Qəhrəmanlığı ilə tarix yazan kəşfiyyatçı şəhidimiz - Fotolar
Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri də Pərvin Əliyev idi. Otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin hələ uşaqlıqdan kəşfiyyatçı olmaq istəyirdi. İstəyinə də nail oldu, təcrübəli, peşəkar kəşfiyyatçı kimi yetişdi. Vətən müharibəsində də qəhrəmanlığı, şücaəti ilə seçildi, ermənilərə qan uddurdu. Ömrünün 23-cü baharını yaşayan igidimiz döyüşlərin birində canından da çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.
Pərvin Əliyev 1997-ci il oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, kəşfiyyatçı kimi Vətənin keşiyində dayanıb. Sonra müddətdən artıq xidmətçi kimi kəşfiyyatçı fəaliyyətini davam etdirib.
Şəhidin anası Zəmanə Abıyeva deyir ki, Pərvinin bir çox arzuları var idi, lakin söhbət Vətən olduqda, O bütün istəklərini ikinci plana salardı: “Sonuncu dəfə evə gələndə ən çox xoşladığı yeməyi hazırlamağımı istədi və mən də bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana, mən Vətənim uğrunda şəhid olacağam. Amma mənimlə fəxr edin, hər zaman başınızı uca tutun. Belə də oldu, o, öz qəhrəmanlığı ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi”.
Vüqar Əliyev şəhid atası olaraq övladı ilə qürur duyduğunu söyləyir: “Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz yox idi. Həmin gün kəndimizə başqa bir nəfər də şəhid olmuşdu, onun dəfninə hazırlaşırdıq. Elə bu ərəfədə zəng gəldi və Pərvinin şəhid olduğunu öyrəndim... Oğlumun döyüş yolu Talış-Suqovuşan istiqamətində olub. Düşmənin qurduğu səddin yarılmasında iştirak edib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb”.
Onun döyüşçü yoldaşları, komandiri tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət edirlər. Pərvinin komandiri Elsevər Hümbətov deyir ki, o, qrupun rabitəçisi idi. “Pərvin hələ düşmənə vurulan ilk zərbədə qəhrəmanlığı ilə seçilmişdi. O, bir kəşfiyyatçı kimi igidlik göstərdi, ağır atəş altında belə düşmən səddinin yarılması tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu”, - deyə Elsevər Hümbətov söyləyir.
Qeyd edək ki, Pərvin Əliyev doğulub boya-başa çatdığı Qəhrəmanlı kəndində torpağa tapşırılıb. Göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. (Azərtac)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-01-2021, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-01-2021, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti