reklam
Regionxeberlericom.az » Cəmiyyət » Atası cəbhədə döyüşən beş yaşlı Safiya Həsənzadənin təcili müalicəyə ehtiyacı var - MÜRACİƏT

reklam

Atası cəbhədə döyüşən beş yaşlı Safiya Həsənzadənin təcili müalicəyə ehtiyacı var - MÜRACİƏT

Beş yaşlı Bakı sakini Safiya Həsənzadənin təcili köməyə ehtiyacı var.

Uşaq kəskin limfoblast leykozdan əziyyət çəkir. Bu təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Kəskin limfoblast leykoz uşaq və yeniyetməlik dövründə ən çox rast gəlinən xəstəlikdir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir.

Uşağın ailəsi çox çətin vəziyyətə düşüb. Hazırda Safiya və anası Belarusda yerləşən Onkologiya, Hematologiya və İmmunologiya Elmi-Praktik Mərkəzində müalicə olunur. Uşağın atası isə ailənin bu çətin vəziyyətində Qarabağda gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.

“Hər şey bu ilin avqust ayında başladı. Qızımın hərarəti var idi, soyuqladığını düşünürdük. Pediatrlar da qərara gəldilər ki, Safiya qrip olub, onu antibiotiklərlə müalicə etdilər, ancaq uşaq yaxşılaşmadı. Analizlər uşağın hemoqlobininin kəskin azalmağa başladığını göstərdi. Bundan sonra bizi müayinə üçün hematoloqun qəbuluna göndərdilər”, - deyə Safiyanın anası Ülviyyə Həsənzadə Media.Az-a bildirib.

Punksiya və biopsiyanın nəticələrinə əsasən qıza B-limfoblastik leykoz diaqnozu qoyuldu. Bu xəstəliyin müalicəsi kifayət qədər maliyyə vəsaiti tələb edir.

“Safiyanin təcili müalicəyə ehtiyacı vardı. Bizə Minskdəki Onkologiya, Hematologiya və İmmunologiya Elmi-Praktik Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə edildi. Həkimlər bədənin bu xəstəliyin müalicəsinə reaksiyasının fərdi olduğuna istinad edərək proqnoz qoymaqda hələ tələsmirlər. Bizə deyilən tək bir məsələ müalicənin ən azı iki il davam edəcəyidir” - deyə Ü.Həsənzadə bildirdi.

Ailə bütün analizlərin nəticələrini gözləyir, yalnız bundan sonra sümük iliyi transplantasiyasının zəruriliyi və ya dərman müalicəsi və kimyəvi terapiyanın davam etdiriləcəyi bəlli olacaq.

“Həkimlər ilkin mərhələdə müalicə üçün 40 min dollara (68 min manat) ehtiyac olacağını deyib. Müalicənin necə davam edəcəyi noyabrın ortalarına yaxın bilinəcək. Mən çox narahatam, çünki bu olduqca ciddi bir xəstəlikdir. Hətta həkimlər də Safiyanın orqanizminin kimyəvi terapiyanı necə qəbul edəcəyini, bunun digər orqanlarda hansı nəticələrə səbəb olacağını bilmirlər. Amma mən yaxşı olacağına ümid edirəm, qızımın sağalacağına və ərimin sağ-salamat qayıdacağına inanıram!”, deyə Ü.Həsənzadə vurğulayıb.

Safiya Həsənzadəyə kömək etmək istəyənlər aşağıdakı bank hesablarına pul köçürə və ya qeyd olunan nömrələrə zəng edərək ailə ilə əlaqə saxlaya bilərlər.











Paylaş:


Müəllif : Tarix:
3-11-2020, 19:43
Sikayət   


loading...
Загрузка...