“Lotu Quli”nin rəqibləri bir arada
Azərbaycanlı “oğru” Nadir Səlifovun (“Lotu Quli”) rəqibi olan Əli Heydərov (“Albert Rıjıy”) gürcü əsilli “oğru” Badri Koquaşvili ilə görüntülənib.
Azərbaycanın Gəncə şəhərində anadan olan Əli Heydərov soyğunçuluq, xuliqanlıq və başqa cinayətlərə görə dəfələrlə məhkum olunub. O, 2012-ci ilin sentyabrında “oğru” tituluna layiq görülüb. Bəzi iddialara görə, Əli Heydərov mərhum “oğru” Aslan Usoyanın (“Ded Xasan”) klanı tərəfdindən taclandırılıb.
O daha sonra mərhum “oğru” Rövşən Canıyevlə (“Rövşən Lənkəranski”) yaxınlaşıb. Bu yaxınlıq onun Rövşən Canıyevlə başqa bir azərbaycanlı “oğru” Nadir Səlifov (“Quli”) arasındakı konfliktin iştirakçısına çevrilib.
2014-cü ilin martında Sankt-Peterburq polisi Əli Heydərova qarşı düzənlənən sui-qəsdin qarşısını alıb. Həmin vaxt iddia edilirdi ki, sui-qəsdin icraçısı İlham Hacıyev Nadir Səlifova yaxın şəxsdir.
Həmin ilin iyununda isə Əli Heydərov Türkiyənin Ədirnə şəhərində Nadir Səlifova yaxın kriminalitetlərlə, o cümlədən “Quli”nin qardaşı Namiq Səlifovla toqquşub. Əli Heydərovun mühafizəçisi bu toqquşmanın qurbanı olub, “oğru” özü isə Nadir Səlifovun adamlarından canını qurtara bilib. Məlumatlara görə, həmin münaqişədə Nadir Səlifova yaxın kriminalitetlər Əli Heydərovu “oğru” titulundan da məhrum ediblər.
Bir ay sonra isə o, Sankt-Peterurq polisi tərəfindən həbs soyğunçuluq, dələduzluq, qanunsuz sərhədi keçmə ittihamları ilə həbs edilib. Əli Heydərov bu ittihamlarla 7 il azadlıqdan məhrum olunub. Cəzasını çəkmək üçün ciddi rejimli həbsxanaya göndərilib. 2017-ci ildə isə Peterburq “oğruları” onu “oğru” kimi qəbul ediblər.
Əli Heydərovun Badri Koquaşvili ilə görüntülənməsi kriminal dünyada müxtəlif söz-söhbətlərə səbəb olub. Məsələ burasındadır ki, Badri Koquaşvili də Nadir Səlifovala üz-üzə gələn “oğru”lardandır. O, başqa bir gürcü əsilli “oğru” – Quram Çıxladzenin (“Kvejoeviç”) Nadir Səlifovla görüşdə vurulmasına görə ikincinin “oğru” titulundan məhrum olunmasını tələb edirdi.
Lakin bununla keçirilən “sxodka”larda Nadir Səlifov qalib gəlib. Bundan sonra Badri Koquaşvili Avropadakı “oğru”lardan dəstək istəsə də, onlar Nadir Səlifova qarşı çıxmağa həvəs göstərməyiblər.
Əli Heydərovla Badri Koquaşvilinin bir yerdə görüntülənməsinə gəlincə, bu iyunun 23-də baş verib. Azərbaycanlı “oğru” Badri Koquaşvilinin qızının doğum günü ilə bağlı ziyafətə qatılıb. Həmin ziyafətdən yayımlanan videoda Badri Koquaşvili ilə Əli Heydərovun yanaşı oturduğu görünür. Özü də bu, xüsusi olaraq nümayiş etdirilir. Ona görə də baş verənlər Nadir Səlifova mesaj sayıla bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-06-2020, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-06-2020, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11