Xatun: “Heyf sizdən, Mətanət xanım”
Müğənni Xatun gəlini tərəfindən ittiham edilən Əməkdar artist Mətanət İsgəndərliyə dəstək olub.
Həmkarının tərəfini tutan Xatun onun zəhmətkeş biri olduğunu bildirib:
“Mənim əzizlərim, bu xəbəri eşidib çox üzüldüm. Mətanət xanımı yaxından tanıdığıma, onun pərəstişkarı olduğuma görə onu bir də mənim dilimdən tanıyın. Mətanət xanım o qədər saf, səmimi, sadə insandır ki, hətta uşaq kimi onu bax belə incidirlər. Başına belə işlər gəlir, çünki hamıya inanır. İnanın mənə, o, bu həyatda çox əziyyətlər çəkib. Çox zəhmətkeş insandır, mən görmüşəm, canı ağrıya-ağrıya ordan-ora, burdan-bura qaçıb. Bütün ailəsinin yükü onun çiyinlərində olub, tək başına balalarına, hətta bacı-qardaş, ata-ana, qohum-əqrəba, bütün külfətə baxıb”.
O, pandemiya dövründə gəlir əldə edə bilməyən İsgəndərliyə qarşı olan ittihamların insanlığa sığmadığını qeyd edib:
“İndi mövcud duruma görə pul qazanmır, toy yox, neyləsin, bu zəhmətkeş xanım sənətkar necə dolansın? Bu həssas dönəmdə, kasıblıqda çıxıb sənətkarı belə günahlandırmaq olarmı? Mətanət xanımı gözdən salmaq, onu əsəbləşdirmək, ailə söhbətini ictimailəşdirmək olar? Kaş bunu öz aranızda həll edəydiniz! Çünki belə bir şəraitdə hamının problemi ola bilər, bu formada danışmaq, müsahibə vermək nə qədər insanlığa sığar? Pul qazananda yaxşı idi, indi qazanmır deyə onu çıxıb biabır etmək lazımdır? Heyif sizdən, Mətanət xanım”.
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlundan boşanan Canana müğənnini saxtakar adlandırıb:
"İllərimi saxtakar qadının yanında keçirtdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının. Allahın qarşısında axıtdığım hər göz yaşıma görə cavab verəcəksən”.
Onlar arasındakı qalmaqala səbəb yaşadıqları ev olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-12-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01