Hansı azərbaycanlı məşhurlar koronavirusa yoluxub?
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Hazırda Xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.
Maraqlıdır, ölkəmizdə daha hansı məşhur şəxslər koronavirusa yoluxub?
Cebhe.info bununla bağlı araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik:
Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan məşhurlar sırasında Əməkdar artist Bəhram Bağırzadə də var. Daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən aktyorun ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Mayın sonlarında İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyevin də koronavirus testinin nəticəsi müsbət çıxıb. O, iyunun əvvəllərində sağalaraq evə buraxılıb.
Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxan məşhurlar sırasındadır. Onun sözlərinə görə, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb. Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Ş.Əliyeva Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb.
Aktyor Yasin Həzirə də koronavirusa infeksiyasından əziyyət çəkib. Virus ona Türkiyədə bir evdə qaldığı otaq yoldaşından keçib. Belə ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.
Ötən ay şair Şəhriyar Del Geraniyə də COVID-19 diaqnozu qoyulub. O, müalicə aldıqdan sonra sağalaraq evə göndərilib.
Millət vəkili Sahib Alıyevin iyun ayında verdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb. "Yeni Klinika"da müalicə alan 55 yaşlı deputat sağalaraq evinə buraxılıb.
Ötən ay Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov da koronavirus (COVID-19) infeksiyasına yoluxub. Xüsusi rejimli xəstəxanaya yerləşdirilən icra nümayəndəsi sağalıb.
Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev də koronavirusa yoluxanlar sırasında yer alıb. Bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayıb. Apreldə infeksiyadan müalicə alan R.Tağıyev artıq sağalıb.
Koronavirusa yoluxanlar sırasında Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da var. Mart ayında xəstəliklə mübarizə aparan M.Fətəliyeva sağalıb.
İdman sahəsinin nümayəndələrindən pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevdə koronavirusa yoluxma halı qeydə alınıb. O xəstəliyi yüngül keçirərək evə buraxılıb.
Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımov da təhlükəli infeksiyadan əziyyət çəkib. Ötən ay müalicə alan Qasımovun hazırda vəziyyəti yaxşıdır.
Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy da infeksiyaya yoluxaraq sağalanlardandır. Lakin onun anası bu xəstəlikdən həyatını itirib.
Azərbaycanlı jurnalist Xaliq Rəşidoğlu may ayında bu xəstəliyin simptomlarını özündə müşahidə edərək test verib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb. Bu barədə jurnalist açıqlamalarının birində deyib:
“Heç bilmirəm ki, necə oldu. Birdən-birə qızdırmam qalxdı və mən yatağa düşdüm. Nə danışa bildim, nə də başımı qaldırmağa heyim qalmadı. Hər şey bir neçə günün içində baş verdi. Qızdırmamı salmaq mümkün olmadı. Əvvəlcə “Semaşko”da müalicə olundum. Ümidvaram, hər şey yaxşı olacaq”.
Koronavirusa yoluxanlar arasında tibb işçiləri də var. Azərbaycanın tanınmış həkimi Nicat Əzimli ötən ay virusa yoluxub. O bu barədə paylaşım edərək insanları infeksiyaya inanmağa çağırmışdı:
“Bugünkü 387 nəfərin içində mən də varam. Ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm bizə inanın, insanlara “Bu virus yoxdur” deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidilə...”
Yüzlərlə xəstəni həyata qaytaran həkim Barat Bayramovun özü də bu xəstəliyə yoluxub. Həmçinin Ağciyər Xəstəlikləri İnstitunun əməkdaşı, cərrah B.Bayramovun həyat yoldaşı Aygün Bayramovada COVID-19 diaqnozu qoyulub. Onlar artıq sağalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2020, 22:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-07-2020, 22:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11