Azərbaycan səhralaşma təhlükəsi ilə üz-üzə: - Riskli bölgələr var
Azərbaycan planetimizin milyonlarla insanı üçün faciəli hadisə hesab edilən səhralaşma problemi ilə üz-üzədir.
Xatırladaq ki, səhralaşma çox ciddi coğrafi proses olub, torpağın və bitki örtüyünün deqradasiyasıdır. Səhralaşma zamanı, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, məhsuldarlıq kəskin dərəcədə aşağı düşür. Bu isə öz növbəsində həmin ərazilərdə yoxsulluq, aclıq və xəstəliklərə səbəb olur.
Hazırda dünyada səhralaşmanın arealı çox sürətlə genişlənir, bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.
BMT-nin hələ iki il əvvəlki hesabatına görə, planetimizdə 3,6 mlrd. ha sahə səhralaşmaya məruz qalıb ki, bu Avropanın ərazisindən üç dəfə artıqdır və ya Yer kürəsi sahəsinin dörddə birinə bərabərdir.
Azərbaycanda artıq bu təhlükəli coğrafi prosesin sürət ala bilməsi ilə bağlı həyacan təbili çalınır.
Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə də bu problemdən danışıb:
“Mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.
Bəs Azərbaycanın hansı ərazilərində səhralaşma prosesi gedir?
Cebhe. info-nun araşdırmasına görə, ölkəmizdə səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə səthi buxarlanma yağıntıların orta illik miqdarıından 3-4 dəfə artıqdır.
Kür-Araz ovalığında səhralaşma ehtimalı böyükdür. Ovalığının Şirvan düzündə proses daha güclü formada gedir.
Bu ərazilərdə yeraltı və irriqasiya sularının şiddətli buxarlanması, örüş torpaqların və suvarılan sahələrin təkrar şorlaşmasına gətirib çıxararaq, şoran tipli səhralaşmanın yaranmasına səbəb olur.
Əkin sahələrinin sistemsiz suvarılıb becərilməsi, meşə zolaqlarının məhvi də səhralaşma prosesinin yaranma səbəblərindəndir.
Abşeron yarımadasında isə torpağın neft və neft tullantıları ilə çirklənməsi səhralaşmaya səbəb olur. Neft yataqlarının düzgün istifadə edilməməsi, 10 illər ərzində ətraf mühitin mühafizəsi üzrə qaydalara riayət etmədən neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü minerallaşmış və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı təbii və antropogen landşaft sahələrinin çirklənməsinə və pozulmasına səbəb olub.
AMEA Çoğrafiya İnstitunun direktoru,okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor Ramiz Məmmədov da Cebhe. info-ya açıqlamasında bildirib ki, Azərbaycanda səhralaşma problemi daha çox Muğan-Mil bölgəsində var:
“Muğan-Milin Cənub – Şərq hissəsində əsil səhra mənzərələri var. Abşeron yarımadasında da bu proses daha intensivdir. Ümumiyyətlə götürdükdə isə Azərbaycanın bütün ərazilərində bu proses gedir. Bu prosesin qarşısının alınması ən effektli və sadə yolu meşə salmadır. Dünyada da bu təcrübədən istifadə olunur. Bir də su ilə təminatdır. Bunun üçün də köhnə suvarma üsullarından imtina edilməlidir. Sızma, damcılama, çiləmə üsullarından istifadə edilməlidir və s”.
İnstitut rəhbəri bildirir ki, bəzi yerlərdə səhralaşmanın səbəbi heyvandarlıqla bağlı olur:
“Heyvanların dırnağının altı dəmir kimi olur. Onların keçdikləri yerdə bitgi bitmir. Bəzi dağlıq ərazilərdə heyvan otarılan sahələrdə bu proses müşahidə olunur. İntensiv otarma prosesi sürətləndirir. İqlim dəyişikliyi, insanın antropoloji fəaliyyəti və bu kimi səbəblər hamısı bir yerdə təsir göstərir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01