“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
Məlumdur ki, ölkədə ötən tədris ilində ənənəvi təhsil prosesi virus səbəbilə mart ayından etibarən dayandırıldı. Lakin buna baxmayaraq, qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər heç də əvvəlki illərdən az olmadı. Hətta abituriyentlər arasında rekord balı toplayanlar da oldu. Bu isə öz növbəsində ictimaiyyət arasında belə bir fikir formalaşdırdı ki, məktəblərə ehtiyac yoxdur, onsuz da qəbulda aparıcı rolu repetitorlar oynayır. Əksəriyyət məktəblərdə dərs keçilmədiyini düşünərək artıq aşağı sinifdən övladını repetitor yanına qoymağa başlayıb.
Təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, məsələyə bu şəkildə yanaşmaq düzgün deyil:
“Sovet dönəmində repetitor anlayışı olmayıb. Amma Amerika kimi hökumətlər də Sovet təhsil sisteminin üstünlüklərini təsdiq edir. Azərbaycanın özü 70 il ərzində nə qədər elm adamına, nailiyyətlərə sahib olub. Azərbaycan 1960-70-ci illərdə öz elminin və mədəniyyətinin intibah dövrünü yaşayıb. Bunu inkar etmək məntiqə sığmır. Amma düzdür ki, son illər biz beynəlxalq təhsil sisteminə inteqrasiya etdik və bu mənada bizdə repetitor anlayışı ortaya çıxdı. Bu repititorluq get-gedə kök saldı. Repetitorluq təzə çıxan vaxt ancaq ali məktəbə hazırlıq kimi ona baxırdılar və 10-11-ci siniflər bu xidmətdən istifadə edirdi. İndi isə 1-ci sinif şagirdi də repetitor yanına gedir. Belə meyillər ortaya çıxıb”.
Mütəxəssis vurğulayıb ki, təhsilin repetitorların çiynində inkişaf etməsi fikri ilə razılaşmaq mümkün deyil:
“Bu məsələ ilə biz istəsək də, istəməsək də razılaşa bilmərik. Repetitorluq dünyanın bir sıra ölkələrində var. “Yağın şorbaya ziyanı yoxdur”,-deyə bir rus məsəli var. Ümumiyyətlə, bu repetitorluğun qarşısını almaq da mümkün deyil. Məsələ təkcə onunla da bağlı deyil. Hazırda ölkədə hazırlıq kurslarının sayı artıb. Bu isə bazar iqtisadiyyatı ilə bağlı olan məsələdir. Bizdə faktlar var ki, bir çox uşaq məktəbdəki tədris hesabına uğur qazanıb”.
Həmsöhbətimiz hesab edir ki, məktəbi əldə olunan uğurlardan kənarda saxlamaq, onu tamamilə sırada çıxarmaq qətiyyən doğru deyil:
“Ali məktəblərə ixtisas qrupları ilə qəbul həyata keçirilir və repetitorluğun ən ziyanlı cəhəti odur ki, uşaq sadəcə ixtisası ilə əlaqədar olan fənləri öyrənir, digər mövzularda anlayışı olmur. Məktəbdə isə bunların hamısı tədris olunur. Təhsil sistemləşdirilmiş bilik-bacarıq və vərdişlər məcmusudur. Təhsil şagirdə sistemləşdirilmiş bilik verməlidir. Konkret hansısa bir sahə üzrə dərs keçilməli deyil. Repetitorluq ona xidmət edir ki, bizim gənclərimiz birtərəfli inkişaf edir. Ümumi dünyagörüşün formalaşması istiqamətində repetitorluq böyük zərbə vurur, o, məktəb mühitini dağıdır. Vaxt var idi ki, məktəbə müqəddəs məbəd kimi baxırdıq. Bizim ucqar kəndlərimiz var ki, valideynlərin övladını repetitor yanına göndərmə imkanı olmayıb, amma övladları məktəb hesabına ali məktəbə qəbul olub. Repetitorluq yalnız ali məktəbə qəbul olmaq baxımından faydalı ola bilər, ancaq bu, ümumtəhsil məktəbinin şagirdlərin həyatındakı rolunu inkar edə bilməz. Məktəb zəruridir. Bizim təhsil qanunvericiliyimiz var. Onlayn təhsil sisteminin tətbiqi onu deməyə əsas vermir ki, məktəbsiz də şagirdlər təhsil ala bilər, məktəblərə ehtiyac yoxdur. Repetitor yanına getdiyi halda aşağı göstəriciyə malik olan abituriyentlər də var. Yəni bunu birmənalı şəkildə məktəblərin üstünə atmaq olmaz”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-09-2020, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-09-2020, 13:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26