TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlanacağını açıqlayıb. Qurumdan verilən məlumatda bildirilir ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması buna zərurət yaradır.
Problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.
Agentliyin hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi sektorunda yenilikləri əsaslandırarkən dediyi bəzi əcaib fikirlər isə ictimaiyyət arasında heyrət və etirazlara səbəb olub. Sosial şəbəkələrdə mövqe bildirən ekspertlər, jurnalistlər BNA-dan açıqlama tələb etsələr də, adıçəkilən qurum hələlik susmağa üstünlük verir. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayıs Ağayev "AzPolitika.info"-nun suallarını cavabsız qoyub.
BNA rəsmisindən heyrətamiz açıqlama
BNA-nın şöbə müdiri Hikmət Babayev deyib: "Bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik. Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyanın reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq.
Bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər. Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.
Hikmət Babayevin ən diqqətçəkən və etiraz doğuran fikri isə bunlar olub: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".
Osman Gündüz: “Bu təfəkkürlə edəcəklərsə...”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu açıqlamanı heyrətlə qarşıladığını deyir: "BNA rəsmisi Hikmət Babayev deyib ki, taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Nə deyim... Hərdən çox çətin olur anlamaq. Əgər BNA bütün xidmətlərini, nəqliyyatın intellektual tənzimlənməsini bu yanaşma ilə, bu təfəkkürlə edəcəksə, onda gərək biz indidən işimizi bilək.
Düşünrəm ki, BNA rəhbərliyi öz əməkdaşının açıqlamasına ciddi reaksiya verməlidir. Buna aydınlıq gətirilməlidir ki, nə demək istəyib? Doğrudanmı o, məlum məsələ ilə bağlı BNA-nın mövqeyini açıqlayıb?”
Ərşad Hüseynov: “Öncə şirkətlərin hüquqi statusu müəyyən edilməlidir”
Nəqliyyat sektoru üzrə tanınmış ekspert Ərşad Hüseynov "AzPolitika.info"-ya şərhində bildirib ki, Agentliyin yanaşmasını doğru saymır. O hesab edir ki, vahid qiymət, kvota və dispetçer kimi məsələlərə ehtiyac yoxdur. "Ehtiyac olsa belə, onlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır. İlkin addım qanuni fəaliyyətin təmin olunmasıdır", - ekspert vurğulayıb.
Ə.Hüseynov bildirir ki, ölkədə təxminən 30 minə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxs olsa da, onlardan cəmi 1500 nəfəri fərqlənmə nişanı alıb.
Ekspert hesab edir ki, bu proses tədricən həyata keçirilməlidir: "Qanunvericiliklə nəzərdə tutulmuş sürücülərin xüsusi hazırlığının keçirilməsi, taksi avtomobillərinə dair tələblər həyata keçirilməli və s. Belə edilsə, taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşəcək və stabilləşəcək. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunacaq".
Ə.Hüseynov qeyd edir ki, ümumi şəhər üçün taksilərinə vahid dispetçer mərkəzi lazım deyil. "Çünki bu xidmət növü sərbəstdir, taksilərin müəyyən olunmuş hərəkət qrafiki yoxdur və s. Bunu yalnız daşıyıcı şirkətlər özləri təşkil edə bilər. Şəhər üçün taksilərlə bağlı vahid məlumat bazası yaradıla bilər ki, bu da deyilən mənada dispetçer xidməti deyil. Həm də dispetçer xidməti külli miqdarda dövlət vəsaitinin xərclənməsi deməkdir. BNA dispetçer xidməti deyərkən sürücü ilə sərnişini əlaqələndirən aqreqatorluğu nəzərdə tutursa, burada vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir. Çünki bu məsələ sonda inhisarçılıq ilə nəticələnəcək. Vurğulanır ki, hazırda aqreqator sürücüləri istismar edir. Şübhəsiz ki, cəmi bir aqreqator olarsa, sürücülərin istismarı daha rahat olar. Alternativ olmadığı üçün öz şərtlərini diqtə edə bilər. Odur ki, buna yol vermək olmaz. Rəqabət mühiti saxlanmalıdır. Həmçinin bəzən şikayətlər olur ki, müxtəlif xarici şirkətlər, hətta erməni şirkətləri burada fəaliyyət göstərir. Öncə bu şirkətlərin hüquqi statusu, onların bazarda iştirak qaydaları müəyyən edilməlidir".
Vahid tarif məsələsinə münasibət bildirən Ə.Hüseynov, “Tənzimlənən qiymətlər haqqında” Qanunu yada salır: "Bu Qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi var. Taksi ilə sərnişindaşıma bu prinsiplər altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması yoxdur. Həm də bu ideyanı ortaya atanların arqumenti yanlışdır. Söyləyirlər ki, qiymətləri tənzimləməklə taksi sürücülərinin qayğısına qalmaq istəyirlər. Birincisi, bunun səmimiliyi şübhəlidir. İkincisi, bunu deyənlər unudurlar ki, bu tipli məsələlərdə dövlət qiymətin yuxarı həddini müəyyən edir. Məsələn Tarif Şurası avtobusda gediş haqqının yüxarı həddini müəyyən edib. Hansısa sahibkar bu gün istəsə və buna imkanı olsa, sərnişini daha aşağı qiymətə daşıya bilər".
Hüquqşünas qeyd edib ki, qiymət məsələsini əslində bazarın özü tənzimləməlidir. Ə. Hüseynov Bakıda taksi fəaliyyətinin həddindən artıq pərakəndə olması ilə bağlı BNA rəhbərliyinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyət tələbatdan irəli gəlir: "Çünki ictimai nəqliyyat sərnişin sıxlığına yetərli və əlçatımlı deyil. Bu səbəbdən insanların getmək istədikləri istiqamətlər üçün ən yaxşı nəqliyyat taksilərdir. Fikrimcə, ilk növbədə Bakıda ictimai nəqliyyatın problemləri həll olunmalıdır".
Ekspert təəssüflə bildirir ki, BNA-nın hazırki yanaşması ilə problemlərin həlli mümkün deyil.
Elməddin Muradlı: "Həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "AzPolitika.info”ya bildirib ki, taksi fəaliyyətinin qanunla tənzimlənməsinə böyük ehtiyac var: "Sadəcə mövcud şərait və reallıqlar nəzərə alınmalıdır. BNA-nın açıqladığı kimi bazarda bir neçə xarici şirkət fəaliyyət göstərir ki, onların mənşəyi məlum deyil. Bəzi məlumatlar var ki, həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır. Onlar geniş fəaliyyət göstərirlər və yerli taksi şirkətləri ilə ciddi rəqabət aparırlar. Qiymətləri aşağı salırlar, haqsız rəqabətdən faydalanaraq üstünlük qazanırlar və s. Hazırda qəribə vəziyyət yaranıb, ictimai nəqliyyatla taksi qiymətləri az qala eyniləşib. Sürücülər də bundan ciddi narazıdırlar. Təsəvvür edin, 1-2 manata sifariş qəbul edib müştəri aparmaq məcburiyyətindədirlər. Bu zaman fasiləsiz istismar olunan avtomobilə zərər dəyir, sürücünün sağlamlığı əldən gedir. Başqa tərəfdən, şirkətlər sürücülər qarşısında yeni, komfortlu avtomobillərdən istifadə etmək, fərqlənmə nişanı almaq, vergi, sosial ödənişlər etmək tələbi qoyurlar. Bütün bunlardan sonra sürücü axşam evinə hansı qazancı apara bilər? Ona görə də qiymət məsələsi aktuallaşıb. BNA tərəfindən qiymətlərin tənzimlənməsi təklif olunur. Hesab edirəm ki, bu zaman reallıqlar da nəzərə alınmalıdır".
E.Muradlı hesab edir ki, qanunvericilikdə hər şey aydın ifadə olunub, sadəcə onun icra mexanizmi tam işlək vəziyyətdə deyil: "Heç bir maraqları güdmədən, 30 minə yaxın taksi sürücüsünün sosial vəziyyətinin gücləndirilməsinə, onların şirkətlər tərəfindən istimar olunmamasına və bu sahədə olan mövcud problemlərin həll olunmasına çalışmaq lazımdır".
Ələsgər Məmmədli: "BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır"
Hüquqşünas Ələsgər Məmmədli isə Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" fikirlərini hüquqi baxımdan şərh edib.
Ekspert bildirib ki, bu ifadəni işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur: "Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb. BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
Bu ağılda olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", - deyir.
BNA rəsmisi dərk etməli idi ki istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istədiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür".
Ə.Məmmədlinin sözlərinə görə, BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır.
"Bir şəhərin nəqliyyatının idarə olunması hansı legitim hüquq normasına görə Nazirlər Kabinetinə (NK) bağlı olmalıdır?"- deyə ekspert sual edib.
"2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında Əsanaməyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimiyyətinin əlindən alınıb, NK yanında BNA-ya verilməsi hüquqa ziddir. Azərbaycan Konstitusiyasında NK-nın səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın:
Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir", - deyə Ələsgər Məmmədli vurğulayıb.
Azpolitika
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlanacağını açıqlayıb. Qurumdan verilən məlumatda bildirilir ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması buna zərurət yaradır.
Problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.
Agentliyin hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi sektorunda yenilikləri əsaslandırarkən dediyi bəzi əcaib fikirlər isə ictimaiyyət arasında heyrət və etirazlara səbəb olub. Sosial şəbəkələrdə mövqe bildirən ekspertlər, jurnalistlər BNA-dan açıqlama tələb etsələr də, adıçəkilən qurum hələlik susmağa üstünlük verir. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayıs Ağayev "AzPolitika.info"-nun suallarını cavabsız qoyub.
BNA rəsmisindən heyrətamiz açıqlama
BNA-nın şöbə müdiri Hikmət Babayev deyib: "Bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik. Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyanın reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq.Bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər. Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.
Hikmət Babayevin ən diqqətçəkən və etiraz doğuran fikri isə bunlar olub: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".
Osman Gündüz: “Bu təfəkkürlə edəcəklərsə...”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu açıqlamanı heyrətlə qarşıladığını deyir: "BNA rəsmisi Hikmət Babayev deyib ki, taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Nə deyim... Hərdən çox çətin olur anlamaq. Əgər BNA bütün xidmətlərini, nəqliyyatın intellektual tənzimlənməsini bu yanaşma ilə, bu təfəkkürlə edəcəksə, onda gərək biz indidən işimizi bilək.
Düşünrəm ki, BNA rəhbərliyi öz əməkdaşının açıqlamasına ciddi reaksiya verməlidir. Buna aydınlıq gətirilməlidir ki, nə demək istəyib? Doğrudanmı o, məlum məsələ ilə bağlı BNA-nın mövqeyini açıqlayıb?”
Ərşad Hüseynov: “Öncə şirkətlərin hüquqi statusu müəyyən edilməlidir”
Nəqliyyat sektoru üzrə tanınmış ekspert Ərşad Hüseynov "AzPolitika.info"-ya şərhində bildirib ki, Agentliyin yanaşmasını doğru saymır. O hesab edir ki, vahid qiymət, kvota və dispetçer kimi məsələlərə ehtiyac yoxdur. "Ehtiyac olsa belə, onlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır. İlkin addım qanuni fəaliyyətin təmin olunmasıdır", - ekspert vurğulayıb.Ə.Hüseynov bildirir ki, ölkədə təxminən 30 minə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxs olsa da, onlardan cəmi 1500 nəfəri fərqlənmə nişanı alıb.
Ekspert hesab edir ki, bu proses tədricən həyata keçirilməlidir: "Qanunvericiliklə nəzərdə tutulmuş sürücülərin xüsusi hazırlığının keçirilməsi, taksi avtomobillərinə dair tələblər həyata keçirilməli və s. Belə edilsə, taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşəcək və stabilləşəcək. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunacaq".
Ə.Hüseynov qeyd edir ki, ümumi şəhər üçün taksilərinə vahid dispetçer mərkəzi lazım deyil. "Çünki bu xidmət növü sərbəstdir, taksilərin müəyyən olunmuş hərəkət qrafiki yoxdur və s. Bunu yalnız daşıyıcı şirkətlər özləri təşkil edə bilər. Şəhər üçün taksilərlə bağlı vahid məlumat bazası yaradıla bilər ki, bu da deyilən mənada dispetçer xidməti deyil. Həm də dispetçer xidməti külli miqdarda dövlət vəsaitinin xərclənməsi deməkdir. BNA dispetçer xidməti deyərkən sürücü ilə sərnişini əlaqələndirən aqreqatorluğu nəzərdə tutursa, burada vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir. Çünki bu məsələ sonda inhisarçılıq ilə nəticələnəcək. Vurğulanır ki, hazırda aqreqator sürücüləri istismar edir. Şübhəsiz ki, cəmi bir aqreqator olarsa, sürücülərin istismarı daha rahat olar. Alternativ olmadığı üçün öz şərtlərini diqtə edə bilər. Odur ki, buna yol vermək olmaz. Rəqabət mühiti saxlanmalıdır. Həmçinin bəzən şikayətlər olur ki, müxtəlif xarici şirkətlər, hətta erməni şirkətləri burada fəaliyyət göstərir. Öncə bu şirkətlərin hüquqi statusu, onların bazarda iştirak qaydaları müəyyən edilməlidir".
Vahid tarif məsələsinə münasibət bildirən Ə.Hüseynov, “Tənzimlənən qiymətlər haqqında” Qanunu yada salır: "Bu Qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi var. Taksi ilə sərnişindaşıma bu prinsiplər altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması yoxdur. Həm də bu ideyanı ortaya atanların arqumenti yanlışdır. Söyləyirlər ki, qiymətləri tənzimləməklə taksi sürücülərinin qayğısına qalmaq istəyirlər. Birincisi, bunun səmimiliyi şübhəlidir. İkincisi, bunu deyənlər unudurlar ki, bu tipli məsələlərdə dövlət qiymətin yuxarı həddini müəyyən edir. Məsələn Tarif Şurası avtobusda gediş haqqının yüxarı həddini müəyyən edib. Hansısa sahibkar bu gün istəsə və buna imkanı olsa, sərnişini daha aşağı qiymətə daşıya bilər".
Hüquqşünas qeyd edib ki, qiymət məsələsini əslində bazarın özü tənzimləməlidir. Ə. Hüseynov Bakıda taksi fəaliyyətinin həddindən artıq pərakəndə olması ilə bağlı BNA rəhbərliyinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyət tələbatdan irəli gəlir: "Çünki ictimai nəqliyyat sərnişin sıxlığına yetərli və əlçatımlı deyil. Bu səbəbdən insanların getmək istədikləri istiqamətlər üçün ən yaxşı nəqliyyat taksilərdir. Fikrimcə, ilk növbədə Bakıda ictimai nəqliyyatın problemləri həll olunmalıdır".
Ekspert təəssüflə bildirir ki, BNA-nın hazırki yanaşması ilə problemlərin həlli mümkün deyil.
Elməddin Muradlı: "Həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "AzPolitika.info”ya bildirib ki, taksi fəaliyyətinin qanunla tənzimlənməsinə böyük ehtiyac var: "Sadəcə mövcud şərait və reallıqlar nəzərə alınmalıdır. BNA-nın açıqladığı kimi bazarda bir neçə xarici şirkət fəaliyyət göstərir ki, onların mənşəyi məlum deyil. Bəzi məlumatlar var ki, həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır. Onlar geniş fəaliyyət göstərirlər və yerli taksi şirkətləri ilə ciddi rəqabət aparırlar. Qiymətləri aşağı salırlar, haqsız rəqabətdən faydalanaraq üstünlük qazanırlar və s. Hazırda qəribə vəziyyət yaranıb, ictimai nəqliyyatla taksi qiymətləri az qala eyniləşib. Sürücülər də bundan ciddi narazıdırlar. Təsəvvür edin, 1-2 manata sifariş qəbul edib müştəri aparmaq məcburiyyətindədirlər. Bu zaman fasiləsiz istismar olunan avtomobilə zərər dəyir, sürücünün sağlamlığı əldən gedir. Başqa tərəfdən, şirkətlər sürücülər qarşısında yeni, komfortlu avtomobillərdən istifadə etmək, fərqlənmə nişanı almaq, vergi, sosial ödənişlər etmək tələbi qoyurlar. Bütün bunlardan sonra sürücü axşam evinə hansı qazancı apara bilər? Ona görə də qiymət məsələsi aktuallaşıb. BNA tərəfindən qiymətlərin tənzimlənməsi təklif olunur. Hesab edirəm ki, bu zaman reallıqlar da nəzərə alınmalıdır".E.Muradlı hesab edir ki, qanunvericilikdə hər şey aydın ifadə olunub, sadəcə onun icra mexanizmi tam işlək vəziyyətdə deyil: "Heç bir maraqları güdmədən, 30 minə yaxın taksi sürücüsünün sosial vəziyyətinin gücləndirilməsinə, onların şirkətlər tərəfindən istimar olunmamasına və bu sahədə olan mövcud problemlərin həll olunmasına çalışmaq lazımdır".
Ələsgər Məmmədli: "BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır"
Hüquqşünas Ələsgər Məmmədli isə Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" fikirlərini hüquqi baxımdan şərh edib.Ekspert bildirib ki, bu ifadəni işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur: "Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb. BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
Bu ağılda olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", - deyir.
BNA rəsmisi dərk etməli idi ki istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istədiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür".
Ə.Məmmədlinin sözlərinə görə, BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır.
"Bir şəhərin nəqliyyatının idarə olunması hansı legitim hüquq normasına görə Nazirlər Kabinetinə (NK) bağlı olmalıdır?"- deyə ekspert sual edib.
"2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında Əsanaməyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimiyyətinin əlindən alınıb, NK yanında BNA-ya verilməsi hüquqa ziddir. Azərbaycan Konstitusiyasında NK-nın səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın:
Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir", - deyə Ələsgər Məmmədli vurğulayıb.
Azpolitika
Paylaş:
Müəllif :
Fuad
Tarix:3-09-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti