COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... - Diqqət, TƏHLÜKƏ!
Dünyada və Azərbaycanda koronavirus tüğyan edir. Gündəlik ölüm və yoluxma sayı bu virus ortaya çıxandan indiyə qədərki dövr ərzində ən yüksək göstəricidədir. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 59 milyon 62 min 410 nəfər idi. İndiyə qədər ölənlər isə 1 milyon 394 min 841 nəfərə çatıb.
Dünyada günlük yoluxma 650 mindən yuxarıdır. Günlük ölüm isə son iki gündə bir qədər düşərək ( 10 min 500-dən) 8 minə qədər azalıb.
Dünyada ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Son sutkada supergüc ölkədə 137 min 10 nəfər koronavirusa yoluxub.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda da durum ürəkaçan deyil və artıq biz də günlük yoluxma sayında 3 mini aşan rəqəmləri görürük. Bu, təhlükəli hesab edilir və ekspertlər bildirirlər ki, bu cür davam etdiyi təqdirdə ölkənin səhiyyə sistemi olduqca yüklənəcək.
Hazırda Azərbaycan ümumi yoluxma sayına görə COVİD-19-un ilk dəfə ortaya çıxdığı Çini geridə qoyub. Belə ki, Çində indiyə qədər 86 min 431 nəfər koronavirusa yoluxub. Azərbaycanda isə artıq yoluxanların ümumi sayı 93 mini keçib...
Buna görə də dövlət vətəndaşları qorumaq üçün sərt tədbirlər tətbiq edir. Əvvəlcə onu qeyd edək ki, artıq bu cür tədbirlər dünyanın bir çox ölkəsində tətbiq edilir və koronavirusun vaksini təsdiqlənmədiyi üçün insanları qorumaq üçün ayrı yol yoxdur.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. O söyləyib ki, ictimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur:
“Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”, - DİN əməkdaşı deyib.
Onu da bildirək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı müzakirələrə səbəb olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:
“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər.
Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə, öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".
“Yeni Müsavat”a danışan ekspertlər bu qaydaları yerində hesab edirlər. Mütəxəssislər bildirirlər ki, vaksin olmadığı üçün insanlar deyilən qaydalara əməl etməli, özlərini, ətraflarını qorumalı, dövlətə zərər vurmamalıdırlar.
Vaksinə gəlincə isə bu barədə hələ ki yekdil qərar yoxdur. Lakin bəzi ölkələr (Türkiyə, Rusiya) ayrı-ayrı vaksinin könüllülər üzərində sınağına başlayıblar.
Vaksinlə bağlı dünyadakı əsas gözləntilər ABŞ-dandır. Çünki əvvəla bu ölkədə yoluxma sayı daha yüksəkdir, ikincisi də supergüc ölkə vaksinin hazırlanmasına 10 aya qədər zamandır ki, başlayıb.
Dünyada hazırda diqqətlər Pfizer şirkəti tərəfindən hazırlanan vaksinə yönəlib. Şirkət COVID-19 peyvəndinin təcili istifadəsinə icazə almaq üçün cümə günü ABŞ-ın səhiyyə tənzimləyicilərinə müraciət edib. Şirkət bildirir ki, icazə üçün edilən bu ilk müraciət koronavirusdan qorunmanı təmin etmək istiqamətində atılan böyük bir addımdır.
Pfizer Almaniyanın BioNTech əcazçılıq şirkəti ilə birlikdə üzərində işlədiyi peyvəndin 95% effektiv olduğunu sübut edən son sınaqların nəticəsini açıqladıqdan sonra ABŞ-ın Qida və Dərman İdarəsinə müraciət edib.
Bu xəbərin ardınca Pfizer-in səhmləri 1,6%, BioNTech-in səhmləri isə 8% faiz artım qeydə alıb.
Müraciətdə həmçinin 12-15 yaş arası təxminən 100 uşaq haqqında təhlükəsizlik məlumatları da yer alır. Şirkət bildirir ki, ABŞ-dakı sınaqlarda iştirakçıların 45 faizi 56-85 yaş arasındadır.
Əgər sınaqların nəticələri doğrudursa “sözün əsl mənasında 95 faiz təsirli bir peyvəndin tətbiq olunmasına bir neçə həftə qalıb” deyə ABŞ-ın Səhiyyə katibi Alex Azar CBS kanalının “Bu Səhər” verilişində deyib.
ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb.Teleqraf.com xəbər verir ki, İngiltərənin “Reuters” agentliyinin tədarüklərə dair danışıqlarında iştirak etmiş Aİ-nin rəsmisindən əldə etdiyi məlumata görə, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.
Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.
Aİ alman şirkətinin istehsalı olan 405 milyon dozanın tədarükü üçün müqavilə imzalayıb. Tədarüklərin artıq mart ayında başlaya biləcəyi bildirilib.
Azərbaycanda rəsmilər tərəfindən açıqlanıb ki, koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti strukturlar tərəfindən işlər həyata keçirilməkdədir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-11-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-11-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti