Birokratiya yoxsa pul tələsi
Son günlər ölkəmizdə enerji sahəsində ciddi islahatlar gedir. İstər bakıda istərsə də regionlarda prezidentin tapşırığı ilə yenidənqurma işləri Azərişıqda da aparılır.
Amma və lakin Azərişıq ASC-də yaradılan bürokratiya və vətəndaşları süründürmək görülən işlərə kölgə salır. Vətəndaş olaraq təcrübəmi sizinlə bölüşmək istəyirəm. Yaşayış yerinə çıxarış alamq üçün tələb olunan sənədlərdən biri də torpaq sahəsinin mühafizə zolağına düşməməsi ilə bağlı Azərişıqdan arayışdır. Bu arayışı almaq üçün Azərişıq ASC-nin bəhbəhlə təqdim etdiyi yeni saytında elektron müraciət formasını doldurdum. Lakin 15 gün keçsə də müraciətimə cavab gəlmədi. Daha sonra yenidən 2 dəfə də müraciət ünvanladım. Yenə də cavab gəlmədi. Məcbur olub bu barədə [email protected] və [email protected] mail adreslərinə də müraciət ünvanladım. Yenə də cavab verən olmadı. Məlumat almaq üçün elektron müraciətə avtomatik gələn cavabda qeyd olunan (+994 12) 440-39-93 nömrəsinə zəng edim. Xanım işçi elektorn müraciətlərə biz baxmırıq, bu sistem ümumi şöbəyə tabe deyil deyərək telefonu kobudcasına söndürdü. Məcbur olub Azərişığın 199 qaynar xəttinə zəng etdim. Məsələni izzah etdim. Qaynar xəttdən məni BMKZ yarımstansiyanın inzibati binasına getməyimi və oradan arayış ala biləcəyimi bildirdilər. Ora getdim, saatlarla qapının ağzında qəbula düşmək üçün gözlədim. Kimə yaxınlaşdımsa bizlik deyil dedilər. Məni Gənclik metrosu yaxınlığında yerləşən Texniki İşlər İdarəsinə göndərdilər. Burda da xeyli gözlədikdən sonra orda da bu işi bizdən alıblar, sədr özü baxır bu işlərə, baş idarəyə get dedilər. Sədrin başqa işimi yoxdu ki arayış verməyə də o baxır? Bu qədər süründürməçilik nəyə lazımdır? – deyə soruşsam da cavab ala bilmədim. Nəhayət məcbur Mərkəzi ofisə yollandım. Orada Samir müəllimə yaxınlaşmağım məsləhət görüldü. Lakin o da görüşmək əvəzinə mühafizəyə telefonla bu işin onluq olmadığını deyərək, işi ümumi şöbəyə yönləndirdi. Ümumi şöbənin Tural adlı əməkdaşı ilə görüşmək üçün 45 dəqiqə gözlədim. Axırda həmin əməkdaş bu arayış üçün sədrin adına ərizə yazmağımı bildirdi. Bu səbrimin son həddi idi.
İndi sual verirəm:
1. Hansı Dövlət orqanından arayış almaq üçün bu qədər prosedur keçməlisən? 2. O boyda Azərişıq ASC-nin sədr əvəzləyicisinin başqa işi yoxdur ki arayışları da o təsdiqləyir? 3. Bu qədər uzun prosedurun arxasında maddi maraq olduğunu düşünə bilərəmmi? Öz işini bilməyən, hansı sənədi harda verirləri bilməyən qaynar xətt, arayış verə bilməyən elektron sistem nəyə lazımdır?
Hörmətlə: Elvin Babayev.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-05-2019, 13:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-05-2019, 13:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti