Heyvan sahibləri bu xəstəliyə qarşı diqqətli olsun - Dövlət Baytarlıq Xidməti
Heyvan sahibləri xırdabuynuzlu heyvanlarda enterotoksemiya xəstəliyinə görə daha diqqətli olmalıdırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, xırdabuynuzlu heyvanlar enterotoksemiya xəstəliyinə görə vaxtında peyvənd olunmalı və qeyd edilən tövsiyələrə əməl edilməlidir.
Qeyd edək ki, xırdabuynuzlu heyvanların infeksion anaerob enterotoksemiyası ağırgedişli infeksion xəstəlik olub, hemorroji enterit, sinir pozğunluğu, böyrəklərin zədələnmələri (yumşalması), ümumintoksikasiya ilə xarakterizə olunub çox vaxtı xəstə heyvanların tələf olması ilə səciyyələnir.
Xəstəliyə ən çox qoyunlar, nisbətən az dərəcədə isə qaramal, at, keçi, donuz, quş və s. növ heyvanlar həssaslıq göstərir. Xəstəliyə bütün yaşda olan heyvanlar, xüsusilə 8-10 aylıqlar daha çox həssaslıq göstərir. Xəstəlik sürüdə əsasən azhərəkətli yüksək köklük dərəcəsinə malik olan heyvanları daha çox tutur.
İnfeksion epterotoksemiyada mövsümülük mövcuddur. Belə ki, xəstəlik ən çox yazda, sonra isə payız və qışda müşahidə olunur. Xəstəliyin baş verməsində meteoroloji amillər mühüm rol oynayır. Yağışlı günlərdə infeksion enterotoksemiya quraqlıq keçən illərə nisbətən daha çox müşahidə edilir.
Xəstəliyin ildırımvarı gediş zamanı heyvanlar qəflətən və 2-3 saata ölür. Belə gediş əsasən körpələrdə və kök heyvanlarda müşahidə edilir, heç bir kliniki əlamətlər görünmür. Bəzən xəstə heyvanlarda ümumi ölgünlük, nəbzin zəifləməsi, hərəkət koordinasiyasının pozulması qeyd olunur. Heyvan yerə yıxılır ağız və burundan serozlu və ya serozlu-hemorroji selik ayrılır. Qanlı ishal, qıcolmalar, dişlərini xırçıldatma və tez-tez sidik ifrazı görünür. Görünən selikli qişalarda hiperemiya nəzərə çarpır.
Xəstəliyin itigedişi zamanı temperaturun 41°C-yə qədər yüksəlməsi, qanlı-selikli ishal, səndələmə hərəkətləri və ətrafların parezi görünür. Bəzən sinir pozğunluğu əlamətləri müşahidə edilir ki, bu zaman heyvan yerə yıxılır, çırpınır və çox vaxt komatoz (xarici təsirlərə qarşı reaksiyanın itməsi) vəziyyət alır. Əzələlərin gərilməsi nəticəsində baş geri qatlanır. Ağızdan köpüklü maye ayrılır, görünən selikli qişalar anemiyalı olur. Sidikdə qan aşkar edilir. Xəstəlik 2-3 gün, bəzən isə 1 həftəyə qədər davam edir və ölümlə nəticələnir.
Heyvan diaqnostika məqsədilə xəstəliyin epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişiklikləri nəzərə alınaraq yarıla bilər. Qarın və döş boşluğunda pis qoxulu maye olur, cəsəd tez çürüyür.
Xəstəliyin yarımiti gediş yaşlı qoyun və quzularda müşahidə olunur. Belə gediş ya sərbəst halda, yaxud da iti gedişin davamı kimi baş verir. Xəstələrdə ishal, suya hərislik, nəcis kütləsində selik və qan müşahidə edilir. Görünən selikli qişalar solğun-sarı rəngdə olur. Xəstəliyin belə gedişi 10-12 gün davam edir. Bəzən boğaz heyvanlarda balasalma qeyd olunur.
Xəstəliyin xroniki gedişi arıq heyvanlarda getməklə onlarda ümumi zəiflik, anemiya, sinir pozğunluğu əlamətləri müşahidə edilir.
Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. İmmunitetin gərginliyinin aşağı düşməsi üçün vaksinasiyadan 3 ay keçmiş revaksinasiya aparılmalıdır. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur. Xəstəliyə görə qeyri-sağlam zonalarda otlaq sahəsinin yaxşılaşdırılması, baytarlıq-sanitariya tədbirlərinin səviyyəsinin yüksəldilməsi, keyfiyyətli yemlənmə mühüm profilaktik tədbirlərdən hesab olunmalıdır. Yaşıl otların cücərməsi dövründə və yağmurlu havalarda otlaqlardan ehtiyatla istifadə olunmalı və timpaniya bir neçə heyvanda müşahidə olunduqda heyvanlar həmin zonadan başqa sahəyə aparılmalıdır. Durğun sularda heyvanlar suvarılmamalıdır. Otlaq sahəsinin torpağında mineral yoxsulluğu mövcuddursa heyvanlara bunlar mütləq yemlə verilməlidir.
İnfeksion enterotoksemiya müşahidə olunduqda təsərrüfata bəzi məhdudlaşmalar qoyulur. Xəstə və xəstəliyə şübhəli heyvanlar ayrılaraq spesifik hiperimmun serumun müalicə dozası ilə peyvənd edilir, sonra yaranmış immunitet vaksinasiya ilə möhkəmlənir. Sağlam heyvanlar otlaqdan bordaq şəraitinə keçirilir. Təsərrüfatdakı bütün heyvanlar vaksinasiya edilir.
Xəstəlikdən ölmüş heyvanlar dəri ilə birlikdə yandırılır. Xəstə heyvanların sağılması və südündən istifadə qadağan edilir. Bundan əlavə xəstə heyvanların ət üçün kəsilməsinə icazə verilmir. Peyin və yem qalıqları yığılaraq yandırılmalıdır. Cari dezinfeksiya məqsədilə 3%-li xlorlu əhəng, 5%-li formaldehid və 5%-li natrium qələvisindən istifadə edilir.
Məhdudlaşmalar təsərrüfatdan axırıncı ölümdən 20 gün keçmiş və son dezinfeksiya aparıldıqdan sonra götürülür.
Heyvanda infeksion enterotoksemiya xəstəliyi baş verən zamanı diaqnozun qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda enterotoksemiya xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, yaz və payız fəsillərində qoyunların enterotoksemiyasi zamanı heyvanlar arasında tez-tez ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda qeyd edilən əlamətlər müşahidə edilərsə mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda enterotoksemiya qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-05-2019, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-05-2019, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01