"Bu boyda qəsəbədə cəmi bir məktəb var..." - GİLEY
“Bu boyda qəsəbədə cəmi bir məktəb var, uzaqda, bir bağça var, yararsız halda”
News24.az-ın redaksiyasına növbəti şikayət daxil olub. Maştağa sakini Şahid Şixəliyev övladlarını aparacaq məktəbə və bağça tapa bilmir. Bəli, təəccüblənməyin. Şikayətçi məhz bunu iddia edir ki, yaşadıqları ərazidə uşaqlarını həvalə edəcək normal bağca və ya məktəb yoxdur: “Əslində Maştağa qəsəbəsi - suptropik sovxoz adlandırılan bu yer çox böyük bir ərazidir.
Bizdə bağça, məktəb demək olar ki, yox səviyyəsindədir. Üç uşağım var. Biri məktəb, biri də bağçaya getməlidir, amma göndərə bilmirəm. İmkanım o vəziyyətdə deyil ki, uşaqlarımı maşın tutub, qəsəbədən kənarda məktəbə, bağçaya qoyum. Yanımızda bir bağça var, əgər ona bağça demək olarsa, yarımçıq bir binadır. Əslində bura bağça da deyil, tamamilə yararsız bir yerdir. Ən pis vəziyyətdə yaşayanların belə evi burdan yaxşıdır. 60-70-ci illərdə tikilən və indiyə kimi əl gəzdirilməyən bina nə vəziyyətdə ola bilər?!”.
Məktəbə gəlincə, şikayətçi deyir ki, bu ərazidə yalnız bir təhsil ocağı var, o da çox uzaqdır: “22 saylı məktəb karyer adlanan ərazidə yerləşir. O da çox uzaqdır. Qəsəbədə iki avtobus var, ona da ayda 20-30 manat verməlisən ki, uşağı aparıb-gətirsinlər. Onda da hələ yer tapa bilsən. Əgər yer tapa bilməsən, evdəkilərdən biri işini-gücünü atmalıdır ki, uşağı məktəbə aparsın. Mən işləyirəm. Yoldaşımsa gərək 3 aylıq körpəmizlə səhərdən çıxıb uzun yol getməlidir ki, uşaqları məktəbə aparsın. Təhsil Nazirliyindən, aidiyyatı qurumlardan xahiş edirəm bizim kəndin məktəb, bağça problemini həll etsinlər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-04-2019, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-04-2019, 12:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti