reklam
Regionxeberlericom.az » Cəmiyyət » Telefonlarınızı daha dinləyə bilməyəcəklər

reklam

Telefonlarınızı daha dinləyə bilməyəcəklər


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi telefon söhbətlərini dinləməyə icazə verən proqramı bağlayacaq.

regionxeberlericom.az publika.az-a istinadən xəbər verir ki, bu haqda tanış mənbələrə istinadən "The Wall Street Journal" bildirib.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu proqrama artıq ehtiyac yoxdur.

Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə məsləhətçi Lyuk Marreyanın sözlərinə görə, proqram yarım il əvvəl fəaliyyətini dayandırıb.

Xatırladaq ki, 2013-cü ildə Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı sözügedən proqramı məxfilikdən çıxarıb. O iddia edirdi ki, ABŞ xüsusi xidmət orqanları elektron yazışmaları və müxtəlif ölkələrin vətəndaşlarının danışıqlarını izləyir. Bundan sonra, ABŞ hakimiyyəti Snoudeni casusluqda ittiham edib. Snouden ABŞ-ı tərk edərək 2013-cü ildə Rusiyaya gəlib və burada yaşamaq üçün sənəd alıb.


Paylaş:


Müəllif : Tarix:
5-03-2019, 21:13
Sikayət   


loading...
Загрузка...