“İşçilərin maaşını ödəmək üçün 3 maşınımı satmışam” - Emin Ağalarov
Azərbaycanın Xalq artisti, Rusiyanın “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov iqtisadi problemlərdən danışıb.
İş adamı holdiqin 15 min işçisinə məvacib vermək üçün 3 avtomobilini satdığını bildirib.
“İşçilərin maaşlarını vermək üçün şəxsi qarajımdan 3 avtomobil satmışam. Amma sonuncu maşınlarımı da satsam, bu işçilərin məvacibibi heç 10%-i etməyəcək”.
Emin Ağalarov pandemiya şəraitində “Crocus Group”a məxsus ticarət mərkəzlərinin əksəriyyətində icarədarlara güzəştə getdiklərini, holdinqin işçiləri arasında da maaşların azalmasına baxmayaraq, ixtisarlardan yayına bildiklərini əlavə edib.
O, şirkətin konset zallarının, kafe və restoranlarının bağlı olduğunu, sərgi zalının isə koronviruslu xəstələr üçün ayrıdlığını əlavə edib. Ağalarov dövlətin sərgi zalında xəstələrin yerləşməsi üçün Crocus Gropu-a 1 milyard rubl vəsait ödəməsinə rəğmən, bunun onlara qazanc gətirmədiyin vurğulayıb.
“Biz gəlirlərimizin 90%-ni itirsək də, xərclərimiz azalmayıb. Hər ay, hər gün ziyaha işləyirik. Hətta, bütün obyektlər açılsa da, bizim icarədarlar ilk vaxtlar bizə ödəniş edə bilməyəcək”.
Xatırladaq ki, Crocus Group-un sahibi Araz Ağalarov Forbes jurnalının məlumatına görə, 1,7 milyard dollar sərvətə malikdir. Şirkətin əmlakı sırasına okeanarium, “Vegas” ticarət-əyləncə mərkəzi, “Crocus Siti Moll” ticarət mərkəzi, konsert zalları, restoranlar, fitnes-mərkəzləri, yaşayış kompleksləri, “Jara” mediaholdinqi, “Crocus Expo” sərgi mərkəzi və s. daxildir. (Modern.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2020, 17:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-06-2020, 17:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11