D vitamini əskikliyindən yaranan 8 xəstəlik - Pnevmoniyanın da səbəbidir
D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
regionxeberlericom.az medicina.az-a istinadən bildirir ki, müasir həyatın sürətli tempi, qapalı məkanda iş, təmiz havada hər gün yetərincə olmamaq sağlamlığa xələl gətirən və bu vacib vitaminin çatışmazlığına səbəb olan amillərdir.
Hazırda koronavirus pandemiyası bu vitamini gündəmə gətirib və yaxşı ki, artıq insanlar onun əskikliyini aradan qaldırmağa çalışır.
D vitamin çatışmadıqda, əsasən aşağıdakı 8 xəstəlik yaranır:
Zökəm
Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.
Yüksək qan təzyiqi
Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.
Xərçəng
D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.
Karies, ağız boşluğu və dişlərin digər xəstəlikləri
Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.
İBS (bağırsaq xəstəlikləri)
ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.
2-ci dərəcəli diabet
D vitamini səviyyəsini optimal diapazonda saxlamaqla, siz 2-ci dərəcəli diabetdən qorunmuş olursunuz.
Revmatoid artrid
Kanadada aparılan tədqiqatın nəticələri isə D vitamini çatışmazlığı nəticəsində revmatoid artridin yarandığını göstərib. Belə ki, orqanizmində D vitamini çatışmazlığı olan xəstələr əzələ ağrılarından daha çox əziyyət çəkirlər. Əgər daima əzələ ağrısından əziyyət çəkirsinizsə, D vitamininin səviyyəsini yoxladın.
Astma
Astmanın əsas səbəbi elm tərəfindən müəyyən edilməsə də, bəzi tədqiqatlara görə, respirator xəstəliklər D vitamini çatışmazlığı ilə əlaqədardır.
Məlumatlarda bildirilir ki, D vitamini qəbul etdikdə, uşaqlarda astma simptomlarının ağır təsiri və nəfəs yollarında qıcıqlanma azalır.
Bu səbəbdən də, xüsusən günəşli günlərdə açıq havada daha çox olmanızı tövsiyə edirik. D vitamini preparatanı qəbul etməyi düşünürsüzsə, mütləq həkimlə məsləhətləşin. Bu vitaminin çatışmazlığı yalnız qan təhlilləri nəticəsində müəyyən edilir
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2020, 00:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-07-2020, 00:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01