Zərdab sakinləri: " Örüş torpaqlarımız zəbt olunaraq əkilib, su üzünə həsrətik" - İDDİA
“Biz, Zərdab rayonu Gödəkqobu kənd sakinləri Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyətinə və üzləşdiyimiz qanunsuzluqlara görə intihar həddinə çatmışıq, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək məcburiyyətində qalmışıq”.
Bu iddiaları RegionXəbərləri.com-a müraciət edən Zərdab rayon Gödəkqobu kəndinin sakinləri səsləndiriblər. Onlar bildirirlər ki, kənd əhalisi üçün ayrılmış təsərrüfat suyu balıq saxlanılan təbii göllərə axıdılır:
“Zərdab Rayon İcra Hakmiyyətinin başçısı Mərdan Camalzadə vəzifəsinə yeni təyin olunduğu vaxtlarda bizi qəbul edib uzağı 10 gün müddətində araşdırıb problemi həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. Zərdab rayonu Gödəkqobu kəndində örüş torpaqları bir qrup işbazlar tərəfindən zəbt edilib, qanunsuz əkilib, bələdiyyəyə məxsus torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri əsasında uzun müddətli icarə adı ilə tutulub. Özümüzə məxsus əkin sahələrimizi sulaya bilmirik. Çünki kənd sakinlərinə ayrılan su, kənddə zəbt olunmuş 3 böyük təbii gölə verilir. Hansı ki, həmin göllərin saxta sənədlərlə icarəyə verilməsi sübut olunub. Həmin təbii göllərin saxta icarə müqavilələri ilə zəbt edilməsi barədə aidiyyatı qurumlara, o cümlədən də icra başçısı Mərdan Camalzadəyə ərizələrlə müraciət etmişik. Ancaq heç bir araşdırma aparılmayıb, tədbir görülməyib. Gödəkqobu kənd Su Asossaiyasının müdiri Əlif Paşayev kəndə ayrılan suyu əmisi oğlu Şahin Paşayevin zəbt etdiyi 10 hektar ərazini əhatə edən təbii gölə verir. Şahin Paşayev təbii gölün üzərində qanunsuz olaraq mişar daşından böyük imarət inşa etdirib. O baramaçılığın inkişafı üçün salınmış 3 hektar tut bağını qanunsuz olaraq kəsdirib yerində meyvə ağacları əkib”.
Kənd sakinləri iddia edirlər ki, kənddəki digər təbii göl isə icra başçısının köməkçisi tərəfindən zəbt olunub: “Gödəkqobu kəndində yerləşən 17 hektar ərazini əhatə edən təbii gölün biri isə icra başçısının Səməd adlı köməkçisi tərəfindən zəbt edilib. Həmin gölə nəzarət Pərviz Həmidov adlı kənd sakininə tapşırılıb. Gödəkqobuda yerləşən 3 böyük təbii göldən hər il tonlarla balıq əldə edilib satılır, ancaq dövlətə vergi ödənilmir”.
Onlar bildirirlər ki, əsas məşğuliyyətləri kənd təsərrüfatı olduğu üçün, bu problem onların maddi vəziyyətini xeyli pisləşdirib:
“Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev sanki Zərdab rayonu Gödəkqobu kənd sakinlərinə qənim kəsilib. Mərdan Camalzadə Zərdaba icra başçısı təyin olunandan bir neçə gün sonra iclas keçirdi, kənd sakinlərini qəbul etdi və komissiya yaradılmasına tapşırıq verdi. Guya kəndlərdə zəbt edilmiş, qanunsuz əkilmiş örüş torpaqlarını azad edib sakinlərin istifadəsinə qaytaracaqdı. Mərdan Camalzadənin yaratdığı komissiya formal xarakterli işlər görür. Kənddə gəlib boş-boşuna iclas keçirib, şəkil çəkdirib getdilər. Ancaq heç bir problem həll edilmədi, necə deyərlər "köhnə hamam, köhnə tas". Həmin komissiyanın üzvləri İcra hakimiyətinin şöbə müdiri Ramiz Məmmədov, YAP-ın Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və "Aqrolizinq" ASC-nin Zərdab rayon şöbəsinin müdiri Namiz Rüstəmovdur.
Gödəkqobu kəndinin 3000 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyti maldarlıq və əkinçilikdir. Suyun olmaması, örüş torpaqlarının zəbt edilərək əkilməsi, 3 böyük təbii gölün saxta sənədlərlə tutulması kənd əhalisinin dilənçi günündə yaşamasına səbəb olub. Kənd bələdiyyəsi Kapitay İxtiyarov uzun müddətdir bu vəzifəni tutub, atasının əmlakı kimi idarə edir. Zərdab sakinləri sevindilər ki, Lütvəli Babayev getdi işləyən birisi gəldi. Ancaq belə olmadı, Mərdan Camalzadə öz fəaliyyətsizliyi ilə Lütvəli Babayevin ölənlərinə rəhmət oxutdurur”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2020, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2020, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11