Həmçinin Nizami adına Ədəbiyyat İnstitutunda bir neçə kitab hazırlanır. “Nəsiminin həyat və yaradıcılığı” adlı monoqrafiya üzərində iş gedir və artıq tərtib olunub, fəsillər, uyğun müəlliflər müəyyənləşdirilib, tədqiqat davam edir. Şərqşünaslıq İnstitutunda da Nəsimi ilə bağlı kitab hazırlanır. Dilçilik İnstitutunda isə Nəsimi dilinin sözlüyü hazırlanır. Artıq onun böyük bölməsini müzakirə etmişik. İşlərimiz çoxdur. Yəqin ki, biz payızda yekun beynəlxalq konfrans keçirəcəyik, müxtəlif ölkələrdən tanınmış Nəsimişünas alimlər də dəvət olunacaq. Mətbuatda da alimlərimizin yazıları çap olunur, yəqin görürsünüz. Artıq akademik Rəfail Hüseynovun, akademik Mövsüm Nağısoylunun, mənim və digərlərinin böyük məqalələri çap olunub, proses davam edir. Biz akademiyada “Nəsimi ili” ilə bağlı hürufilik təlimi və Nəsiminin fəaliyyətini yenidən araşdırıb, öyrənirik.
- Sizcə, niyə ötən illər ərzində mövcud olan mübahisələrə son qoyulmayıb, Nəsimi irsi yetərincə araşdırılmayıb?
- 2017-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu Nəsimiyə aid beynəlxalq konfrans keçirdi. Orada Hindistan, İran, Türkiyə, Rusiyadan gələn alimlər iştirak edirdilər. Ara-sıra akademiyada işlər gedirdi. Amma şübhəsiz ki, cənab prezidentin sərəncamı bu işlərin daha sürətli, daha məqsədyönlü təşkili üçün böyük stimul verdi və bu işlər geniş şəkildə davam etdirilir.
- Nəsiminin uyuduğu Suriyada tədbirlər planlaşdırırsınızmı? Düzdür, Suriyada vətəndaş müharibəsi gedir, amma istənilən halda planlarınız varmı?
- Biz arzu edərik. Amma bu, Suriyadakı sabitlikdən asılıdır. Suriya ilə bizim əlaqələrimiz var. Bu yaxınlarda dövlətimizin böyük köməyi ilə Nəsimi soyadını daşıyan və Hələb şəhərində Nəsiminin məzar kompleksini mühafizə edən Məhəmməd Cövdət Nəsimi Bakıya gəlmişdi. O, Nəsimi festivalında iştirak etdi. Ailənin digər üzvləri də Bakıya gəlmişdi. Bizim onlarla yaxşı əlaqələrimiz var, burada görüş keçirdik, söhbətlər apardıq. Orada stabil vəziyyət olarsa... Hətta Azərbaycan dövləti o məqbərəni abadlaşdırmaq, Nəsimi adına layiq şəklə salmağı da planlaşdırır. Amma bu, Suriyadaki siyasi vəziyyətdən asılıdır. Azərbaycanın bir çox alimləri Nəsiminin məqbərəsini ziyarət ediblər, Bəkir Nəbiyev, Qəzənfər Paşayev, Teymur Kərimli, İsa Həbibbəyli və başqaları müxtəlif vaxtlarda keçirilən konfranslara qatılıblar, Nəsimi ailəsinin üzvləri ilə tanış olublar. Onlar Nəsimi familiyasını daşıyırlar və özlərini şamaxılı hesab edirlər.
- İmadəddin Nəsiminin məzarının Azərbaycana köçürülməsi barədə təkliflərə münasibətiniz necədir?
- Bu, kiminsə populist fikri ilə həll olunan məsələ deyil. Bu, dövlətlərarası münasibətlərə aid olan məsələdir. Belə məsələlərlə bağlı mətbuatda sensasiyalı fikrilər yaymaq, məncə, o qədər də məqbul sayılmır. Mənim fikrimcə, orada kompleksi yüksək səviyyədə təmir etmək olar və məzarın yerində qalması məqsədəuyğundur. Dediyim kimi, həm qohumları özlərini şamaxılı hesab edirlər. Həm də Şamaxı qəbiristanlığında Nəsiminin qardaşı Şaxəndanın türbəsi var, indiyə qədər camaat o məzarı ziyarət edir. Hər iki ölkə onların öz torpağıdır. Nəsiminin məzarının Azərbaycana gətirilməsinin də heç bir zərəri olmaz.
- İsa müəllim, bu arada Nəsiminin “Məndə sığar iki cahan” qəzəlinə Afət Fərmanqızının hind musiqisi üzərində oxuduğu mahnı xeyli müzakirə olundu. Hətta nazirdən reaksiya gəldi. Siz necə, dinlədinizmi həmin mahnını, münasibətinizi bilmək maraqlı olar.
- O mahnı barədə mətbuatdan oxudum, amma dinləməmişəm. Odur ki, bu barədə konkret fikir deyə bilmərəm. Musiqi böyük sənətdir, özünün prinsipləri var, musiqinin səviyyəsi qorunmalıdır. Mən bayağı mahnıları musiqi mədəniyyətinə daxil olan sənət kimi qəbul etmirəm. Ümumiyyətlə, bütün sənətkarlarımızın əsərlərinə yazılan musiqilər yüksək səviyyədə olmalıdır, professional yazılmalıdır.
- İsa müəllim, bu yaxınlarda oğlunuz Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildi. Gözlənilməz olmadı ki?
- Oğlum orada çalışırdı, gömrük sistemində 10 ilə yaxın idi sədr müavini işləyirdi. Etimad göstərilib, çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin.
- Maraqlıdır, bu təyinatda sizin deputat olmağınız, vəzifə tutmağınız nə dərəcədə rol oynadı?
- Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Mətbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, ən kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkamül prosesini keçib, etimad göstərilib, o da bu etimadı doğrultmağa çalışacaq.
- Parlamentin tərkibi ilə bağlı müzakirələrə, yaşlı deputatlarla bağlı fikirlərə sizin yanaşmanız necədir?
- Parlamentə aid sənədlərdə yaş senzi ilə bağlı məhdudiyyət yoxdur. Bunlar ictimai müzakirələrdir.
- Prezidentin bölgələrə səfərləri, əhali ilə görüşü geniş marağa səbəb olub. Naxçıvana səfərlər nəzərdə tutulurmu?
- Bu barədə konkret məlumatım yoxdur. Amma prezidentin səfərlərini yüksək qiymətləndirirəm. Prezident bölgələrə səfərləri zamanı xalqla görüşür, onların ehtiyacları ilə maraqlanır, yerlərdəki problemlərlə maraqlanır, onların bir çoxunun yerindəcə həlli barədə göstərişlər verir, əlavə sərəncam imzalayır. Mən prezidentin bölgələrə səfərlərini çox böyük əhəmiyyətli addım hesab edirəm və dövlət başçısının siyasətini çox yüksək qiymətləndirirəm.
- Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?
- Minnətdarlığımızı bildiririk.
- Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?
- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2019, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2019, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01