Qida sənayesində növbəti İNQİLAB: SUYU İÇMƏDİLƏR, YEDİLƏR!
Yeyilən sudan ilk dəfə istifadə olundu
Hər il onminlərlə qaçışçının iştirak elədiyi London Marafonunda bu il yenilik olub.
Ötən ildə keçirilən Marafonda yaranmış nəhəng plastik şüşə tullantıları yığınlarının daha olmamasına çalışan təşkilatçılar bu il keçirilən yarışda tamamilə yeyilə biləcək su kürələrindən istifadə eləyiblər. İdmançılara qaçış zamanı plastik su şüşələri əvəzinə dəniz yosunundan hazırlanmış yeyilə bilən su kapsulları verilib. Nəticədə plastik tullantılardan yaxa qurtarmaq mümkün olub.
2018-ci ildə keçirilən London Marafonunda 920 min ədəd plastik su qabının atılması təşkilatçıları yeni bir alternativ axtarmağa məcbur edib. Bəllidir ki, bu plastik tullantılar təbiətdə yalnız 450-1000 il müddətinə yox olur.
Londonda fəaliyyət göstərən “Skipping Rocks Lab” adlı qurum problemin həlli üçün “Ooho” adlı su kürələri istehsal edib və həmin kürələrdən bu il keçirilən Marafon yarışında istifadə edilib. Nəticədə bu il istifadə edilərək atılan plastik su qablarının sayı 704 minə düşüb. 40 min nəfərdən artıq iştirakçının diqqətini cəlb edən kürə sular gələcək illərdə bu cür “qablaşdırılmış” sulardan istifadə üçün ümidverici addıma çevrilib. Plastik qablaşdırmaya alternativ olaraq istehsal edilən “Ooho” kürələri tamamilə ətraf mühitə dost olacaq şəkildə hazırlanıblar.
Kapsullar su yosunundan hazırlanıb, şəffaf və dadsızdır.
Ağızda dərhal əriyən bu kapsulları birdəfəyə udmaq mümkündür. İstifadə edilmədiyi təqdirdə, kapsul pərdəsi 4-6 həftə ərzində öz-özünə yox olur.
Hurriyyet.org
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-05-2019, 15:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-05-2019, 15:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01