Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Təhsil müəssisələrinin açıldığı bir həftədir, lakin artıq təhsilalanlar və təhsil işçiləri arasında koronavirusa (COVID-19) yoluxanlar var. Təhsil Nazirliyinin 21 sentyabr 2020-ci il tarixinə olan məlumatına görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.
Eyni zamanda, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən, əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.
Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.
Qeyd edək ki, oktyabr ayının 15-dən bütün siniflər üzrə əyani təhsil həftədə iki və üç dəfə olmaqla keçiriləcək. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.
Ölkənin baş infeksionisti Cəlal İsayev bu barədə yerli mətbuata açıqlamasında bildirib ki, həmin vaxta qədər müəyyən tədbirlər planı hazırlamaq lazımdır. Çünki yuxarı sinif şagirdləri maska taxa bilsələr də, sıxlıq olan yerdə maskanın effektivliyi azala bilər.
Eyni zamanda Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də bildirib ki, insanların sıx toplaşdığı yerlərdə yoluxma hallarının artması qaçılmazdır. Onun sözlərinə görə, yeganə çıxış yolu kütləvi şəkildə müəllim və şagird heyətini testdən keçirməkdir, lakin bu da mümkünsüzdür.
İndi hər kəsi bu sual düşündürür: Bəs, görəsən, virusa yoluxma sayında artım olarsa, məktəblər yenidən bağlana bilərmi? AYNA mövzuya dair ekspertlərin rəylərini öyrənib.
Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, məktəblərin bağlanması çıxış yolu ola bilməz: “Yuxarı sinif şagirdləri məktəbə getmir, lakin onlar arasında da virusa yoluxanlar var. Buna görə də məktəbləri bağlamaq çıxış yolu ola bilməz. Məktəblər öz fəaliyyətini davam etdirməlidir, ancaq bu şərtlə ki, əhali öz boynuna düşən yükü yüz faiz götürsün. Sanitar-epidemioloji qaydalara əməl etmək mütləqdir. Əllə görüşmək, qucaqlaşamaq kimi adət etdiyimiz bir sıra vərdişləri təxirə salmalıyıq. Sosial məsafəni gözləmək lazımdır”.
“Bilməliyik ki, koronavirus çox amansız bir xəstəlikdir, zarafatı sevmir. Bunları qəbul etdikdən sonra məktəblərimiz öz fəaliyyətini davam etdirməlidir. Yoxsa koronavirus var deyə məktəbləri bağlaya bilmərik. Virusa yoluxanların sayı çox sürətlə artmır, bu artım normal göstəricidir. Valideynlər də qorxmamalıdır, uşaqlarını məktəbə göndərməlidir. Valideynlər arasında uşağını məktəbə göndərməyənlər də var, bu, özü çox təhlükəlidir”, - Əsgərov deyib.
Daha bir təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, bu rəqəmlər həyəcan təbilidir və dərslər dərhal dayandırılmalıdır: “Biz indiyəcən məktəb yaşlı uşaqlar arasında virusa yoluxma sayını çox aşağı bilirdik. Ancaq bu gün məktəblərimizdə virusa yoluxanların sayı göstərir ki, bizim məktəblər ənənəvi tədrisə hələ hazır deyil. Mən düşünürəm ki, dərhal dərslər dayandırılmalıdır və məktəblərdə yenidən monitorinq aparılmalıdır. Halbuki biz bunu yayda etməliydik. Hansı məktəblərin pandemiya şəraitində tədrisə hazır olduğunu məyyənləşdirməliyik”.
“Bununla bağlı qızıl qaydalar var ki, məktəblər həmin tələblərə cavab verməlidir: Ən əsası sinif otaqları, bütövlükdə məktəb, məktəbin həyəti, ona yaxın küçələr dezineksiya edilirmi? Məktəbdə su qovşaqları tələblərə cavab verirmi? Məktəblər lazımi tibbi ləvazimatlarla təmin edilibmi? Məktəb yeməkxanası hansı şəraitdədir? Bu sualların cavabları dəqiqləşdirilməlidir. Eyni zamanda da yoluxan şagirdlərin hansı şəraitdə yoluxması müəyyənləşdirilməlidir. Bəlkə, məktəbdə mövcud vəziyyət sanitar qaydalara cavab vermir, yoluxma hallarının səbəbi budur? Yəni ilk növbədə, yoluxma hallarının necə baş verdiyi, daha sonra da məktəblərin tələblərə cavab verib-vermədiyi müəyyənləşdirilməlidir”, - ekspert vurğulayıb.
Mürşüdlünün fikrincə, ibtidai siniflər üçün dərslərin dayandırılması çox çətin vəziyyət yaradacaq: “Onların müəllimlə birbaşa ünsiyyətdə olması önəmlidir. Çünki onlar təhsilə yeni başlayıblar, onlayn qaydada qələm tutmağı, yazmağı öyrətmək qeyri-mümkündür. Buna görə də mən düşünürəm ki, təkcə Təhsil Nazirliyi yox, ümumilikdə Operativ Qərargah vəziyyəti öz üzərinə götürməlidir. Çünki əlavə maddi resurslar, insan qüvvəsi lazım olacaq. Digər nazirlik və əlaqədar təşkilatların yardımına ehtiyac olacaq. Bu, həyəcan təbilidir”.
“Təhsil işçiləri arasında virusa yoluxma halının qeydə alınması çox məyusedici faktdır. Çünki uşaqlar sosial məsəfani anlamasa da, yetkin insanlar, ələlxüsus da, müəllimlər özləri şagirdlərə örnək olmaldır. Ancaq təəssüf ki, çox vaxt örnək olmalı olan valideynlər də nə maska taxır, nə də sosial məsafə gözləyir. Sanki virusa yoluxmanı ciddiyə almırlar”, - müsahibimiz fikrini yekunlaşdırıb.
İnfeksionist Vüqar Cavadzadə isə o fikirdədir ki, hansı məktəbdə siniflərdə koronavirusa yoluxma faktı qeydə alınıbsa, həmin məktəblər distant qaydada davam etməlidir: “Aşağı sinif şagirdləri sosial məsafəni tam qavraya bilmirlər. Tənəffüs zamanı bir-biri ilə, qonşu sinfin şagirdləri ilə yaxın təmasda olurlar. Bu da yoluxma sayının artmasına şərait yaradır. Yuxarı sinif şagirdləri sosial məsafənin qorunmasında və gigiyena qaydalarına riayət edilməsində daha anlayışlıdırlar. Buna görə də mən hesab edirəm ki, koronavirusa yoluxma faktı qeydə alınan məktəblər distant qaydada davam etməlidir”.
İnfeksionist Nicat Əzimli də həyəcana düşməməyi tövsiyə edir: “Uşaqlar arasında yoluxma hallarının böyüklərə nisbətən daha az olduğunu araşdırmalarla sübut etmiş bəzi mənbələr var. Lakin bu haqda belə bir yetkin fikir demək doğru olmaz. Hər halda uşaqlar arasında qorunma tədbirlərinə riayət etmə böyüklərə nisbətən daha aşağıdır. Onlar bir-biri ilə daha sıx kontakta girirlər. Bu səbəbdən məktəblərin açılmasından sonra uşaqlar arasında yeni yoluxma halları aşkarlanması normal haldır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2020, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2020, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11