"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
Əməkdar jurnalist Vüsalə Mahirqızının “Facebook”da populyar olan "Müştəriyəm, şikayətim var" qrupunun “Kontakt Home” şirkəti tərəfindən satın alınması iddiası barədə xəbər vermişdik.
“Kontakt Home”un İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova Yeniavaz.com-a bu barədə açıqlama verib və iddialar gülünc olduğunu bildirib:
“Tamamilə cəfəng, heç bir əsası, sübutu olmayan, böhtan, şər xarakterli bir məlumatdır. İddianı gülərək qarşıladıq. Bu boyda şirkətin hansısa qrup alması çox absurddur. O qrupun satınalınması və yaxud oradakı xəbərlərin, postların qarşısının alınması heç zaman bizim marağımızda olmayıb. “Kontakt Home” oradakı müştəri şikayətlərinə şirkət adından hər zaman reaksiya verən, müştəri haqlıdırsa onun məmnuniyyətinə önəm verərək onları cavablandıran və müştərilərin problemlərini həll edən nadir şirkətlərdən biridir. Şirkət nüfuzunu ləkələməyə yönəlmiş bir ittihamdır. Hər hansı bir əsası varsa ortaya qoysun”.
“Müştəriyəm şikayətim var” qrupunun admini və “Kontakt Home”un əməkdaşı Vüsal Əlisoy isə sözügedən qrupda V. Mahirqızının iddialarına cavab verib və bildirib ki, böhtan xarakterlidir:
""Qrupu "Kontakt Home" satın alıb" iddiaları ilə tirajlanan yalanlar böhtandan başqa bir şey deyildir. Mənim "Kontakt Home"da çalışmağım qrupun "Kontakt Home"a aid olması anlamına gəlməməlidir".
Qeyd dək ki, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı "Facebook"da populyar olan "Müştəriyəm, şikayətim var" qrupunun "Kontakt Home" şirkəti tərəfindən satın alındığını iddia edib və bildirib ki, qrupda şirkətlə bağlı şikayətlər silinir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 15:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11