reklam
Regionxeberlericom.az » Cəmiyyət » Uzunömürlülük tərəvəzi, qaraciyər və böyrəyin dərmanı

reklam

Uzunömürlülük tərəvəzi, qaraciyər və böyrəyin dərmanı


 Badımcan dünyanın bir çox ölkələrinin kulinariyasında fəal şəkildə istifadə olunur. Onlar bişirilir, qızardılır, xəmirin içinə qoyub bişirilir, pörtülür, qrildə bişirilir, marinada qoyulur, badımcan salatı və kürü hazırlamaq üçün istifadə olunur. Şərqdə badımcan uzun ömürlülük tərəvəzi adlanır. Tərkibindəki ürək fəaliyyətinə müsbət təsir göstərən kalium duzları sayəsində yaşlı insanlara və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə badımcanın istifadəsi məsləhət görülür. Badımcandan hazırlanmış yeməklərin müntəzəm istifadəsi duz balansına xeyirli təsir edir. Buna görə də, maddələr mübadiləsinin pozulması, xüsusilə də podaqra ilə badımcan pəhrizinə riayət etmək tövsiyə olunur. Badımcan qaraciyər və böyrək, mədə-bağırsaq traktı xəstəliklərinə qarşı mübarizədə kömək edir.

 Tibb saytı badımcanın orqanizm üçün faydasından xəbər verir.

Xolesterinin səviyyəsini aşağı salır. Badımcan, güclü sərbəst radikal təmizləyən xlorogen turşusu mənbəyidir. Bu turşu həmçinin virus, xərçəng və mikrob əleyhinə xüsusiyyətlərə malikdir.

Beynin sağlamlığını gücləndirir. Müəyyən edilib ki, badımcanın müntəzəm istifadəsi yaşlı insanlarda əqli pozuntusunun azaldılmasına kömək edir.

Xərçəngə qarşı mübarizə aparır. Badımcanda olan polifenolların antimikrob təsirlərə malik olduğu aşkar edilib. Antioksidantlar hüceyrələri sərbəst radikalların yaratdığı zərərlərdən qoruyur, bu da şiş böyüməsinin və xərçəng hüceyrələrinin işğalının qarşısını alır və eyni zamanda xərçəng hüceyrələrinin ölümünü təşviq edir.

Diabetə nəzarət etməyə kömək edir. Badımcanda həll olunan karbohidratlar azdır, liflər isə çoxdur, bu da şəkərli diabet xəstələri üçün yaxşı qidadır. Tədqiqatlar badımcanın diabetin müalicəsində və nəzarətində rolunu dəstəkləyir.


Paylaş:


Müəllif : Tarix:
8-10-2020, 09:26
Sikayət   


loading...
Загрузка...