Risk yüksək, sığortaçılar ürkək: - Bəs kəndlilər malını kimə əmanət etsinlər?
"Azərbaycanda aqrar sahədə sığorta mexanizmi, demək olar ki, yoxdur. Düzdür, son bir neçə ildə yığım və ödənişlərlə bağlı artımlar var. Amma burada iştirakçılar, əsasən, böyük şirkətlər, holdinqlərdir və bu da çox az saydadır. Ölkənin sığorta bazarında aqrar sığortanın 0,2 faiz ətrafında yığım və ödəniş üzrə payı var".
Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, iqtisadi fəaliyyətlər arasında aqrar fəaliyyət ən risklilərdəndir: "Bizdə, xüsusilə aqrar sektorda maliyyə resurslarına çıxış imkanları məhduddur. 2 il bundan əvvəl daşınar əmlakın girovluğu ilə bağlı qaydaların təsdiq edilməsinə baxmayaraq, hələ də bank sektoru aqrar sahəni maliyyələşdirməkdən çəkinir. Çünki burada sığorta mexanizmi yoxdur. Sığorta olmadığı üçün də bankın bu sektora yönəltdiyi vəsaitlər üzrə risk yüksəlir".
Həsənov qeyd edib ki, bu sahədə kateqoriyalar çox azdır: "Cəmi 4 istiqamət üzrə 6-7 məhsul növünə sığorta verilir. Bu məhsulların da bir neçəsi Azərbaycan bazarında o qədər də rentabelli fəaliyyət istiqaməti hesab olunmur. Eyni zamanda, hadisələrin sayı məhduddur. Risklərin təkrar sığortası ilə bağlı mexanizmlər zəif inkişaf edib".
"Mövcud sığorta sistemində dəstək, əsasən, birtərəflidir. Sığorta şirkətləri də bu prosesdə dəstəklənməlidir. Çünki sığorta şirkətləri kənd təsərrüfatı kimi ağır riskin olduğu bir sahədə fəaliyyətə daxil olarkən dəstək görməlidir. Stimullaşdırıcı mexanizm təkcə fermerin deyil, eyni zamanda sığorta şirkətinin də prosesdə iştirakını təşviq etməyə yönəlməlidir" - deyə iqtisadçı söyləyib.
Ekspert bildirib ki, Azərbaycan ərazilərinin qiymətləndirilməsi aparılmalı, risklər kateqoriyalaşdırılmalı, sahələr üzrə təşviq paketləri olmalıdır: "Bundan başqa, sığorta sektoru Azərbaycanda hələ tam təşəkkül tapmayıb və burada ciddi inamsızlıq var. Digər bir məsələ odur ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların 97 faizi subyekt olaraq ailə təsərrüfatlarıdır. Bəzi ailə təsərrüfatlarının maliyyə vəziyyəti çətindir və onlar sığorta şirkətlərinin müəyyən etdiyi sığorta pulunu ödəmək qabiliyyətində deyil".
"Sığorta şirkətləri digər sahələrlə müqayisədə aqrar sahədə daha yüksək sığorta ödənişləri müəyyənləşdirir. Çünki ödənişin müəyyənləşdirilməsi mexanizmi risk ilə mütənasiblik təşkil edir. Risk yüksək olduğu üçün daha yüksək ödənişlər təklif olunur" - deyə o bildirib.
R.Həsənovun sözlərinə görə, bu sahədə digər bir məsələ hesabatlılıq ilə bağlıdır: "Sığorta şirkəti fermer və yaxud ailə təsərrüfatının fəaliyyətini sığortalayarkən burada statistik məlumat olmalıdır. Bu statistik məlumat 4-5 ili əhatə etməlidir və hesabatlılıq şəffaf olmalıdır. Bu sahədə maarifləndirmə çox zəifdir. Hələ 1930-cu illərdən dünyada kənd təsərrüfatında sığorta sisteminin formalaşmasında dövlətlər öz iştirakçılığını zəruri hesab edib və bu prosesdə əsas yükü götürən tərəf olub. Ümid edirəm ki, yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsi bu sahədəki problemlərin həllinə töhfəsini verəcək".
Qeyd edək ki, "Aqrar sığorta haqqında" yeni qanun layihəsi hazırlanıb. Yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, "Aqrar sığorta haqqında" qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur: "Məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir. Əvvəlki qanunvericilikdə də dövlətin aqrar sığortaya dəstəyi əks olunmuşdu. Yeni mexanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq. Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlər onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər".
"Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. Buna görə də aqrar sığortaçıda da maraq yaradılacaq" - deyə İ.Qədimova diqqətə çatdırıb.
Millət vəkili Ziyad Səmədzadə bildirib ki, aqrar sığorta ölkəmizdə kənd təsərrüfatında aparılan islahatların növbəti mərhələsidir: "Maliyyə Bazarlarına Nəzarət Palatası da sığorta sahəsində tədbirlər sistemi hazırlayır. Təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-05-2019, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-05-2019, 09:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11