“TÜRK ƏSGƏRİ AZƏRBAYCANDA OLMALIDIR...” – “Müharibə səhifəsini qapatdıq, indi diplomatlar masada işi bitirməlidir”
“Ermənistanın bu sazişdən imtinası Rusiya sülhməramlılarının bölgədən çıxması deməkdir”
Azərbaycanın sentyabrın 27-də ölkənin süverenliyini təmin etmək məqsədilə başlatdığı əks-hücum əməliyyatı üç ölkə arasında siyasi razılaşmanın imzalanması ilə başa çatdı. Müşahidələr göstərir ki, indi müharibənin özündən heç də az əhəmiyyətli olmayan danışıqlar prosesi başlayır. Bu danşıqlarda hər bir tərəf maksimum şəkildə öz maraqlarını təmin etməyə çalışacaq.
Bu mövzunu Türkiyədə yaşayan azərbaycanlı siyasi ekspert, professor Toğrul İsmayılla müzakirə edib.
- Toğrul bəy, sentyabrın 27-dən başlayan müharibə noyabrın 10-da başa çatdı. Bölgədəki prosesləri və münaqişəni izləyən mütəxəssis kimi qiymətləndirməniz nədən ibarətdir?
- Əslində, indi baş verənlər 2011-ci ildə Kazan formatında qəbul edilən razılaşmanın həyata keçməsidir. Amma fərq xəritənin Azərbaycanın xeyrinə dəyişməsindədir. Mən Şuşa və digər kəndlərin birbaşa Azərbaycana aid olması və rus sülhməramlılarının Xankəndi və bir neçə rayonda yerləşməsini nəzərdə tuturam. Açığını deyim ki, mən müharibənin tam başa çatdığı anlamına gəldiyini düşünmürəm. Razılaşmadan görünür ki, Ermənistan tərəfi yalnız müharibənin bitdiyini qəbul edib. Tam barışıq məsələsi sonrakı mərhələyə saxlanılıb. İndi hərbi faza bitib və qarşıdurma diplomatik müstəviyə keçid edib. Baxaq görək, danışıqlar hansı formatda gedəcək.
- Demək istəyirsiniz ki, gerçək sülh diplomatik danışıqlar nəticəsində əldə edilməlidir?
- Sülh deməyək. Ortada sülhün tamamilə nə şəkildə çərçivələnəcəyi məsələsi var. Burada çoxlu açıq suallar mövcuddur. Bu, uzun prosesdir. Əslində, kapitulyasiya ilə sülhün qəbul edilməsi fərqli anlayışlardır. Buna sadəcə, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan razılaşması kimi baxmaq olar, amma beynəlxalq müstəvidə də bunun qəbul edilməsi lazım gəlir. Bu prosedurlar davam edəcək. Amma ictimaiyyəti narahat edən məqamlar da var.
- Hansı məqamlardır?
- Məsələn, sülhməramlıların dərhal əraziyə gəlməsi gözlənilməz olub. Üçtərəfli anlaşmada tərəflərdən birinin etirazı olarsa sülhməramlıların çıxarılması qeyd edilir. Tərəflər deyiləndə nə nəzərdə tutulur? Rus sülhməramlılarının olduğu Azərbaycan ərazisinin Ermənistana nə aidiyyəti var? Bu məqamın dəqiq ifadə edilməsi vacib idi.
İndi status məsələsi Prezident İlham Əliyevin dediyi kimi, gündəmdə yoxdur. Amma faktiki olaraq, Xankəndi Laçın yoluyla birbaşa Ermənistana bağlanmış vəziyyətə gətirilir. Burada statusa ehtiyac qalmır. Bu məsələ də açıq qalıb. Status yoxdur, amma nə olacaq? Bu dəhliz Ermənistana verilmiş ərazidir, yoxsa Azərbaycana aiddir?
Ən əhəmiyyətlisi - ilkin razılaşmada Azərbaycanın ərazi bütövlüyünün tanınmasıyla bağlı Ermənistan və ya Rusiya tərəfinin mövqeyi varmı? Mən bunu görmədim. Bu barədə heç bir ifadənin olmaması ilə yanaşı, Rusiya həmin əraziyə Dağlıq Qarabağ deyir. Suallar çoxdur. Mənim üçün daha vacibi bu sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən məqamın olmamasıdır.
Bildiyiniz kimi, Xocalıda hava limanı var. Onun nəzarəti kimdə olacaq? Doğrudur, Prezident Əliyevin tələbindən sonra Naxçıvana dəhlizin açılmasını qarşı tərəf qəbul edib. Amma bu, sadəcə yoldur. Azərbaycan isə birbaşa Xankəndidən Ermənistana eni 5 kilometr olan yol haqqı tanıyır. Hazırda Ermənistanda daxili qarşıdurma var, Paşinyan mövqeyini itirir, taleyi teldən asılıdır. Onun getdiyi təqdirdə qarşı tərəf bu anlaşmanı qəbul etməsə, nə olacaq? Paşinyan sənədə imza atıb, amma çıxışlarında “Artsax” kəlməsi işlədir, maharibə haqqında nələrsə deyir. Bu məqamlar bir mütəxəssis olaraq məni narahat edən hallardır. Lakin nə olursa-olsun, bu, qələbədir. Geopolitik reallığı göz önündə canlandırsaq, bu, ciddi qələbədir və uzun perspektivdə Azərbaycan qazanıb.
- Sizcə, Türkiyənin bu prosesdə iştirakı hansı formadadır? Razılaşmadan sonra fəal rus-türk diplomatik təmaslarının şahidi oluruq...
- Türkiyə ilk gündən bu məsələdə Azərbaycanın yanında oldu. Rəsmi açıqlamada elan olundu ki, Azərbaycanın istədiyi formada hərəkət ediləcək. Bu, diplomatik baxımdan önəmli açıqlama və Azərbaycan üçün ciddi dəstək idi.
İkincisi, Türkiyə Azərbaycan Ordusunun modern səviyyəyə gəlməsi üçün əmək sərf edən ölkədir. İstər zabitlərin yetişdirilməsində, istər ordunun müasir texnologiyalara sahiblənməsində və digər məsələlərdə. Əslində bu, həm də qələbənin əsasını yaradan amillərdən sayılmalıdır. Bunlar ciddi məsələlərdir və yəqin ki, bu iş davam etdiriləcək.
Əlbəttə, razılaşmadan sonra yaranan narahatlıqla bərabər bir rahatlıq da var. Bu məsələlərdən biri Türkiyənin Cənubi Qafqazda yerləşməsi, bir növ Azərbaycanın qarantörü qismində bölgədə olmasıdır. Rus sülhməramlılarının bölgəyə daxil olması bizi nə qədər narahat edirsə, Türkiyənin bölgəyə gəlməsi və Azərbaycanda yer alması bizi o qədər rahatlıq verir. Rus sülhməramlıları sayı və silah təchizatı ilə birlikdə Xankəndidə hərbi bazaya sahib oldular. İndi buna qarşılıq olaraq düşünürəm ki, Türkiyənin Azərbaycanda sülh gücü yerləşdirilə bilər. Amma bu, daha çox Azərbaycandan asılı məsələdir. Bir var Türkiyə ilə Rusiya arasında silahsızlaşma və sülhün təminatı üçün yaradılacaq mərkəzdə birgə fəaliyyət, bir də var Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mövcud balansın yaradılması. Bu mənada düşünürəm ki, Türkiyənin Azərbaycanda rus sülhməramlı kontingenti qədər olmasa da, bəlli sayda əsgərinin olması balans yaradan amil ola bilər.
- Sizcə, bundan sonra ATƏT-in Minsk Qrupunun taleyi necə olacaq?
- Faktiki olaraq, Minsk Qrupu bitdi. Rusiya bu həmləsi ilə, sözsüz ki, Türkiyə və Azərbaycanla birlikdə bölgədə məsuliyyəti öz üzərinə götürdü. Amma Rusiya, elə Türkiyə və Azərbaycan da məlum nizamlama proeslərini birmənalı şəkildə rədd edə bilməz. Bunlar beynəlxalq sazişlərdir və dövlətlərin buna diqqət etməsi vacibdir. Həqiqtən də razılaşdırılan sənəddə status məsələsi olmasa da, beynəlxalq görüşlər çərçivəsində bu məqam önümüzə çıxarılacaq. Təbii ki, burada Azərbaycan diplomatiyasının üzərinə ciddi iş düşür. Müharibə səhifəsini qapatmışıq, indi diplomatlar masada işi bitirməlidir.
- Ermənistanda Nikol Paşinyan hakimiyyətdən devrilsə, onun yerinə gələn qüvvələr Azərbaycanla imzalanan sazişdən imtina edə bilərlərmi?
- Yeni qüvvələr gəlsə belə, bu sazişdən irəli gələn tələbləri yerinə yetirmək məcburiyyətində qalacaqlar. Bunu etməsələr, Azərbaycan lazım olan addımları atacaq.
İkincisi, Vladimir Putin bu məsələyə həssas yanaşır və Ermənistan tərəfindən atılacaq belə addımları qətiyyən qəbul etməz. Həm də nəzərə alın ki, Ermənistan tərəfinin bu sazişdən imtinası faktiki olaraq Rusiya sülhməramlılarının bölgədən çıxması deməkdir. Düşünmürəm ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr ortaya belə iddialar qoysunlar.
Bilirsinizmi, biz bəzən baş verənlərə maksimalist yanaşırıq. Təbii ki, bu prosesləri tənqid edənlər çoxdur. Mən də vətəndaş olaraq Azərbaycan ərazisinə başqa ölkənin hərbi qüvvəsinin daxil olmasını istəməzdim. Xüsusilə, Rusiya kimi ölkənin qüvvələrini. Çünki Cənubi Osetiya və Abxaziya nümunəsini gördükdən sonra bu, arzuedilən deyil. Amma reallıqlar var.
Birincisi, Rusiyanın gücünü nəzərə almamaq olmaz. Rusiya bölgədə əsas güc olaraq qalır. 1994-cü ilin 12 mayında əldə olunan atəşkəs razılaşması ilə müqayisədə 10 noyabr razılaşması böyük irəliləyişdir. Azərbaycan yeddi rayonu aldı və Dağlıq Qarabağ ərazisi sayılan Şuşa daxil olmaqla, bir neçə kəndi və yüksəkliklərə tam nəzarəti bərpa etdi. İndi əsas məsələ bunu qoruyub saxlamaqdır. Mənə görə, çox vacib bir məsələ həll edildi. Düzdür, rus sülhməramlılarının gəlməsi neqativ haldır, amma 45 gün əvvəl ağlımıza gəlməyən şeylər bu gün baş verib. Əlbəttə, biz daha çoxunu əldə etsək də, bu, Azərbaycanı məmnun etmir. Elə Ermənistanı da məmnun etməyib. Bu nöqtədə məmnun qalan Rusiyadır. Rusiya elə taktika qurdu ki, nəticədə Azərbaycanı özündən incik salmadı - Şuşa və digər ərazilərin hesabına. Ermənistanı isə faktiki iflasdan qurtardı və özünə birmənalı şəkildə bağladı. Eyni zamanda, özü də geriyə addım atdı. Başqa sözlə, Türkiyənin Cənubi Qafqaza daxil olmasını və Azərbaycanla ortaq hərəkət etməsini qəbul etmək məcburiyyətində qaldı. Mənə görə, bu məsələyə baxdıqda bütün yönlər üzrə müsbət nəticələr var.
Məsələyə vətəndaş və mütəxəssis yanaşması sözsüz ki, fərqlidir. Bundan sonrakı mərhələ tamamilə Azərbaycandan asılıdır. Məsələn, mən təsadüfən demirəm ki, Şuşada Azərbaycan və Türkiyənin ortaq universiteti qurulsun. İndi bu əraziləri gücləndirmək, xüsusilə Şuşanı alternativ mərkəz kimi möhkəmləndirmək vacibdir. Xocalı hava limanının ortaq şəkildə işlədilməsinə, buranın yalnız mülki məqsədlərlə istifadəsinə nail olunmalıdır. Hava limanının nəzarətsiz formada verilməsi mənə görə, təhlükəlidir. Eyni zamanda, Laçın dəhlizinin yalnız mülki məqsədlərlə istifadəsi bizim maraqlarımız baxımından çox önəmlidir. Hər hansı bir silahlı qruplaşma və dəstələrin bu dəhlizdən istifadə etməsinə imkan verilməməlidir.(azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2020, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-11-2020, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11