DİM imtahan nəticələrini elan etdi
Dövlət İmtahan Mərkəzi 18 və 19 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 21212 nəfərdən 488 nəfər imtahana gəlməyib. 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Lənkəran şəhəri 1 saylı şəhər tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu göstərib.
Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2020, 08:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2020, 08:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti