"Əvvəlcə düşmən nəsə edir, sonra biz onun ardınca gedirik" - Gecikirik, hər şeydə gecikirik
Türkiyədə Aya Sofyanın məscidə çevrilməsindən sonra Bakıda yerləşən erməni kilsəsinin statusu ilə bağlı da müxtəlif fikirlər səslənir. Məsələn, belə təkliflər var ki, indiyə qədər qorunub saxlanılan bu kilsə artıq erməni cinayətlərini əks etdirən muzeyə çevrilməlidir. Tanınmış tarixçi alim, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədovla bu haqda söhbətləşdik.
– Ermənilər dini məbədlərini yalnız ibadət deyil, həmçinin digər xalqlara qarşı soyqırım planlarını həyata keçirmək üçün mərkəz kimi istifadə ediblər, ən çox da bizə qarşı. Bu kimi əməllərə yuva olan Bakıdakı erməni kilsəsini ibadət evi kimi qoruyub-saxlamaq nə dərəcədə məqsədəuyğundur?
– Təbii ki, bu, düzgün deyil. Yəni bu tikilidən iki cür istifadə etmək olar: ya muzey kimi – gələn-gedən kilsənin fəaiyyəti ilə bağlı sənədlərlə bilsin ki, o binada fəaliyyət göstərənlər nə işlə məşğul olub, ya da kitabxana kimi.
– Bu kilsənin azərbaycanlıların soyqırımı muzeyinə çevirmək də təklif edilir. Bilirik ki, ermənilər azərbaycanlılara qarşı çox sayda soyqırımlar həyata keçiriblər…
– Aydın məsələdir. Lakin bir məsələ də var ki, soyqırımla bağlı bizim Qubada açıq muzey var. Qubadakı muzey erməni vəhşiliyini daha bariz şəkildə nümayiş etdirir. Hər halda Bakıda da təşkil etmək olar, xarici qonaqların hamısı Qubaya gedə bilmir ki.
– Azərbaycan indiyə qədər Ermənistanın məhv etdiyi tarixi abidələrimizlə bağlı beynəlxalq təşkilatlara müraciət edibmi? Bu barədə Sizdə məlumat vamı?
– Məlumat olsa da, olmasa da, hər şey göz qabağındadır. Ağdam məscidi, Şuşa məscidi nə gündədir. Hər gün ürək ağrısı ilə baxırıq onlara.
– Bəs beynəlxalq təşkilatlar niyə buna reaksiya vermir?
– O dediyiniz beynəlxalq təşkilatlar xristianlardır. Bir dənə kilsənin damından daş qopsa, o saat hay-həşir salarlar. Amma bizim abidələrin sökülməsinə ömür boyu göz yumublar. Adicə, əfqanlar Buddanın heykəlinə güllə atmışdılar, onların hamısını az qaldılar Nürnberq məhkəməsinə versinlər. Ancaq xristianların dağıtdıqları məscidləri heç vecinə alan da yoxdur.
– Yerı gəlmişkən, İrəvandakı Göy məscidin “fars məscidi” kimi təmir edilib, dəyişdirilməsinə də Azərbaycan tərəfinin yetərli reaksiyası olmadı. Ümumiyyətlə, bununla bağlı hansı adekvat addımlar atıla bilərdi?
– O da İranın çirkin məqsədi idi. Erməni jurnalistlərin özləri də etiraf edirlər ki, hazırda İrəvanda sovet hakimiyyəti illərində olduğundan çox türk gəzir. Yəni onlar Güney Azərbaycandan gələnləri nəzərdən tuturlar. Bilirsiniz ki, İranla Ermənistanın güclü əlaqələri var. Dünya ictimaiyyətinə göstərmək, gözdən pərdə asmaq məqsədilə bizim abidələri farsın adına çıxmaq üçün əllərinə gözəl bəhanə düşmüşdü. Ona görə də onu təmi etdilər.
– Amma Bakının bu məscidlə bağlı da İran tərəfinə rəsmi etirazı olmadı….
– Onda gərək Mədəniyyət Nazirliyi səsini çıxardardı. Heç İrəvanda belə bir məscidin olduğunu Mədəniyyət Nazirliyində bilirdilər ki?! Gərək Mədəniyyət Nazirliyində Azərbaycandan kənarda olan maddi-mədəniyyət abidələrinə aid kataloq olsun. Belə bir kataloq düzəltmək lazımdır. Beş-on il bundan qabaq Tiflisdə “Borçalı Meqaritik abidələri” adlı bir kitab çıxardıq. İnanın, ona bir qəpik pul ayırmadılar, öz hesabımıza ingilis, Azərbaycan, rus dillərində çap etdirdik. Halbuki, onu Mədəniyyət Nazirliyi eləməli idi, mən eləməli deyildim. Mən uzağı tarixçi alim kimi rəy verə bilərdim.
– Çox böyük iş görmüşsünüz…
– Mən bu işi təkbaşına görmədim, dostumuz Elbrus Məmmədovla bir yerdə işlədik.
– Sizin də qeyd etgdiyiniz kimi, halbuki, onu dövlət etməli idi…
– Elə məsələlər var ki, biz orada mütləq dövlətin yanında olmalıyıq. Ancaq elə məsələ də var ki, müəllimin məvacibi qarşısında onu çap etmək çox çətindir. Bəs onda Mədəniyyət Nazirliyi nəyə lazım idi?! Bu gün Dərbənddə bizim abidələrimiz var, “Ermənistan” deyilən ərazidə, elə İranın özündə nə qədər abidələrimiz var. Daş qoçlarımız var. İnanın, İrəvandakı daş qoçları türkmənlər daşıyır ki, bizimdir. Bizim qıpçaq kilsəsinə qazaxlar sahib çıxıb. Təmir etdiriblər, kəndə pulsuz işıq veriblər ki, bizimdir. Bəs onda Azərbaycan türkünün mədəniyyəti hanı? Bilirəm, deyəcəklər ki, bu, ümumtürk mədəniyyətidir. Ancaq bu, Azərbaycan türklərinə aid olan şeydir, axı.
– Bəs, hansısa işlər görülürmü ki, dediyiniz abidələr, məsələn daş-qoçlar YUNESKO-nun siyahısına alınsın? Yoxsa, bu məsələdə də susqunluqdur?
– Əslində onunla bağlı Mədəniyyət Nazirliyi məsələ qaldırmalıdır. Daş-qoçlarla bağlı mənim Koreya mətbuatında məqaləm çıxdı: “Daş -qoçlar və onların yayılma arealları”. Hansı ki, daş-qoç abidələrinin bir ucu Koreyaya, bir ucu da Türkiyə, Rumıniya, Dobriçaya qədər gedib çıxır. On il də belə getsə, həmişə olduğu kimi, həmin abidələrimizə ermənilər də sahib çıxacaq. Necə ki, 1982-ci ildə Şuşadakı daş-qoçu artıq öz adlarına çıxmağa başlayıblar. Gecikirik, hər şeydə gecikirik. Əvvəlcə düşmən nəsə edir, sonra biz onun ardınca gedirik. Halbuki, biz etməliyik, düşmən bizə cavab verməlidir. Mən, keçmiş hərbçi kimi, hesab edirəm ki, ən gözəl müdafiə hücumdur.
– Yəqin ki, Şuşadakı Gövhər ağa məscidinin də farslaşdırılması planı var, İranın Ermənistanla birgə mədəniyyət oğurluğunda iştirak etməsi ilə bağlı YUNESKO-ya müraciət edilməlidir. Amma gəlin onu da etiraf edək ki, bunun üçün həmin sahənin mütəxəssisləri dövlətə təklif verməlidir…
– Onu Mədəniyyət Nazirliyindən soruşmaq lazımdır. Universitetin tarix fakultəsinin müəllimində elə səlahiyyət varmı ki, onu qaldırsın. Səlahiyyətli nümayəndələr var, onlardan soruşulmalıdır, onlar da cavab verməlidir.
– Bilirik ki, ermənilər Azərbaycanın yerli və qədim əhalisi deyil, İran və Türkiyədən köçürülüblər. Ola bilərmi, Bakıdakı bu kilsə sonradan erməniləşdirilmiş alban kilsəsidir? Yoxsa sonradan ermənilərin adına çıxılan rus kisəsidir?
– O kilsənin elə bir tarixi də yoxdur. Çar Rusiyasının işğalından sonra inşa edilən bir tikilidir.
– İndiki Ermənistan, əvvəlki Qərbi Azərbaycan ərazisində ermənilərin türk-alban kilsələrini erməniləşdirməsini dünyaya çatdırmaq üçün hansısa işlər görülməlidir?
– Biz adicə məscidimizə sahib çıxa bilmirik, o ki qaldı alban kilsələri ola. Dediyim kimi, indiki Ermənistan ərazisində, Şəmşəddində Qıpçaq kilsəsi var. Qazaxlar ona sahib çıxdı, sahibləndi. Təkcə alban yox, həm də gürcü kilsələrini ermənilərşdiriblər.
– Necə düşünürsünüz, Qərbi Azərbaycan İrəvan Respublikası indiki Ermənistanda qalan abidələrimizin erməniləşdirilməsi, yer adlarının qaytarılması, dünyaya çatdırılması məsələsində nə kimi effektiv işlər görə bilər?
– Onların yanında mədəniyyət bölməsi olmalıdır ki, araşdırmalar aparıb, üzə çıxarsın. Əgər mühacir hökumətdirsə, mühacir hökumətin Mədəniyyət Nazirliyi olur. Mədəniyyət işinə görə cavabdeh olan bölmə də ta qədim dövrdən – alban abidələrindən başlayaraq, müasir dövrü -1988-ci ilə qədərki dövrü araşdırıb, üzə çıxarmalıdır. Məsələn, biz nə qədər imkanımız var idi, Gürcüstan ərazisindəki abidələrimizi araşdırıb üzə çıxardıq ki, bu dünyanın işini bilmək olmaz. Düzdür, nə qədər təpkilərlə qarşılaşdıq, hazırda mənim özümü Gürcüstana buraxmırlar.
– Gürcüstan hökuməti tərəfindən təpkilərlə qarşılaşdınız? Nə səbəbdən belə reaksiya verirlər? Onlar da bizim abidələrimizi gürcüləşdirmək istəyirlər?
– Məqsədləri odur ki, bizə deyirlər, öz mədəniyyətinə sahib çıxma, araşdırma. Çünki indi dünyada mədəniyyətlər savaşı gedir və mədəniyyətlər savaşında uduzmaq odlu silah savaşında uduzmaqdan daha pisdir.
– Təbii, bir xalqın mədəniyyətini itirməsi yox olması deməkdir…
-Bəli, öz mədəniyyətini itirən xalq başqa xalqın qulu olmalıdır. Qulu da yox, yesiri. Öz mədəniyyətinə yiyələnə bilməyən xalq başqa xalqın mədəniyyətinə büt kimi baxacaq. Qaraqoyunlu şahzadəsinin Cəfərabad türbəsi var, dağılıb, nə gündədir. Göyçənin böyründədir. Qərbi Azərbaycandadır. Heç olmasa dünya ictimaiyyətinə müraciət edin. Londonu, Parisi “su yolu”na döndəriblər, heç olmasa dünya ictimaiyyətinə müraciət etsinlər. Çox çətin şeydirmi? Bir dəfə də məktub yazın ki, bizim abidə dağıdılıb. Bəs Mədəniyyət Nazirliyi nə üçündür, nə işə baxır. Bu abidələrin üzə çıxarılması, siyahıya alınması, qorunması lazımdır. Ən azından keçmiş Çar Rusiyası dövründə o abidələrin bir siyahısı var idi. Heç uzağa getməsinlər, mən bir kitab deyim, ondan işləsinlər. Şopen adlı bir rus aliminin belə bir kitabı var, “Opisaniye Armyanskix oblastey Azerbaydjana”. Baxın, kitabda harada, hansı abidə var. Mədəniyyət o demək deyil ki, haradasa festival qurasan, muğam çalıb-oynayasan. Kiminsə saz çalıb, hoppanıb-düşməsi lazım deyil. Qədim mədəniyyəti hələ üzə çıxartmaq, onu möhkəmləndirmək, dirçəltmək lazımdır.
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2020, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2020, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26