Əmanətlərin Sığortalanması Fondu əmanətləri verməkdən hansı bəhanələrlə boyun qaçırır? - NARAZILIQ...
Bağlanmış üç bankın - “AmrahBank”, “AtaBank” və “NBC Bank”ın bir qrup əmanətçisi iyulun 6-da Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Turan.az xəbər verir ki, aksiyaçılar bir neçə aydır öz əmanətlərini geri ala bilmirlər. “Artıq neçə aydır banklar bağlanıb, bizim pulumuz həmin banklarda qalıb. İndi isə öz pulumuzu ala bilmirik. Müraciət etmədiyimiz qurum qalmadı. Əmanətlərin Sığortalanması Fonduna da müraciət etmişdik. Heç bir rəsmi cavab verilmir. Ona görə bu gün bura gəldik. Burada da dəfələrlə olmuşuq, amma nəticəsi yoxdur. Gah deyirlər məhkəmə olacaq, gah deyirlər gözləyin. Hərəmizin problemləri var, kimsə müalicə olunmalıdır, kimsə işsiz qalıb. Bu bizim pulumuzdur və biz pulumuzu geri istəyirik”, deyə əmanətçilərdən biri bildirib.
Toplaşanlardan dörd nəfərdən ibarət qrupa Mərkəzi Banka qəbula keçməyə icazə verilib.
Məsələ münasibət bildirən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib ki, əmanətçilər öz tələblərində haqlı olsalar da, əməllərində qanunsuzluq var: “Karantin dövründə belə aksiya keçirmək olmaz. Bu, qanun pozuntusudur. İcazəsiz aksiya keçirmək də olmaz. İnsanların haqları pozulsa belə onlar qanuna riayət etməlidirlər. İkincisi, onların məhz Mərkəzi Bankın qarşısında toplaşmasını başa düşmürəm. Çünki əmanəti qaytarmayan Mərkəzi Bank deyil. Bizdə belə bir fikir var ki, bank sistemində nə baş verirsə, bunun səbəbkarı Mərkəzi Bankdır. Ümumiyyətlə, bəzi bankların bağlanmasına, bəzilərinin niyə bağlanmasına, bəzilərinin niyə gec bağlanmasına, vaxtında tədbir görülməməsinə Mərkəzi Bank məsuliyyət daşıyır. Ancaq əmanətçilərin pulunu hər bir halda Əmanətlərin Sığortalanması Fondu qaytarmalıdır. Təəssüf ki, bu gün bir sıra bəhanə ilə bu əmanətləri qaytarmır. Bağlanan 4 bankın hamısında bu problem var. Bunlar müxtəlif xarakterli bəhanələrdir. Fonddan deyilir ki, guya 3 bank üzrə vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatası ”AG Bank", və “AtaBank”a, bu ilin əvvəlində isə Mərkəzi Bank “NBC Bank”a vətəndaşlardan, fiziki şəxslərdən əmanət qəbul etməyi qadağan edib. Ona görə də iddia edirlər ki, qəbul olunan əmanətlər qanunsuzdur və fond onları kompensasiya etməyəcək. Bu, cəfəng bir açıqlamadır. Bank sisteminə, banklara olan etimada bundan böyük zərbə vurmaq olmazdı".
Ekspertin sözlərinə görə, banklar haqqında qəbul olunan bu cür qərarlar ictimaiyyətə də zamanında bildirilməli idi: ““Əmanətlərin sığortalanması haqqında” Qanuna görə, hər hansı banka əmanət qəbul etmək qadağan edilirsə, bu barədə 1 iş günü ərzində banklara nəzarət orqanı, yəni əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatası, indi isə Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna məlumat verməli idi, kütləvi informasiya vasitələrində məlumat dərc edilməli idi. Hamı bilməli idi ki, bu banka əmanət qəbul etmək qadağan edilib. Nə Palata, nə də Mərkəzi Bank bunu etməyib. Niyə etməyib, niyə qanunu pozub, bu artıq başqa məsələdir və bunu Əmanətlərin Sığortalanması Fondu həmin qurumlarla ayırd etməlidir, onlardan şikayət etməlidir. Bu prosedurlar baş tutmayıb, deməli, əmanətlər qanunidir".
Ə.Həsənov qeyd etdi ki, Əmanətlərin Sığortalanması Fonduna hər bir sığortlanan əmanət üzrə, hər rübdə banklar sığorta haqqı ödəyir: “Banklar bağlananda fond məhz vaxtilə topladığı bu sığorta haqları ilə həmin pulları ödəyir. Deməli, banklardan sığorta pulu alanda yaxşı idi, indi pulu qaytarmaq lazım olanda qanunsuz adlandırırsan. Fond əgər sığorta pulu bankdan alıbsa, birmənalı olaraq indi həmin əmanətləri qaytarmalıdır. Bank əgər Palatanın və Mərkəzi Bankın göstərişinə əməl etməyibsə, bunu bank nəzarəti orqanı bank rəhbərləri ilə ayırd etsin.
Ancaq məndə məlumat var ki, vaxtilə "AG Bank"a qarşı qoyulan bu qadağa özü qanunsuz olub. Palatanın isə ümumiyyətlə buna səlahiyyəti olmayıb. Çünki həmin dövrdə Palata sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının tənzimlənməsi istiqamətində qanuna əsasən yoxlama aparmalı idi və bunun nəticəsində məhduyiyyət qoymalı idi. Palata vaxtilə bunların hamısını pozub. Belə çıxır ki, 3 il ərzində “AGBank” da “AtaBank” da göstərişləri pozublar, ancaq Mərkəzi Bankın məlumatı olmayıb, bu cəfəngiyyatdır".
Hüquqşünas əmanətçilərin öz tələblərində haqlı olduğunu vurğuladı: “Hazırda söhbət əmanətçilərdən gedir və burada hər şey açıq-aşkardır, insanların tələbi haqlıdır. Dövlət orqanları öz vəzifələrini düzgün icra etmirlərsə, bu, vətəndaşların məsələsi deyil. İkinci bir bəhanə də odur ki, hamı bilirdi ki, ötən ilin sonundan etibarən ”AtaBank" əmanətləri qaytarmır. O da bilinirdi ki, bu ilin mart ayında “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşəcək və ondan sonra yalnız min manat həcmində olan əmanətlər sığortalanmış olacaq. Ona görə bütün əmanətçilər öz vəsaitlərini 30 min manatlıq hissələrə bölürdülər. Çünki dövlətdən qanunun vaxtının uzadılacağı ilə bağlı məlumat yox idi. Əgər “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşsə idi və “Ata Bank” da o zaman bağlansa idi, əmanətçilər maksimum 30 min manat alacaqdılar. Mərkəzi Bank da bunu insanlara tövsiyə edirdi. İndi isə deyirlər ki, bankın o zaman əmanət bölməyə səlahiyyəti yox idi.
Halbuki müqavilədə göstərilir ki, əmanət üzrə əlavə qoyuluşlar da edilə bilər. Kimsə 15 faizlə 10 min manat əmanət qoyub və o dövrdə 15 faizə qədər əmanətlər sığortalanırdı. Daha sonra, ötən ilin avqust ayında 10 min manat da əlavə əmanət əlavə qoyub. Bank onu da 15 faizlə qəbul edib, halbuki ötən il iyul ayında milli valyutada əmanətlərin sığortalanma faizi 10 faizə endirilmişdi. Fond isə iddia edir ki, sonrakı 10 min manatı sığortalamıram. Halbuki vətəndaşın müqaviləsinə yazılıb ki, əmanət sığortalıdır. O haradan bilsin ki, fond faizi artırıb, yoxsa azaldıb. Fondun qərarları qanunvericilik aktı deyil, mətbuatda dərc olunmur. Bank qanunu pozubsa, vətəndaş günahkar deyil. Bank vətəndaşla müqavilə bağlayarkən Əmanətlərin Sığortalanması Fondunun təmsilçisidir. Bank qanunu pozubsa, fond məsuliyyətdən qaça bilməz".
İqtisadçı diqqətə çatdır ki, aprel ayında fond bağlanan banklarda qalan əmanətlərin həcminin 680 milyon manat olması və hamısının 3 ay ərzində qaytarılacağı ilə bağlı bəyanat yaydı, ancaq bu baş tutmadı: “Kimin pulunu istəyirlər verirlər, kimisini vermirlər və qanunsuzluq edirlər. Bu, fondun günahıdır. İndi fonda yeni rəhbər gəlib və may ayında təyin olunub, ona görə demək olmaz ki, hər şey onun günahıdır. O hələ vəziyyəti tam analiz etməyib, köhnə rəhbər də hələ fonddadır, müavindir və təbii ki, onun təqsiri daha çoxdur. Onun zamanında qanunsuz əməlləri çox olub, ümid edirəm ki, bunlar aşkarlanacaq və məsuliyyətə cəlb olunacaq. O, indi vaxtilə etdiklərinin üstünü açılmağa qoymur.
Bu gün fondun o qədər də pulu yoxdur ki, bütün əmanətləri qaytarsın. Ona görə bəlkə də vaxt qazanmağa çalışır. Yəqin ki, köhnə işçilər fondun yeni rəhbərini də gözdən salmağa çalışırlar, ona işləməyə imkan vermirlər. İstəyirlər onlar kimi qeyri-qanuni işləsin. Qorunan əmanətlərdən danışırıq, bağlanan banklarda nə qədər də qorunmayan əmanətlər var, təkcə “Bank Standart”da 150 milyondur. Sahibkarların indiyə kimi bağlanmış bütün banklarda qalan vəsaitləri də başqa bir mövzudur. Fond qanunla qorunan əmanət sahiblərinin başına bu oyunu açırsa, görün o biri işlərlə bağlı nə baş verir. Orada xeyli qanunsuzluq var. Ümid edirəm ki, yerli icra hakimiyyətləri və nazirliklərdən sonra burada da yoxlama aparılacaq. Əmanətçilərə isə tövsiyəm budur ki, məhkəməyə müraciət etsinlər və yəqin ki, artıq bəziləri ediblər".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2020, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2020, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |