İcra Hakimiyyəti bir-iki ay əvvəl yaranan şirkətlərə yüzminlərlə vəsait ayırır - MÜƏMMA
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Urban Trade” MMC olub.
"Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişi əsasında 18 saylı uşaq bağçasının və şəhər icra hakimiyyətinin xidməti avtomobil qarajlarında təmir işləri həyata keçirəcək. Bu iş üçün İcra Hakimiyyəti "Urban Trade” MMC-yə 63 min 15 manat ödəyəcək.
Bundan başqa "Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyətinə 113 min 437 manat dəyərində elektroavadanlıqlar satacaq.
Rəqmlərdən də göründüyü kimi “Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyətindən ümumilikdə 176 min 452 manat alacaq.
Məlumat üçün bildirək ki, “Urban Trade” MMC cəmi 3 ay əvvəl – 13.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin tender elanı iyun ayında elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi bir ay əvvəl yaranıb.
Onu da bildirək ki, “Urban Trade” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 176 min manatlıq tenderin qalibi olan MMC Sumqayıt şəhəri, Məh 7,8,12, ev 92A, m. 24 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Turan Şahin oğludur.
Onu da bildirək ki, Cəbrayılov Turan Şahin oğlu adlı fərdi sahibkar (VÖEN – 2904215672) bu ilin aprel ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub və İcra Hakimiyyətinə 104 min 145 manat dəyərində dəftərxana malları satıb.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı...
Cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınan şirkətin hansı peşəkarlığa sahib olacağı müəmma olaraq qalır.
Xatırladaq ki, bu cür müəmmalı tender müsabiqləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər də dəfələrlə keçirilib. Belə ki, bu ilin aprel ayında İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınan “Vertex Marketing” və “Bertfon SS” şirkətləri olub. Hər iki şirkətin qanuni təmsilçisi eyni şəxs - Hüseynov Faiq Cümşüd oğludur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən ümumilikdə 388 min 688 manat dəyırində tender udan “Vertex Marketing” və “Bertfon SS” şirktləri 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 13 MKR, ev 47, m 18 olub. Nizamnamə kapitalları cəmi 10 manat olan bu şirkətlərin qanuni təmsilçisi Hüseynov Faiq Cümşüd oğludur.
“Dövlət Satınalmaları Haqqında” Qanunun 25-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü əvvəl elan olunmalıdır”.
Maraqlıdır ki, 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətlər cəmi bir ay sonra 18.04.2020-ci il tarixində tenderin qalibi elan olunublar.
Bundan başqa, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 15.02.2020-ci il tarixində elan olunan “Hacı Zeynalabdin qəsəbə küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması” adlı tender müsabiqəsinin qalibi 2 gün əvvəl – 13.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Səba 77” MMC olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2020, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-08-2020, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti