Gürcüstandakı ermənilərin təxribat xarakterli aksiyaları davam edir
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
2020-ci ilin oktyabrın 26-da jnews.ge [1] informasiya agentliyi tərəfindən ermənilərin növbəti təxribatına dair xəbər yayımlanmışdır. Həmin xəbərdə artıq bir neçə həftədir ki, bütün dünya ermənilərinin Ermənistana dəstək aksiyalarını keçirməsi qeyd olunur. Ermənilər bu cür aksiyalarını Gürcüstanda da həyata keçirirlər. Belə ki, Gürcüstanın Cavaxeti rayonunun Tursx kəndində yaşayan Vardapet Sedrak Xitaryan Vatikandakı “sülh mitinqi”ndə iştirak edərək diasporun bütün ermənilərini birləşməyə çağırmışdır. Nümayiş zamanı özünü “din xadimi” kimi qələmə verən Xitaryan həmvətənlərinə təxribat xarakterli videomüraciət etmişdir. Ermənilərin həmin “dinc nümayişi” Vatikandakı Müqəddəs Pyotr meydanında keçirilmişdir. Bu zaman Romanın erməni icması da Qarabağ uğrundakı “dinc aksiya”ya qoşulmuşdur.
Qeyd etmək lazımdır ki, ermənilər həyasızcasına dünyanın hər yerində Qarabağın və Cavaxetinin guya onlara aid olmasına dair aksiyalar keçirərək təbliğat yeridirlər. Buna misal olaraq, ermənilərin 2020-ci ilin oktyabrın 6-da Cavaxetidə keçirilən “Cavaxk Arsaxın yanındadır” [2] adlı “sülh aksiyası”nı göstərmək olar. Başqa bir misal olaraq, oktyabrın 1-də ermənilərin Gürcüstandakı “Mtavari Arxi” telekanalının qarşısındakı təxribat xarakterli aksiyasını göstərmək olar. Ermənilərin bu təxribatının səbəbi isə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin öz feysbuk səhifəsində Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisinin olduğunu qeyd etməsi və onun bu postunu “Mtavari Arxi” telekanalının baş direktoru Niki Qvaramiyanın [3] da öz feysbuk səhifəsində paylaşaraq ona tamamilə haqq qazandırması olmuşdur. Bu məqamdan göründüyü kimi ermənilər artıq yalanlarının üzə çıxmasından ciddi şəkildə narahatdırlar, ona görə də bu prosesin qarşısını almaq üçün həqiqəti ictimaiyyətə çatdıran Gürcüstanın KİV-lərini məqsədyönlü şəkildə günahlandırırlar. Ermənilər öz məqsədlərini həyata keçirməkdən ötrü hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu baxımdan oktyabrın 1-də 300-ə yaxın etnik erməninin Gürcüstanın “Mtavari Arxi” kanalının yerləşdiyi Çubinaşvili [4] küçəsini bağlaması ermənilərin əslində necə barbar olduqlarını bir daha göstərir. Ermənilərin bu qəbildən olan təxribatı oktyabrın 4-də ABŞ-da [5] baş vermişdir. Bu zaman onlar Hollivud magistrallarının birində hərəkəti dayandırmışlar. Belə ki, avtomobillər şosenin ortasında dayanmış, onların üzərində isə Ermənistanın və “Arsax”ın
bayraqları dalğalanmışdır. Hadisə ilə bağlı Los-Ancelesin Fox 11 kanalının yuxarıdan etdiyi çəkilişdə hərəkətin yol polisinin nəzarəti altında təxminən bir saatdan artıq dayandığı müşahidə olunmuşdur. Ermənilər həmin vaxt Los-Ancelesdəki CNN [5] telekanalının qarşısında təxribat xarakterli aksiyalarını həyata keçirmişlər. Onlar həyasızcasına Ermənistan və “Arsax”ın bayrağını dalğalandıraraq “Mübarizə, sona qədər mübarizə!”, “Biz birlikdə öz məqsədimizə çatmalıyıq!”, “Yaşasın erməni xalqı!” və s. şüarlar səsləndirmişlər. Ermənilər bu zaman guya Azərbaycanın sentyabrın 27-də təmas xəttini pozaraq atəş açdığını qeyd etmişlər ki, bu da heç bir həqiqətə uyğun deyildir. Ermənilər separatçı fəaliyyətlərini [6] oktyabrın 23-də də davam etdirmişlər. Aksiya iştirakçıları Tbilisinin “Metrostroy” rayonundan Surb Eçmiədzin kilsəsinə qədər yürüş etmişlər. Ermənistanın Gürcüstandakı səfirliyi öz feysbuk səhifəsində aksiyanın fotoşəkillərini yerləşdirmişdir ki, həmin şəkillərdən də ermənilərin özbaşnalıqlarını açıq-aşkar müşahidə etmək olur. Ermənilər təxribat xarakterli çıxışları zamanı guya Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı dinc yaşayış məntəqələrini və mülki infrastruktur məntəqələrini qəsdən atəşə tutduğunu qeyd etmişlər ki, bu da açıq-aşkar dezinformasiyadır. Belə ki, Müdafiə Nazirliyinin [7] də qeyd etdiyi kimi, Azərbaycan ordusu mülki əhaliyə yox, yalnız hərbi hədəflərə atəş açır. Ermənilər müxtəlif təxribatlara, hər növ cinayətlərə yol verdikləri halda günahı qəsdən azərbaycanlıların üstünə atırlar. Bu baxımdan onlar saxta videolar, feyk məlumatlar və dezinformasiyalar yayaraq ictimaiyyəti aldatmaqdan çəkinmirlər. Belə ki, erməni mənbələrinin guya Şuşadakı kilsəyə raket zərbəsinin endirilməsi ilə bağlı xəbərlər heç bir həqiqəti əks etdirmir [8]. Kilsənin içərisindən yayılan təsvirlərə nəzər saldıqda orada hər hansı bir yanğın əlamətinin olmadığı görünür. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, bu açıq-aşkar ermənilərin Azərbaycana qarşı növbəti təxribatıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu Ermənistandan fərqli olaraq, qədim məscid və kilsələri, tarixi-dini və mədəniyyət abidələrini məhv etmir. Çünki Azərbaycanda hər zaman multikultural dəyərlər mövcud olmuşdur. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən 2016-ci ilin yanvarın 11-də Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsi də [9] təsadüfi deyildir. Bu Azərbaycanın, müxtəlif sivilizasiyaların qovuşduğu, milli-mədəni mühitin formalaşdığı, eləcə də ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanındığını göstərir. Ermənistan isə monoetnik və təcavüzkar bir dövlət olduğu üçün orada digər millətlərin nümayəndələrinin yaşaması qeyri-mümkündür. Erməni vandallarının dini abidələrə necə hörmətsizlik edərək onları hədəfə alması artıq göz qabağındadır. Belə ki, məhz Ermənistanın ballistik raket zərbələri nəticəsində Gəncə şəhərindəki İmamzadə ziyarətgahına, eləcə də Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsinə ciddi şəkildə ziyan dəymişdir.
Bu gün döyüş meydanındakı məğlubiyyətini həzm edə bilməyən Ermənistan mülki əhalini, onların yaşayış məntəqələrini, infrastruktur obyektlərini və
qəbirstanlıqlarını hədəfə alır. Ermənilər qəsdən Şəmkirə [10], Beyləqana [11], Ağdama [12], Mingəçevirə [13], Gəncəyə [14], Ordubada [15], Tərtərə [16], Goranboya [17], Bərdəyə [18], Ağcabədiyə [19] ballistik raket zərbələrini endirir ki, bunun nəticəsində də günahsız insanlarımız həlak olur. Sentyabrın 27-dən etibarən Azərbaycana qarşı öz təcavüzkar fəaliyyətini davam etdirən Ermənistan, məqsədyönlü şəkildə beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq mülki əhaliyə, yaşlılara, qadınlara, uşaqlara qarşı repressiya törədirlər. Ermənistan ordusunun təxribatlarının qurbanı olan vətəndaşlarımızın sayı günü-gündən artır. Ermənistanın bu cür insanlıqdan kənar davranış formaları bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Hakimiyyəti terror və faşizm üzərində qurulan Ermənistanın mövcudluğu beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.
Qeyd etmək lazımdır ki, Paşinyanın qeyri-peşəkarlığı və səriştəsizliyi artıq Ermənistanın özündə də açıq-aşkar nəzərə çarpır. Buna sübut olaraq, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Gevorq Petrosyanın [20] ölkə parlamentində 2021-ci il üçün büdcə layihəsinin müzakirəsinə dair çıxışını göstərmək olar. Həmin çıxışı zamanı Petrosyan Paşinyanı ifşa etmişdir: “Oğlum artıq 20 gündür ki cəbhədədir və ondan heç bir xəbər yoxdur. Paşinyan populist çıxışlarını dayandırmalıdır”. “Qarabağda müharibə başlanandan sonra Nikol Paşinyan şou təşkil edirdi, qadın batalyonlarını təşkil edirdi və bütün məmurların cəbhəyə gedəcəyini bildirirdi. Yaxşı, bəs onda bu niyə baş vermədi? Nikol deyirdi ki, cəbhəyə hazırlaşanların hamısı forma alsınlar. Bəs hərbi formalar hardadır? Silahlar hardadır? Ərzaqlar hardadır? Büdcə hardadır?” – deyə Petrosyan öz fikrini bildirmişdir. Petrosyanın çıxışından da göründüyü kimi, Paşinyanın idarəedicilik qabiliyyətinin olmaması Ermənistandakı iqtisadi-siyasi böhranın daha da artmasına və nəticədə ölkəni bərbad vəziyyətə salmasına səbəb olmuşdur. Ermənistanın ordusundakı vəziyyət də acınacaqlıdır. Belə ki, ermənilərin çoxu bu gün orduya getməkdən boyun qaçırırlar. Dağlıq Qarabağ uğrunda döyüşməkdən imtina etmələrinə baxmayaraq Ermənistan hökuməti erməniləri məcburi şəkildə orduya cəlb edir ki, bu vəziyyəti də əsir düşən erməni əsgərlərinin [21] özləri etiraf edirlər. Belə ki, əsir düşən erməni hərbçisi Valera Ayrapetyan Aşotoviçin sözlərinə görə, hərbi komissarlığın əməkdaşları onu xidmət etməyəcəyi halda həbsə atacaqları ilə hədələmişlər. Əsir düşmüş digər erməni hərbçisi Edik Solakoviç Tonoyanın sözlərinə görə isə, o, Qarabağ üçün vuruşmaqdan imtina etmişdir. Göründüyü kimi erməni xalqı da əslində Dağlıq Qarabağın onlara aid olmadığını başa düşür və ona görə də onlara aid olmayan torpaqların uğrunda döyüşə girməkdən çəkinirlər. Belə bir məqamda isə sual ortaya çıxır. Əgər ermənilərin əksəriyyəti Dağlıq Qarabağ uğrunda döyüşməkdən çəkinirlərsə, bəs onda Ermənistanın tərəfində kimlər vuruşur? Bu sualın cavabı isə artıq məlumdur. Belə ki, Reuters xəbər agentliyi Ermənistan ordusunda muzdluların, xarici yaraqlıların olmasını təsdiq edir. Bu barədə Reuters xəbər agentliyinə istinadən Azərbaycan Prezidentinin köməkçisi
Hikmət Hacıyev [22] məlumat verir. O, həmçinin Ermənistanın Livandan və Suriyadan olan muzdluları, eləcə də PKK terrorçularını da ordusuna cəlb etməsini özünün “Twitter” hesabında qeyd edir. Qeyd edək ki, Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşən, Livandan olan yaraqlılar haqqındakı məqalə [22] noyabrın 1-də Reuters xəbər agentliyinin saytında yayımlanmışdır. Həmin məqalədə həmçinin, Qarabağda necə döyüşdüyünü qeyd edən Livanlı Vartkesin hekayəsi, eləcə də bir çox diaspora üzvünün müharibədə iştirak etmək istədiyini söyləyən Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi yer alır. Təlimatçının sözlərinə görə, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə ermənilər hərbi hazırlıq keçmək üçün Ermənistana gəlməyə çalışırlar. Bununla yanaşı, İrəvanda yerli və xarici könüllülərə təlim keçən Karapet Ağacanyan [22] cəbhəyə getməzdən əvvəl onun düşərgəsində 10-a yaxın Livan ermənisinin təlim keçdiyini Reuters xəbər agentliyinə bildirmişdir. Onun sözlərinə görə, bu insanlar sentyabrın sonunda Qarabağda hərbi əməliyyatlar başlayan zaman Beyrutdan gəlmişlər.
Qeyd etmək lazımdır ki, Ermənistanın hakimiyyəti bir qayda olaraq törətdikləri təxribatlarının üstünü örtməyə çalışır, öz əməllərini isə azərbaycanlıların üstünə yıxırlar. Buna sübut olaraq, Ermənistanda, eləcə də Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ilə bağlı işgüzar ezamiyyətdə olan “Novaya qazeta”nın xüsusi müxbiri [23] İlya Azarın Ermənistanın təzyiqi ilə öz işini dayandırmasını göstərmək olar. Belə ki, oktyabrın 7-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan İlya Azara zəng edərək telefonu qondarma “Dağlıq Qarabağ Respublikasının sabiq Xarici İşlər Naziri” Karen Mirzoyana vermişdir. Karen İlyadan onun “Novaya qazeta”nın saytında dərc etdirdiyi “Cənub qapılarındakı müharibə” adlı reportajından – Şuşanın dağıdılmış mərkəzində erməni hərbçilərinin olması ilə bağlı verdiyi məlumatı çıxarmasını tələb etmişdir. İlya Azar isə bundan imtina edərək həmin materialını Ermənistan XİN-inin şərhi ilə tamamlamağı təklif etmişdir. Belə olduğu halda, İlya Azar Ermənistan XİN-inin tərəfindən dəfələrlə “təhlükəsizlik məsələlərinin müzakirə edilməsi üçün” çağırılmışdır. Daha sonra oktyabrın 8-də Ermənistan XİN-inin tərəfindən İlya Azarın akkreditasiya kartı əlindən alınaraq onun jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququnun olmadığı bildirilmişdir. Bu məqamdan göründüyü kimi ermənilər öz əməllərini gizlətmək üçün belə bir addımı atmışlar. Belə ki, məhz İlya Azar özünün “Cənub qapılarındakı müharibə” [24] adlı reportajında Ermənistanın iç üzünü ortaya çıxarır: “Oktyabrın 4-də Şuşanın darma-dağın olunmuş mədəniyyət mərkəzinə çatanda polislər bizə yaxınlaşırlar. Onlar binanı çəkməyimizə imkan vermirlər və bizə polis bölməsinə getməyi təklif edirlər. Onlar yarım saat ərzində bizim sənədlərimizi yoxlayırlar, biz isə qiymətli vaxtımızı itirdiyimizə görə əsəbləşirik. Polis Georgi ötən iki gündən fərqli olaraq gecə və səhərin Şuşada sakit keçdiyini deyir.
- Mehriban yaşamaq lazımdır. Kim ki bunu istəmir, onu... – deyə həmin polis qeyd edir.
- Onu... – deyə Estoniyadan olan müxbir tələsik şəkildə onun sözünü kəsir.
- Ondan da pis... – deyə polis Georgi ciddi şəkildə deyir.
Nəhayət, bizə klubun binasını çəkməyimiz üçün icazə verilir, lakin yalnız binanın xaricindən, içərisində isə xilasedicilərin işlədiyini və orada olmağın təhlükəli olduğunu bizə deyirlər. Bizim sürücümüz Sinod qeyd edir ki, bina bombalanan zaman içərisində 600 nəfər hərbçi və polis var idi. Sinodun sözlərinə görə, həmin hərbçilər qəsdən müşavirə etmək üçün mülki obyektə toplaşırlar ki, atəş altına düşməsinlər. Ancaq onları təslim edən bir xain var idi ki, belələrinin sayı da az deyildir – deyə Sinod qeyd edir. Onun sözlərinə görə, atılan raketin mədəniyyət mərkəzinə dəyməsi nəticəsində bina uçmuşdur. Binanın 50 metrlik radiusuna qırmızı bir qalaydan ibarət dam örtükləri tökülmüşdür, ətrafdakı asfalt isə qırıqlarla doludur. Partlamamış digər bir “Smerç” adlı raket isə yolun o biri kənarına düşmüşdür. Mədəniyyət mərkəzindən bir qədər kənardakı ağacların altında sarı rəngli yağış paltoları geyinmiş cavanların olduğunu görürük. Bunlar binadakı dağıntıları sökən qondarma “Qarabağ Respublikasının Fövqəladə Hallar Nazirliyi”nin xilasediciləridir. Onlardan Arut adlı birinin sözlərinə görə, oktyabrın 4-də dağılmış mədəniyyət mərkəzində əsgərlərin müşavirəsi keçirilmişdir, orada 300 nəfər olmuşdur, xilasedicilər isə binadan 19 nəfərin meyidini çıxara bilmişlər. Fransız jurnalistləri mənə danışırdılar ki, mədəniyyət mərkəzinə raket düşəndə Şuşada idilər və orada uşaqlı qadınlar da gizlənirdilər. Qondarma “Dağlıq Qarabağ Respublikası” isə 21 nəfərin həlak olduğunu qeyd edir. Onunla söhbət etdikdən sonra klubun qarşısındakı yaşayış evlərinə tərəf gedirəm. Birdən bu an hava həyəcanı sireni işə düşür. O anda həmkərlarım, eləcə də xilasedicilər və polislər mədəniyyət mərkəzinin zirzəmisinə (harda ki, onlar qan izləri olan hərbi dəbilqələri və avtomatdan qoparılmış hissələri tapırlar) daxil olurlar. Mən isə mənə yaxın olan evə girirəm. Daha sonra sirenin səsi kəsilir. Küçədə kimlərinsə danışıq səslərini eşidirəm və ehtiyatla baxanda maskalanmış iki yaşlı kişinin sanki heç bir şey baş verməmiş kimi söhbət etdiyini görürəm. Artıq çıxmaq olar? – deyə qışqıraraq onlardan soruşuram. Lakin görünüşə görə onlar mənim nəyə görə gizləndiyimi başa düşmürlər. Mən çölə çıxan kimi uzaqdan necə 3 partlayışın olduğunu eşidirəm. Bu partlayış yəqin ki, Stepanakertdədir (Xankəndi) – deyə qara papaqlı bir kişi deyir. Adı Mixail olan həmin qaynaqçı bizə oğlunu cəbhəyə göndərdiyini, özünün isə könüllü olaraq qeydiyyatdan keçdiyini və öz növbəsini gözlədiyini deyir.
- Sən Stepanakertdə (Xankəndi) idin? Oradakı böyük kilsəni gördün? Onun damını mən yığmışam. Ümumiyyətlə Şuşadakı işlərin yarısını mən görmüşəm – deyə o hiyləgərcəsinə gülümsəyir. Həmin an bizə Yuri adlı başqa bir sakin yaxınlaşır və o təhlükəsizlik üçün bizə möhkəm binaya getməyimizi təklif edir.
- Ölkəmizdə yalnız bir mədəniyyət mərkəzinin bombalandığını hesab edirlər. Stepanakert (Xankəndi) artıq Stalinqrad kimi görünür. Dünən onun üzərindən 100-dən çox “Smerç” raketini atmışlar – deyə Yuri qeyd edir.
“Ermənistan hakimiyyəti yerli əhalini aldadır. Onlar 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, patronlarımızın olmadığına görə sizdən üzr istəyirik, tankımızın olmadığına görə sizdən üzr istəyirik. Onların təqdim etdikləri zirehli geyimləri isə istifadəyə yararlı vəziyyətdə deyildir. Orada əsgərlərə təqdim olunacaq heç bir şey yoxdur. Yemək gətirələndə onu elə yoldaca boşaldıb aparırlar və əgər yemək istəyirsənsə onda “Qrad” raketlərinin altında 4 kilometrlik məsafəni qət etməlisən. Biz səkkiz nəfər olmaqla dörd gün ərzində dörd xətt boyunca sürükləndik” – deyə Artur həyəcanla qeyd edir” [24].
İlya Azarın reportajından da göründüyü kimi, saxtakarlıqlarının və yalanlarının üzə çıxmasına baxmayaraq, ermənilər hər fürsətdə Azərbaycanı dünyada vandal dövlət kimi qələmə verməyə çalışırlar. Əslində isə Paşinyanın hakimiyyəti Ermənistanın sonunu gətirir, ona görə də ermənilər artıq Ermənistanı, eləcə də əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağdakı qanunsuz yaşayış yerlərini tərk edərək başqa ölkələrə üz tuturlar. Bu baxımdan qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçılarının prezidenti [25] Araik Arutyunyanın da Qarabağdan İrəvana qaçması təsadüfi deyildir. Çünki erməni separatçıları artıq Azərbaycanın sürətli hücumlarının qarşısında dayanmaq iqtidarında olmadıqlarını başa düşürlər. Belə ki, Araik Arutyunyan öz feysbuk səhifəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın administrasiyasının Xankəndindən İrəvana köçdüyünü bəyan etmişdir.
Sonda onu qeyd etmək istəyirik ki, ermənilərin sentyabrın 27-dən başlayan namərd hücumlarından fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri öz əks-həmləsini humanitar hüququn bütün normaları əsasında həyata keçirir. Məhz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Ali Baş Komandanlığı ilə bu gün müzəffər Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarını davam etdirməsi nəticəsində torpaqlarımız günü-gündən işğaldan azad olunur ki, bu qələbələr də müstəqillik tariximizin ən möhtəşəm anlarıdır.
Ədəbiyyat siyahısı:
1. Уроженец Джавахети призывает поддержать Карабах из Ватикана /26.10.2020/ http://jnews.ge/?p=60553
2. Фоторепортаж с акции «Джавахк рядом с Арцахом» /06.10.2020/ http://jnews.ge/?p=59288
3. “Требуем объективности”: армяне Грузии провели акцию протеста перед “Мтавари архи” /01.10.2020/ https://ru.armeniasputnik.am/caucasus/20201001/24711826/Trebuem-obektivnosti-armyane-Gruzii-proveli-aktsiyu-protesta-pered-Mtavari-arkhi.html
4. Проживающие в Тбилиси этнические армяне провели акцию у здания телекомпании «Мтавари архи» /01.10.2020/ https://www.apsny.ge/2020/soc/1601615336.php
5. «CNN, ты где?»։ армяне перекрыли голливудское шоссе, собрались перед редакцией CNN в Лос-Анджелесе /04.10.2020/
https://www.aravot-ru.am/2020/10/04/338805/
6. Армяне Грузии провели в Тбилиси масштабное шествие в поддержку Карабаха /23.10.2020/ https://arm-world.ru/news/novostnik/63884-armjane-gruzii-proveli-v-tbilisi-masshtabnoe-shestvie-v-podderzhku-karabaha.html
7. Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur” /31.10.2020/ https://olke.az/qarabag/207703/mudafie-nazirliyi-azerbaycan-ordusu-mulki-ehalini-atese-tutmur/
8. Şuşadakı kilsəyə guya raket zərbəsinin endirilməsi ilə bağlı feyk xəbərlərin yayılması Ermənistanın növbəti təxribatıdır /08.10.2020/ https://nuhcixan.az/news/siyaset/35476-susadaki-kilseye-guya-raket-zerbesinin-endirilmesi-ile-bagli-feyk-xeberlerin-yayilmasi-ermenistanin-novbeti-texribatidir
9. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı /11.01.2016/ https://president.az/articles/17437
10. Ermənilər Şəmkirin yaşayış məntəqələrini “Toçka-U” kompleksindən atılan raketlərlə vurub /02.10.2020/ https://azeridefence.com/erm%C9%99nil%C9%99r-s%C9%99mkirin-yasayis-m%C9%99nt%C9%99q%C9%99l%C9%99rini-tocka-u-kompleksind%C9%99n-atilan-raketl%C9%99rl%C9%99-vurub/
11. Düşmən Beyləqan şəhərini raket atəşinə tutdu: ölən və yaralılar var – RƏSMİ /04.10.2020/ https://nocomment.az/dusmen-beyleqan-seherini-raket-atesine-tutdu-olen-ve-yaralilar-var-resmi/
12. Ermənilərin Ağdama raket atdı: 4 mülki şəxs yaralanıb /09.10.2020/ https://mediapost.az/ermenilerin-agdama-raket-atdi-4-mulki-sexs-yaralanib
13. Ermənistandan Mingəçevirə ballistik raket atılıb – Video /10.10.2020/ https://qafqazinfo.az/news/detail/ermenistandan-mingecevire-ballistik-raket-atilib-video-301359
14. Gəncənin raket atəşinə tutulma anı – Video /11.10.2020/ https://modern.az/az/news/259805
15. Ermənistan Ordubada raket zərbəsi endirib – Fotolar /16.10.2020/ https://nuhcixan.az/news/siyaset/36002-ermenistan-ordubada-raket-zerbesi-endirib
16. Ermənilər Tərtəri raket atəşinə tutub – Canlı /19.10.2020/ https://axsam.az/?name=xeber&news_id=122838
17. Ermənilər Goranboyu raket atəşinə tutub /28.10.2020/ https://apa.az/az/cebhe_xeberleri/Ermnilr-Goranboyu-raket-atsin-tutub-612571
18. Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var - Foto – Video /28.10.2020/ https://apa.az/az/cebhe_xeberleri/Ermnilr-Brdni-yenidn-raket-atsin-tutub-olnlr-var-colorredFOTOcolor-colorredVIDEOcolor-612599
19. Ermənilər Ağcabədiyə raket atıb, qəbiristanlıq dağılıb /31.10.2020/
http://www.aztv.az/az/news/10114/ermeniler-agcabediye-raket-atib-qebiristanliq-dagilib
20. Армянский депутат: у армии нет формы, оружия и еды /03.11.2020/
https://vestikavkaza.ru/material/326110
21. "Bizim olmayan ərazilər üçün döyüşmək istəmirdik, qaçmalıydıq..." - Erməni əsirlərdən etiraflar – Video /23.10.2020/
https://konkret.az/bizim-olmayan-eraziler-ucun-doyusmek-istemirdik-qacmaliydiq-ermeni-esirlerden-etiraflar-video/
22. Хикмет Гаджиев: Репортаж Reuters подтверждает наличие ливанских наемников в армянской армии /02.11.2020/ https://1news.az/news/hikmet-gadzhiev-reportazh-reuters-podtverzhdaet-nalichie-livanskih-naemnikov-v-armyanskoy-armii
23. Илья Азар: Война у южных ворот. Что происходит в Карабахе: Репортаж из Шуши и Лачина /09.10.2020/ https://echo.msk.ru/blog/novaya_gazeta/2722579-echo/
24. Война у южных ворот /07.10.2020/ https://novayagazeta.ru/articles/2020/10/07/87416-voyna-u-yuzhnyh-vorot?fbclid=IwAR3duQDTEFtMQfMpvJvy9cWrN0KLtYfZ6cD75_hjNeJj2K0o2Le4mKNaqVU
25. Лидер сепаратистов "НКР" Арутюнян сбежал из Карабаха в Ереван – Армения де-факто признала капитуляцию /04.11.2020/ https://www.dialog.ua/world/218477_1604501259
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 19:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 19:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti