Kürün qurumasının SƏBƏBİ... - həm bəzi şəxslərin özbaşınalığında, həm də qənaətsiz istifadədədir
Artıq bir müddətdir ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi Neftçala və Salyan rayonlarında yaşayan əhalinin güzaranını ağırlaşdırıb, eyni zamanda ölkədə su qıtlığının yaranacağı ilə bağlı narahatlıq yaratmağa başlayıb. Buna baxmayaraq, problemin həllinə dair ciddi tədbirlərin görüldüyü müşahidə olunmur. AYNA problemin səbəb və nəticələrinə aydınlıq gətirməyə çalışıb.
Ekoloq Telman Zeynalov Kürün qurumasının səbəbini həm bəzi şəxslərin özbaşınalığında, həm də qənaətsiz istifadədə görür: “Problemin kökündə yatan səbəblərdən biri Mingəçevir Su Anbarıdır. Sudan istifadə edəndə kimə çatıb-çatmayacağı barədə fikirləşmirlər. Mingəçevir Su Anbarında vəziyyətin necə olduğunu yoxlamaq lazımdır. Bundan ötrü komissiya yaradılmalıdır. Mən əlaqə saxladım, dedilər, orada da su azalıb. Lakin öz gözlərimlə görməsəm, inanmaram”.
Su qıtlığının iqtisadi tərəflərini izah edən iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, problem nəticəsində əhalinin xərcləri artır: “Ailə, fermer təsərrüfatlarında əkin yerləri susuzluqdan yanır. Su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat ayrılıb. Bundan əlavə, ötən il xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib. Göründüyü kimi, ötən il büdcə və xarici kreditlər hesabına bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib”.
“Buna baxmayaraq, 2019-cu ildə heç bir məmura bağlı olmayan müstəqil fermerlərin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadə Edənlər Birliyi fermerlərlə su təhcizatı müqaviləsi bağlamaqdan imtina edib. Ancaq məmurlara məxsus böyük təsərrüfatlarla əvvəlcədən müqavilə bağlanılaraq, ilk növbədə onların sahələrinin suvarma suyu ilə təmin olunması həyata keçirilir. Haqsız rəqabətdə uduzan fermerlər əlavə xərclər çəkərək (nasos, yanacaq, elektrik və sair) öz tarlalarını suvarmağa çalışırlar. Bu hal əsasən su hövzələrindən hündürdə yerləşən əkin sahələri üçün xarakterikdir. Ancaq əlavə xərc çəkməklə tarlanı suvarmaq da hər fermer üçün əlçatan deyil, çünki su hövzələrinin yerləşməsi bu məsələdə əsas rol oynayır”, - ekspert bildirib.
Çaylarda suyun səviyyəsinin aşağı düşməsinin 2020-ci ilin əvvəllərindən qeydə alındığını deyən İbadoğlu bunun ilk növbədə həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanallarla bağlı olduğunu deyib: “2020-ci il arat dövründə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var. Məhsulun becərilməsi dövründə su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilirdi, amma digər sahələrdə oluduğu kimi burada da hökumət vaxtında tədbirlər görmədi, ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb və bu içməli suya da təsir etməkdədir”.
Neftçala rayon sakini Fərman Hüseynov isə Kür çayında suyun səviyyəsinin azalmasına səbəb kimi yay mövsümündə suya olan tələbatın artmasını və Araz çayı üzərində tikilən su anbarını göstərir: “Araz çayı üzərində su anbarı tikilib, bu da çayda suyun səviyyəsini aşağı salıb. Bundan başqa, son illər Azərbaycanda kənd təsərrüfatında pambıqçılığa üstünlük verilir. Pambıqçılıq da çox su tələb edən sahə olduğundan su sərfiyyatı artır”.
Hazırda ölkəmizdə 30.9 milyard m3 su ehtiyatı var. Bunun 33%-i daxili, 66%-i isə transsərhəd çaylar hesabına formalaşır. Bu da Cənubi Qafqazda digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir. Buna görə də ölkədə daimi su ehtiyatlarının yaradılması vacibdir. Dünya təcrübəsindən istifadə edərək dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləmək və vətəndaşların istifadəsinə verməklə bağlı məsələ də özlüyündə aktuallıq qazanıb.
Yarana biləcək su qıtlığı probleminin həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən zavod inşa edilib. Bu zavodda dəniz suyundan sutkada 2 min m3 şirin su istehsal olunur. Su tam istifadəyə yararlı halda təmizlənir və yaşıllıq zolaqlarının salınmasında və məişətdə istifadə olunur.
Belə olduqda, bu texnologiyadan geniş istifadə edərək əhalinin şirin suya olan tələbatını ödəmək mümkün deyilmi? Zavodun direktoru Qabil Teymurovun sözlərinə görə, zavodun gücünü artıraraq bu texnologiyadan faydalanmaq olar: “Biz 8 ildir bu texnologiya ilə işləyirik. Mütəxəssislərimiz də var. Dünyada bu texnologiyadan istifadə olunur. Qətər, İsrail, Səudiyyə Ərəbistanı şirin su ehtiyatına olan tələbatının 80%-ni bu yolla ödəyir. Bizdə də zavodun imkanları genişləndirilsə, mümkündür. Bu iş müzakirə olunur, yəqin ki tətbiq olunacaq”.
Qeyd edək ki, Neftçala şəhərinə su kəmərinin çəkilməsi işlərinə başlanılıb. Neftçala Rayon İcra Hakimiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə içməli su və kanalizasiya layihəsinin icrasını həyata keçirir. Magistral su xətti tikintisinin cari ilin sonuna qədər başa çatdırılacağı və kəmərin mövcud içməli su şəbəkəsinə birləşdiriləcəyi deyilib. Layihəyə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla, bu layihədən 80 mindən çox sakinin faydalanacağı bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2020, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2020, 17:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11