İŞĞALDAN AZAD EDİLMİŞ KƏLBƏCƏRİN YOL PROBLEMİ - “Məğlub ermənilər üçün koridor açılıbsa, Kəlbəcərə də Ağdərə yolu ilə gediş-gəliş təmin olunmalıdır"
“Ağdərə-Kəlbəcər yolunun bağlı olması nə siyasi, nə iqtisadi, nə də işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyi baxımdan Azərbaycana yaxşı heç nə vəd etmir. İndi bizim üçün ən vacib məsələ işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərdə düşmənin dağıtdığı infrastrukturu bərpa etmək, əhalinin öz yurduna qayıdışı üçün lazımi şərait qurmaqdır. Amma Kəlbəcərə gediş-gəliş yalnız Murov yolu ilə olacaqsa, əhalinin ora qayıdışını, öz yurdunda rahat və təhlükəsiz yaşayışını təmin etmək çox çətin olacaq…”
1992-1993-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış İlham Həsənov belə deyir. O bildirir ki, Kəlbəcərdə əvvəlki həyatı bərpa etmək üçün Tərtər-Ağdərə-Kəlbəcər yolu mütləq açıq olmalıdır. Bu isə iki halda mümkündür: ya Ermənistanla Azərbaycan arasında düşmənçilik tam aradan qaldırılmalı və hər iki xalqın nümayəndələri sovet dövründə olduğu kimi, bu yoldan ümumi qaydada istifadə etməli, ya da ermənilər Ağdərədən tamamilə çıxarılmalıdır.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın şərtlərinə uğun olaraq, Ermənistan silahlı qüvvələri işğal altındakı Kəlbəcərdən çıxarılsa da, Ağdərə yolu Rusiya sülhməramlılarının və ermənilərin nəzarəti altında qalır. Sənəddə azərbaycanlıların həmin yoldan istifadə etməsinə dair hər hansı qeyd yoxdur.
Azərbaycan hökuməti Kəlbəcərlə əlaqəni təmin etmək üçün 2 layihə üzərində işləyir: bunlardan biri Göygöl-Ömər aşırımı-Yanşaq-Kəlbəcər, digəri isə Daşkəsən-Qoşqar dağı-Lev-Kəlbəcər yolunun tikintisidir.
Asfalt örtüksüz olsa da, birinci layihədə nəzərdə tutulan marşrut üzrə Kəlbəcərə yol olub və 1993-cü ildə rayon işğal edilərkən əhali məhz həmin yoldan istifadə edərək mühasirədən çıxa bilib. Baxmayaraq ki, mürəkkəb relyefə və sərt iqlim şəraitinə malik Murovdağ silsiləsinin çətin aşırımlarından (Ömər aşırımının dəniz səviyyəsindən hündürlüyü 3395, Qoşqar dağının hündürlüyü isə 3361 metrdir) keçən bu yol payızın ilk çağlarından yaza qədər gediş-gəlişə yaramır.
Tarixçə: Xatırladaq ki, hər iki yolun tikintisinə hələ 1991-ci illərin əvvəllərində, Ağdərə-Kəlbəcər magistralı azərbaycanlıların üzünə bağlandıqdan (1990-cı ilin yayı) sonra başlamışdı. Daşkəsən-Qoşqar dağı-Lev-Kəlbəcər yolunun çəkilişi qısa müddətdən sonra yarımçıq dayandırılsa da, Ömər aşırımından keçən torpaq yol blokada şəraitində yaşayan kəlbəcərlilərin 2 il ərzində ölkənin digər hissəsi ilə əlaqəsini təmin edən yeganə yol olub. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı bu yol rayon əhalisi üçün mühasirədən xilas rolunu oynamışdı. Amma hamı xilas ola bilməmişdi. Murovun sərt yoxuşlarında, buz bağlamış dolaylarında ilişib qalan yük maşınlarının sayı-hesabı yox idi.
Cəmi bir maşının hərəkət edə biləcəyi ensiz və asfalt örtüyü olmayan yolda qalan yük maşınları Murovun zirvəsindəki aşırıma doğru irəliləməyə çalışan piyadalara da mane olurdu. Belə hallarda ya tırtıllı traktor, ya da ağır zirehli texnika və digər hərbi təyinatlı maşınlar köməyə çatırdı. Bunlar olmadıqda camaat bir-birinə kömək etməklə maşını bir kənara itələyib, yolu açmağa çalışır, bəzi hallarda onsuz da işə yaramayan bu nəqliyyat vasitələrini uçurumdan üzüaşağı yuvarlayırdı. Həmin vaxt yorucu yoxuşlarla irəliləməyə çalışan piyadalar arasında xəsarət alanlar da vardı. Yol boyu buzun üzərində sürüşüb uçuruma yuvarlanan mal-qaranın isə sayı-hesabı yox idi. Yaxşı ki, Murovun sərt yoxuşlarına bələd olan kəlbəcərlilərin bir çoxu UAZ və “Niva”larını da atıb çıxmışdılar, yoxsa yük maşınlarının və qoşqulu traktorların yaratdığı tıxac daha böyük fəlakətə səbəb olardı…
Murov yolu bax, belə bir çətin relyefə malik ərazidir. Qışda qar və çovğun, sal qaya kimi bərkimiş buz örtüyü, yayda isə qatı duman burada hakimdir. Hətta ən güclü dartma qüvvəsinə malik iri tonnajlı maşınlar yük normasının 1/3 hissəsini bu yollarda çətinliklə apara bilir. Sərt yoxuşlar, üstəlik 3600 metr yüksəklikdə oksigen çatışmazlığı yüksək qabaritli maşınlara belə, öz yükünü çəkməyə imkan vermir. Yay mövsümündə 4×4 tipli avtomobillər istisna olmaqla, heç bir minik maşını bu çətinliklərin öhdəsindən gələ bilmir. Günəşli hava şəraitində belə, qəfildən dağları ağuşuna alan qatı duman və çovğun yolçuları saatlarla yolda qoya bilir. Xüsusilə Murovun zirvəsinə yaxın yerlərdə. Bu halda yalnız dayanıb dumanın çəkilməsini, çovğunun ötüb keçməsini gözləmək lazım gəlir. Əks halda, sərt yoxuşlu döngələrdən uçuruma yuvarlanmaq təhlükəsi böyükdür…
Bəs, indi nə etməli?
Ordumuzun düşmən üzərindəki parlaq qələbəsindən sonra Kəlbəcərə gediş-gəliş yenə yalnız Murov yolu ilə mümkün olacaq? Yağışda-qarda, dumanda-çiskində keçilməz səddə çevrilən Murov yolu kəlbəcərliləri doğma torpaqlara qovuşdura biləcəkmi?
Bu, təkcə tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyən kəlbəcərliləri yox, aidiyyəti dövlət strukturlarının nümayəndələrini, hökumət üzvlərini də düşündürən suallardır. Çünki qərbdən Ermənistan, cənubdan Laçın (bir hissəsi dəhliz kimi ermənilərin istifadəsindədir), şərqdən Ağdərə (daha doğrusu, Kəlbəcər və Tərtərin hələlik Azərbaycanın nəzarətindən kənar hissəsi), şimaldan isə Daşkəsən rayonu və Murovdağ silsiləsi ilə əhatə olunmuş Kəlbəcərin əsas yolu Tərtər-Ağdərə-Kəlbəcər magistralıdır. Ancaq Ağdərə istiqaməti hazırda rus sülhməramlılarının və ermənilərin nəzarətində olduğundan, azərbaycanlıların bu yoldan istifadə etməsi hələ ki mümkün deyil. Buna görə də 1990-cı illərin əvvəllərində olduğu kimi, Kəlbəcərə gediş-gəliş Murov yolu vasitəsilə təklif olunur. Bu isə rayonun gələcək taleyini, orada məskunlaşmanın mümkünlüyünü sual altında qoyur.
İlham Həsənov Rayonun keçmiş icra başçısı İlham Həsənov deyir ki, Tərtər-Ağdərə-Kəlbəcər yolu açılmayacağı təqdirdə, Murov yolu ilə gediş-gəliş ciddi çətinliklər yarada bilər. Onun fikrincə, mülki əhalinin öz yurd-yuvasına qaytarılması, onların məskunlaşdırılması çox vacibdir: “Murov yolu Kəlbəcər əhalisinin normal gediş-gəlişi, hərbçilərin təchizatı üçün yetərli imkanlara malik deyil. Bu yol yalnız yaz-yay mövsümündə Kəlbəcərin yaylaqlarına gedib-gəlməyə yarayar. Odur ki, Kəlbəcərdə ən azı işğaldan əvvəlki həyatın bərpasına nail olmaq, oraya qayıdacaq əhalinin rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün Ağdərə yolu açılmalıdır. Məncə, indiki halda və şəraitdə bunun alternativi yoxdur”.
Mühasirədən qurtuluş yolu ilə….
İlham Həsənov Murov yolunun 1990-cı illərin əvvəllərində çarəsizlikdən çəkildiyini xatırladır: “Əslində, Murov istiqamətində Yanşaq kəndinə qədər yolumuz var idi. Amma ermənilər Ağdərə ərazisində Kəlbəcərə gedib-gələn maşınları daş-qalaq edəndən, silahlı hücumlara başlayandan sonra rayon əhalisini çətinliklərdən qurtarmaq üçün Murovun ətəklərinə çəkilən yol Göygöl-Gəncə istiqamətində uzadıldı. Hamıya məlumdur ki, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşən Murovda qar-çovğun əksik olmur.
1990-cı ildə Ağdərə yolu bağlandıqdan sonra Murov yolu ilə gediş-gəlişi təmin etmək üçün qış aylarında Ömər aşırımının hər iki üzündə ekskavator davamlı olaraq işləyirdi. Məhz bunun sayəsində Murov yolunun qalın qar örtüyü ilə bağlanmasının qarşısını ala bilirdik. Əks halda, Kəlbəcər rayonu tam blokada şəraitində, respublikadan təcrid olunmuş vəziyyətdə uzun müddət davam gətirə bilməzdi. Əgər Murov yolu olmasaydı və qar örtüyü davamlı şəkildə təmizlənməsəydi, 1993-cü il savaşında Kəlbəcər əhalisi soyqırıma məruz qalardı”.
İlham Həsənov Murov yolunun tikintisi ilə bağlı maraqlı bir fakt da açıqladı. O qeyd etdi ki, AXC hakimiyyəti dövründə Murov yolunun əsaslı tikintisi ilə bağlı layihə hazırlanaraq hökumətə təqdim edilib. Lahiyədə yolun Ömər aşırımından keçən hissəsində böyük bir tunelin tikintisi də nəzərdə tutulub. Hətta hökumətin razılığı əsasında layihənin həyata keçirilməsi istiqamətində təşkilati işlərə başlanıb. Belə ki, Murov yolunda tunel tikintisini reallaşdırmaq məqsədilə “Hidroxüsusi” Tikinti İdarəsinin tabeliyində 8 saylı İxtisaslaşmış Səyyar Sahə yaradılıb. Təcrübəli mütəxəssis Eldar Şahməmmədovun rəhbəri olduğu idarə tərəfindən tunelin tikintisində istifadə olunacaq zəruri maşın və avadanlıqların alınması üçün sifariş verilib. Lakin maliyyə vəsaitinin olmaması səbəbindən iş ləngiyib. 1993-cü ilin aprelində Kəlbəcərin işğal olunması ilə bu məsələ tamamilə gündəlikdən çıxıb.
Eldar Şahməmmədov keçmiş icra başçısının söylədiklərini təsdiqlədi və Murov yolunun tikintisi ilə bağlı maraqlı bir tarixçəni də danışdı. Onun sözlərinə görə, 1988-ci ildə Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi İnqilab Nadirov yaylaqlara gediş-gəlişi asanlaşdırmaq üçün Murovdan çığır açıb. Elə həmin il İ. Nadirovun yerinə təyin olunan Zahid İsmayılov Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Murov yolunun tikintisinin davam etdirilməsinə dair hökumət qarşısında məsələ qaldırıb. Az sonra Moskvadakı Layihə İnstitutundan Kəlbəcərə göndərilmiş mütəxəssislərin iştirakı ilə 3 variantda tunel tikintisi təklif olunub və hər üç təklif üzrə texniki-iqtisadi göstəricilər müəyyən edilib. Layihəyə əsasən Murov yolu üzərində ən aşağı nöqtədən tikilməli olan tunelin uzunluğu 1600 metr, bir qədər yuxarıda 1200 metrlik ikinci, ən yuxarı aşırımdan isə 800 metrlik üçüncü tunelin tikintisi təklif olunub. Lakin SSRİ-nin dağılması ilə bu layihənin üzərində iş dayanıb və yalnız 1992-ci ildə Murov yolunda tunel kompleksinin tikintisi məsələsi yenidən aktuallaşıb.
“1992-ci ilin yayında Ağdərə əməliyyatı, sonra isə Kəlbəcərin işğalı bu layihələrin icrasına imkan vermədi. Əlbəttə ki, bu layihələrin, xüsusilə də Murov tunelinin tikintisi planının qısa müddətdə gerçəkləşməsi mümkün deyil və böyük maliyyə xərcləri tələb edirdi. Ancaq Nazirlər Kabineti o zaman Murov tuneli layihəsini dövlət investisiya proqramlarına daxil etməyi planlaşdırırdı. Sadəcə, Kəlbəcərin işğalı bu layihənin icrasına imkan vermədi”, – deyə Şahməmmədov söylədi.
Mühasirəyə qayıdış?
Kəlbəcərin işğaldan azad olunmasından sonra yaranmış vəziyyətə gəlincə, Eldar Şahməmmədov da hesab edir ki, Ağdərə yolunun bağlı olması ciddi problemlər yaradacaq. Onun fikrincə, hətta Murovun sərt aşırımlarından tunel tikmək belə, Ağdərə yolunun imkanlarını kompensasiya edə bilməz: “Çünki Kəlbəcər bütünlüklə ermənilərin mühasirəsi altındadır – aşağıda Ağdərə, yuxarıda Ermənistan, solda yarısı ermənilərin və rusların nəzarətində olan Laçın, sağda isə qarlı-çovğunlu Murovdağ silsiləsi… Belə bir vəziyyətdə yenidən Kəlbəcərdə həyat qurmaq, orada yaşamaq çox çətin olar. Kəlbəcərin gələcəyi üçün təhlükəsiz və rahat yol lazımdır. Bu yol isə yalnız Ağdərənin içərisindən keçən yoldur. Ümid edirik ki, bu məsələ ölkə rəhbərliyi səviyyəsində müsbət həllini tapacaq və biz keçmişdə olduğu kimi, yenə də Kəlbəcərə Ağdərə yolu ilə gedib-gələcəyik”.
Keçmiş icra başçısı İlham Həsənov isə bildirir ki, payız-qış mövsümündə Murov yolunun işlək olmayacağını nəzərə alaraq Kəlbəcərə alternativ yollar barədə ciddi düşünmək lazımdır.
Əks halda, 80 minlik əhalisi olan bir rayonun camaatını aparıb, yenidən mühasirə vəziyyətinə, təhlükəyə atmağın nəticələri ağır ola bilər: “Əgər 44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilər üçün təhlükəsizlik koridoru açılıbsa, 80 min nəfərə yaxın əhalisi olan Kəlbəcərə də Ağdərə yolu ilə təhlükəsiz gediş-gəliş təmin olunmalıdır. Əks halda, Murov yolunu genişləndirib asfalt örtük çəkmək, yaxud Daşkəsəndən sərt ərazilər vasitəsilə Kəlbəcərə yeni yol çəkmək həm təhlükəsizlik, həm də iqitisadi və siyasi baxımdan çox zərərlidir. Kəlbəcərə gediş-gəliş təkcə Murov yolu ilə mümkün olacaqsa, onda zəngin təbii ehtiyatalara və füsunkar təbiətə malik bu rayon yalnız heyvandarlıqla məşğul olanlar üçün 3-4 aylıq yaylaq yeri rolunu oynayacaq”.
İ. Həsənovun fikrincə, Murov yolunda əsaslı tikinti işləri aparılsa və hətta sərt aşırımlarından tunel inşa olunsa belə, Ağdərə-Kəlbəcər şosesi rayon əhalisinin gediş-gəlişi üçün bağlı saxlanıla bilməz. Onun fikrincə, Agdərə yolunun baglı olması Kəlbəcər əhalisinin 90-cı illərin əvvəllərində olduğu kimi, ermənilərin mühasirəsində qalması deməkdir ki, bu da mülki vətəndaşların təhlükəsizliyinə təhdiddir: “1992-ci ildə Azərbaycan qanunvericiliyi əsasında keçmiş Ağdərə rayonu ləğv edilib və o ərazilərin bir hissəsi Sərsəng su hövzəsi də daxil olmaqla Kəlbəcərə, bir hissəsi Tərtər, bir hissəsi isə Ağdam rayonlarına birləşdirilib. Rusiya doğrudan sülhməramlı rolunu yerinə yetirmək istəyirsə, Azərbaycan dövlətinin qərarlarına hörmətlə yanaşaraq Tərtər-Ağdərə-Kəlbəcər yolunda əhalinin təhlükəsiz gediş-gəlişini təmin etməlidir. Əks halda, Azərbaycan hökuməti bunu işğal sayaraq bu vəziyyəti aradan qaldırmaq üçün lazımi addımlar atmalıdır. Ağdərədə yaşayan 5-10 min erməniyə görə 80 minlik Kəlbəcər əhalisinin yolunu bağlayıb, onları mühasirədə saxlamaq xoş niyyətdən xəbər vermir”.
Murovdan 5-6 kilometrlik tunel
Mövzunu araşdırarkən o da məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov Murov yolunun tikintisinin planlaşdırılması ilə yerindəcə tanış olmaq məqsədilə noyabrın axırlarından bəri 3 dəfə Kəlbəcərə gedib. Birinci səfər zamanı yol tikintisi mütəxəssisləri ilə ərazilərə baxış keçirərkən sədr deyib ki, qısa müddətdə Göygöl-Ömər aşırımı-Kəlbəcər yolunun əsaslı tikintisi üçün tender elan olunacaq. O, çətin relyefə malik əraziləri nəzərdən keçirib, geri qayıtdıqdan sonra isə “buradan rahat və keyfiyyətli yol tikmək olmaz, Kəlbəcərə yol yalnız Ağdərədən keçməlidir” deyə məsələ barədə hökumətə məruzə edəcəyini və yekun qərarın yalnız bundan sonra veriləcəyini söyləyib.
Ancaq görünür, AAYDA sədri hökumət strukturlarındakı qərarverici şəxsləri Murovdağ silsiləsindən rahat və keyfiyyətli yol tikintisinin mümkünsüzlüyünə inandıra bilməyib. Belə ki, AAYDA ölkə rəhbərliyinin tapşırığı əsasında Göygöl-Ömər aşırımı-Kəlbəcər yolunun tikintisi istiqamətində artıq fəaliyyətə başlayıb. Hətta eni 9 metr (yol çiyinləri ilə birlikdə 11 metr) olacaq yolun Ömər aşırımına qədər olan hissəsində genişləndirmə və yatağın bərkidilməsi işləri başa çatıb. Yaxın vaxtlarda isə Ömər aşırımından Murovun Kəlbəcər üzrə yerləşən “Yol evi”nədək olan 5 kilometrlik hissənin işlənməsinə başlanacaq.
Ümumi uzunluğu 102 kilometr təşkil edən Göygöl-Ömər Aşırımı-Kəlbəcər-İstisu avtomobil yolu 3 zolaqlı olacaq. Yolun 3 zolaqdan ibarət olması çətin relyefə malik dağlıq ərazilərdə yük avtomobillərinin minik maşınlarına mane olmaması məqsədi daşıyır. Bundan başqa, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.
Əsaslı şəkildə yenidən qurulan Murov yolunda tunelin olub-olmayacağına gəlincə, hələ rəsmən təsdiqlənməmiş layihədə bu tipli keçidin tikintisi nəzərdə tutulub. Belə ki, yenicə hazırlanmış layihəyə əsasən Murov yolunda ümumi uzunluğu 5-6 kilometr olan tunel tikilməsi planlaşdırılıb. Ancaq bunun nə vaxt və necə reallaşacağı hələ müəyyən edilməyib.
“Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılıb-açılmayacağı Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin icrası ilə bağlı veriləcək siyasi qərarlardan asılıdır. Ağdərə yolu açılacaqsa, Murovda nəzərdə tutulan tunel tikilməyəcək və yol bütünlüklə açıq tipli asfalt örtükdən ibarət olacaq” – deyə mütəxəssislər bildirir.
Yekun olaraq hər kəs bu qənaətdədir ki, Murovdan 20 metr eni olan yol çəkilsə belə, bu, Kəlbəcərin yol problemini həll etməyəcək. Çünki sərt iqlim şəraiti və 3600 metr yüksəkliyə qədər qalxan dolama yollar xüsusilə yük daşıyan maşınların rahat və təhlükəsiz hərəkətini xeyli dərəcədə məhdudlaşdırır. Bu gerçəkliyi hazırda Murov yolunun tikintisi ilə məşğul olan mütəxəssislər də anlayır və bildirirlər ki, Murovdan Kəlbəcərə yol çəkmək Ağdama, yaxud Zəngilana yol çəkmək qədər asan və perspektivli deyil. Odur ki, mümkün qədər Ağdərədən Kəlbəcərə gedən yolun daimi və təminatlı şəkildə açılmasına nail olmaq lazımdır.
Elxan Salahov, pressklub.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2020, 17:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-12-2020, 17:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti