HƏSRƏTİNDƏ OLDUĞUMUZ ZİRVƏYƏ QOVUŞDUQ! – Azərbaycan əsgəri Şuşanın taleyini əbədilik həll edir!
Tarixçi alim, professor Cəmil Həsənli noyabrın 8-də müzəffər Azərbaycan Ordusunun 28 il yarımdan sonra erməni işğalından azad etdiyi Şuşa şəhərinin tarixindən, mənəvi, mədəni irsindən yazıb. "AzPolitika.info" məqaləni oxuculara təqdim edir:
Nəhayət, gözlənilən gün gəlib çatdı, gözlənilən xəbər ruhumuzu təzələdi. Şuşa azad edildi. Elimize, yurdumuza qovuşduq, evimizə döndük. 28 ildən çoxdur Azərbaycan xalqı bu günü gözləyirdi.
Şuşa azərbaycanlılar üçün kimlik məsələsidir, ruh məsələsidir. Ona görə Şuşa ilə bərabər milli ruhumuz da 28 ilin aşağılıq kompleksindən azad oldu. Azərbaycan xalqının milli kimlik təkamülündə Şuşanın özünəməxsus yeri var. Azərbaycan Ordusunun bu şəhər uğrunda apardığı müqəddəs savaş yalnız torpaq uğrunda, sənət və mədəniyyət beşiyi olan bir şəhər uğrunda deyil, milli şərəf və ləyaqət uğrunda, milli mənlik uğrunda ölüm-dirim savaşı idi. Bu sərəf və ləyaqət savaşında, milli mənlik uğrunda mübarizədə Azərbaycan Ordusu tarixə yeni nümunələr verdi, Azərbaycan əsgəri milli ruhu təzələdi, millətin 28 ilin aşağılıq kompleksindən əyilmiş qəddi düzəldi.
Niyə millətimiz, xüsusilə gənclərimiz Şuşa üçün can verməyə hazır idi? Çünki tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, məfkurəmizin, mənliyimizin, millət olaraq qürurumuzun bəlli bir hissəsi Şuşa ilə bağlıdır. Şuşa yalnız dağ zirvəsində yerləşmir, həm də üç əsrlik bir tarixi dövr ərzində Azərbaycan xalqının zirvəyə gedən yolu Şuşadan keçirdi. 28 ildən artıq idi ki, biz milli, mənəvi ehtiyaclar baxımından zirvə həsrətində idik. Bu gün həsrətində olduğumuz o zirvəyə qovuşmuşuq.
Uzun illər Dilsuz Mustafayevin bu misralarına Cavanşir Quliyevin bəstəsində və Akif İslamzadənin qəlbləri oxşayan ifasında deyildiyi kimi:
Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir!..
Bura Şuşadır,
Gözəl Şuşadır.
Üzmə gülünü,
Gülü qoşadır.
28 ildir gözəl Şuşanın qoşa gülünü düşmən üzmüşdü, xar olmuş yağı Xarı bülbülü bu gülə həsrət qoymuşdu. Şuşanın məşhur Xarı bülbülü Qarabağın küllü həyatının cəh-cəh vuran səsi idi. 28 il idi ki, bu səs susmuşdu və adam təsəvvür edə bilmirdi ki, Xarı bülbül Şuşanın təbiətinə, tarixinə, ruhuna yad olan erməni boğazı ilə cəh-cəh vura bilərdi. Axı o səs telləri və tembrləri ermənilərdə yoxdur. Məhz, Şuşanın “Qafqazın konservatoriyası” adlandırılmasında Xarı bülbülün özünəməxsus təbii bir rolu və yeri vardır.
Bir qayda olaraq şəhərlər düzəngahlarda, dağlar qoynunda salınır. Şuşa dağların qoynunda yox, onun zirvəsində salınmışdı. Bir tərəfi qala olmaqla təbii istehkamların qoruduğu bu şəhər 1752-ci ildə yeni yaranan Qarabağ xanlığının mərkəzi, paytaxtı kimi Pənahəli xan tərəfindən salınmışdı. Onun hər daşı, şəhər ətrafında keşikçilik edən yalçın qayaları, yağı düşmənin üzünə bağlı olan sıldırım yolları azərbaycanlıların gen yaddaşına hopmuşdur. 28 ildir biz bu yaddaşı, yaddaşla yanaşı xatirəmizə əbədi həkk olunmuş Şuşanın təkrarsız təbii peyzajlarını da itirmişdik. Şuşanın azad olunması tək ərazi bütövlüyünün bərpası deyil, milli-mənəvi yaddaşın bərpasıdır.
Bu tarixi gündə Şuşanın qaynar həyatı, özünəməxsus təbiəti, “Kiçik Paris”i xatırladan şəhər mühitində “Firəng Əhmədin” çağdaşlaşma arzuları bir kino lenti kimi gözlərimizin önündən keçir.
Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllənin öz hamamı, öz məscidi və öz bulağı vardı. Şuşa Qalası, təkrarsız xan sarayları, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, xan qızı Natəvanın evi, Şuşa bazarı, daş döşənmiş küçələr boyunca ticarət dükanları şəhərə xüsusi gözəllik verirdi. Şəhər kənarındakı Cıdır düzü, çox məclislərə şahidlik etmiş İsa bulağı, qəlbləri oxşayan Turşsu yaylaqları, Qalanın qənşərində zümzümə vuran Daşaltı çayı Şuşa ilə təbii bir harmoniya yaradırdı.
Kimlər keçməyib Şuşanın daş döşənmiş küçələrindən? Kimlər içməyib İsa bulağının, Səkili bulağın, Şəmilin bulağının suyundan? Kimlər at çapmayıb Cıdır düzündə?...
Qarabağın qəlbləri riqqətə gətirən Nəvvabın məclisindən, Mahmud ağanın guşəsindən, Məşədi Məlik Mənsurovun salonundan Sadıqcanın müşayiəti ilə kimlərin zəngulələri eşidilməyib? Muğam səhnələri ilə müşayiət edilən “Məclisi Fəramuşan”ın, “Məclisi Üns”ün şeir gecələrində kimlərin səsi, sözü qəlbləri fəth etməyib? Pənahəli xan, İbrahimxəlil xan, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Adgözəl bəy, Xurşidbanu Natəvan, Mirzə Camal Cavanşir, Abdulla bəy Asi, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Bülbülcan, Fatma xanım Kəminə, Mirzə Sadıq (Sadıqcan), Nəcəfbəy Vəzirov, Haşım bəy Vəzirov, Kərim bəy Mehmandarov, Qəmər bəyim Şeyda, Mirzə Rəhim Fəna, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məmməd, Xarrat Qulu, Kör Xəlfə, Məşədi Cəmil Əmirov, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, İslam Abdullayev, Yusif Vəzir Cəmənzəminli, Ceyun və Üzeyir bəy qardaşları, Seyid Şuşinski, Bülbül, Zülfü Adgözəlov, Münəvvər xanım Rzayeva, Xan Şuşinski və daha kimlər-kimlər!
Şuşanın teatr şəhnələrində kimlərin əsərləri səhnəyə qoyulmayıb? Mirzə Fətəlinin "Hacı Qara"sı, "Müsyo Jordan və dərviş Məstəli şah"ı, "Xırs quldurbasan"ı, Əbdürrəhim bəyin “Dağılan tifaq”ı, Haşım bəy Vəzirovun quruluşunda Şekspirin “Otello”su Azərbaycanda ilk tamaşaçılarını məhz, Şuşada tapmışdı.
İlk təhsil ocaqları kimi mədrəsələr, 6 sinifli realnı məktəb və mətbəə fəaliyyət göstərirdi şəhərdə. Böyük və zəngin kitabxanısı vardı Şuşanın. Orada çoxlu nadir əlyazmalar saxlanılırdı. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Şuşada böyük xeyriyyəçilik ənənəsi vardı.
Bax, ermənilər bu milli və mədəni sərvəti bizim əlimizdən almaq, bizi onun yoxluğuna adaptasiya etmək niyyətində idilər. Şuşada kilsə tikməklə, hər qayaya bir xaç sancmaqla bizi bu milli-mədəni xəzinədən məhrum etmək istəyirdilər. Bu gözəl və əsrarəngiz şəhəri özlərinin vizit kartına çevirmək arzusunda idilər. İstək və arzuları gözlərində qaldı. İşğaldan dərhal sonra Şuşa şəhərini erməniləşdirmək üçün intensiv işlərə başladılar, xarici erməni təşkilatlarını da içinə alan müxtəlif fondlar yaratdılar. Şuşanın tarixi Qala divarlarının üzərinə "Jraberd divarı" yamağı vurdular. Xarici ermənilər üçün burada erməni dili dərsləri təşkil etdilər, onları “vətən” adına cəlb etmək üçün İsa bulağı və Cıdır düzü ətrafında hotel kompleksi inşa etdilər, işğal nəticəsində ələ keçirdikləri şəhərdə ibadət yeri kimi kilsə tikdilər, şəhərdə milli erməni muzeyi yaratmağı planladılar, bir sıra Ermənistan universitetlərinin filiallarını Şuşada açdılar, özlərinə məxsus olmayan şəhərə tarixi-etnoqrafik ekspedisiyalar göndərdilər. Hətta Ermənistan Nazirlər Komitəsi Şuşada “İran abidələrinin tədqiqi və nəşri” ilə bağlı həyasız bir qərar qəbul etdi. Bütün bu mədəniyyət təcavüzünü Nikol Paşınyan Cıdır düzündə “Köçəri” havasına yallı getməklə, İsa bulağında sərxoş olub yuxuya getməklə, qondarma “Artsaxın paytaxtını” Şuşaya köçürmək kimi sərsəm iddialarla, zurnaçıların müşayiəti ilə “Asma körpü” açmaqla daha da dərinləşdirdi. Və elə dərinləşdirdi ki, indi özü də həmin “Asma körpü”dən asılı vəziyyətdə qalıb.
Ən nəhayət, Şuşa azərbaycanlılar üçün tarix məsələsidir, o tarix ki, həmin tarixdə ermənilərə aid heç nə yoxdur. Şəhər müsəlman xanları tərəfindən salınıb, türk və müsəlmanlardan ibarət olan Qarabağ xanlığının paytaxtı olub, tarixin bütün mərhələlərində Şuşa türk-müsəlman mədəniyyətinin beşiyi olmaq funksiyasını saxlayıb, bu şəhərdə hətta xanlığın atributlarını özündə əks etdirən pul nişanları belə zərb edilib. 1843-cü ilin mayında şəhərin gerbi qəbul ediləndə üzərində gerbin ikiyə bölünmüş qalxanları arasında alov dilimləri, aşağıda isə yaşıl çəmənlikdə yəhərlənmiş kürən at təsvir edilmişdi. Bu, Şuşada, Cıdır düzündə yarışa çıxan əfsanəvi Qarabağın cins atlarının bir simvolu idi. Elə bir simvol ki, onun erməniyə heç bir aidiyyəti yox idi.
Şuşa 1905, 1920 və 1992-ci illərdə ağır dağıntılara məruz qalıb, tarixin incisi olan bu şəhər yerlə yeksan edilib. Bu dağıntıların üçü də millətçi ermənilərin azğınlıqları ilə bağlıdır.
Azərbaycan xalqı Şuşanı qoruyub saxlamaq üçün böyük qurbanlar verib. 1992-ci ilin qanlı döyüşlərində Milli Qəhrəman Ramiz Qəmbərov başda olmaqla, bu müqəddəs şəhər üçün canlarından keçmiş vətən oğullarının ruhu şad olsun. Bu gün Azərbaycan əsgəri öz qanı və canı hesabına Şuşanın yeni tarixini yazır, bu gün Azərbaycan Ordusu öz rəşadəti ilə Şuşanın yeni tarixini yaradır, bu gün Azərbaycan döyüşçüləri öz əzmkarlığı ilə Şuşanın taleyini həll edir. Həm də birdəfəlik, əbədilik!
Paylaş:
Müəllif : Fuad
Tarix:9-11-2020, 20:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-11-2020, 20:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01