Siyasi partiyaların maliyyələşdirilməsi qaydası dəyişir
Yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərin yekunlarına əsasən Milli Məclis səlahiyyətli tərkibdə formalaşdığı gündən etibarən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməsinə dair yeni qayda müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Dəyişikliyə əsasən, artıq vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizin qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional qaydada bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə (125) bölünəcək və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılacaq.
Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da nəzərdə tutulmuş qayda tətbiq olunacaq. Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılacaq.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2020, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-12-2020, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11