2020-ci ili hansı iqtisadi mənzərə ilə başa vurduq?
Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görә, 2020-ci ildә qlobal iqtisadiyyatın 4,4 faiz kiçilәcәyi gözlәnilir ki, bu da 2008-2009-cu il maliyyә böhranı dövründәki iqtisadi tәnәzzül tempindәn yuxarıdır.
Bu barədə Azәrbaycan Respublikasi Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.
Bildirilib ki, inkişaf etmiş ölkәlәr üzrә 5,8 faiz, inkişaf etmәkdә olan ölkәlәr üzrә 3,3 faiz resessiya proqnozlaşdırılır.
Azәrbaycanın ticarәt tәrәfdaşı olan ölkәlәr üzrә resessiyanın orta hesabla 7,1 faiz olacağı gözlәnilir. Enişi yumşaltmaq üçün bir sıra ölkәlәrdә ev tәsәrrüfatlarını vә biznesi dәstәklәmәk üçün böyük fiskal stimul paketlәri elan edilib, ekspansiv pul siyasәti tәdbirlәri hәyata keçirilib.
2020-ci ilin ötәn dövründә dünya bazarında әmtәә qiymәtlәri, o cümlәdәn, enerji qiymәtlәri çox dәyişkәn olub. Dünya әmtәә qiymәtlәri cari ilin 11 ayında enerji sektoru üzrә 29 faiz ucuzlaşıb, qeyri-enerji sektoru üzrә 10,9 faiz bahalaşıb. Dünya әrzaq qiymәtlәri bu dövrdә 4 faiz yüksәlib.
“Brent” markalı neftin 2020-ci ilin ötәn dövründә hәr barel üçün orta qiymәti 43 ABŞ dolları olub ki, bu da 2019-cu ilin orta qiymәtindәn 33 faiz aşağıdır.
Yeni OPEC+ sazişinin bağlanması, tәsirli COVID-19 peyvәndinin hazırlanması istiqamәtindә irәlilәyişlәr vә ilin ikinci yarısında iqtisadi aktivliyin nisbәtәn bәrpası gözlәntilәri bu dövrdә neftin qiymәtinin dә bir qәdәr yüksәlmәsinә sәbәb olub.
Pandemiyanın tәsirlәri özünü qlobal ticarәt vә investisiyalarda da göstәrir. Ümumdünya Ticarәt Tәşkilatının (ÜTT) son hesabatına әsasәn, 2020-ci ildә qlobal ticarәtin hәcminin 9,2 faiz azalacağı proqnozlaşdırılır.
Birlәşmiş Millәtlәr Tәşkilatının Ticarәt vә İnkişaf üzrә Agentliyinin (UNCTAD) “Dünya İnvestisiya Hesabatı”na әsasәn, qlobal birbaşa xarici investisiyalar 2020-ci ildә 30-40 faizə qәdәr azalacaq.
Beynәlxalq konyunkturun әhәmiyyәtli pislәşmәsinә baxmayaraq, Azәrbaycanda tәdiyә balansı tarazlığını qorunub. 2020-ci ilin doqquz ayında tәdiyә balansının cari әmәliyyatlar hesabında ÜDM-in cәmi 0,7 faizi sәviyyәsindә kәsir olub. Tәdiyә balansının әsas komponenti olan xarici ticarәt saldosu әhәmiyyәtli azalsa da, müsbәt zonada olub.
Ölkәnin strateji valyuta ehtiyatları il әrzindә, demәk olar ki, sabit qalıb. Hazırda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını vә belәliklә, ümumi daxili mәhsulun hәcmini (ÜDM) üstәlәyir.
Cari ildә pandemiyanın tәsiri ilә mәcmu tәklif vә tәlәbin azalması baş verib. Real sektor müәssisәlәrinin monitorinqi göstәrir ki, bu ilin 11 ayında biznes inam indeksinin orta göstәricisi bütün sektorlar üzrә ötәn ilin eyni dövrü ilә müqayisәdә gerilәyib. Ev tәsәrrüfatları arasında aparılmış sorğuya әsasәn, istehlakçı inam indeksi 2020-ci ildә mәnfi zonaya düşüb.
Dünyada vә ölkәmizdә iqtisadi vәziyyәtә dair qeyri-müәyyәnlik, logistika zәncirindә müvәqqәti pozulmalar şәraitindә yanvar-noyabr aylarında iqtisadiyyata investisiya qoyuluşları ötәn ilin müvafiq dövrü ilә müqayisәdә, 4 faiz azalıb.
Mәcmu tәlәbin komponentlәrindә azalma fonunda rәsmi statistikaya görә, cari ilin 11 ayında iqtisadiyyatın baza sahәlәri olan qeyri neft-qaz sәnayesi vә kәnd tәsәrrüfatında iqtisadi artım davam etsә dә, bütövlükdә ümumi daxili mәhsul real ifadәdә 4,3 faiz, o cümlәdәn, neft sektoru üzrә 6,5 faiz, qeyri-neft sektoru üzrә 2,9 faiz azalıb.
Son aylar qeyri-neft sektoru üzrә iqtisadi azalma tempi nisbәtәn sәngisә dә mәcmu buraxılış kәsiri neqativ zonada qiymәtlәndirilir.
2020-ci ilin dövlәt büdcәsinә “fiskal fәza”dan istifadә etmәklә, aparılan dürüstlәşmә hәm makroiqtisadi sabitliyin, hәm dә iqtisadi aktivliyin dәstәklәnmәsi baxımından әhәmiyyәtli olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-12-2020, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-12-2020, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11