reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qətlə yetirilmiş azərbaycanlı avtoritet Çexiyada “xortladı”

reklam

Qətlə yetirilmiş azərbaycanlı avtoritet Çexiyada “xortladı”


2012-ci ilin yazında Moskvada qətlə yetirilmiş “vor zakon” Aslan Usoyanın (Ded Xasan) “katibi” İlqar Cəbrayılov gözlənilmədən “zühur edib”. Cinayətkar aləmdə Danabaş adı ilə tanınan Cəbrayılovun adına ölümündən sonra Çexiyada firma qeydiyyatdan keçirilib.

Virtualaz.org xəbər verir ki, Rusiyada mərhumun adına bir neçə şirkət mövcuddur.

2015-ci ildə - Ded Xasanın “katib”inin qətlindən 3 il sonra Çexiyada “Mega Color” firması qeydiyyatdan keçirilib ki, bunun həmtəsisçisi İlqar Cəbrayılovdur. Kommersiya reyestrindən çıxarışda doğum tarixi və Moskvadakı ünvanı mərhumun bu məlumatları ilə üst-üstə düşür.

Qeydiyyat sənədlərinə əsasən, “Mega Color” alkoqol satışı ilə məşğuldur. Oxşar adlı və funksiyalı “Meqa-Kolor S.P.” şirkəti Rusiyada hələ Cəbrayılovun sağlığında qeydiyyatdan keçirilib və həmin şirkətin də spirt satışı üçün lisenziyası var. Moskvada iki mağaza – Butırskaya küçəsindəki və “Peçatniki” metro stansiyasının yaxınlığındakı qastronomlar bu şirkətə məxsusdur.

Bu da qəribədir ki, Rusiyadakı firmalarda mərhum Danabaş təsisçi və baş direktor olmaqda davam edir. Bundan əlavə, o özü mühasibat sənədlərini təhvil verir. Belə ki, 2017-ci ildə “Meqa Kolor” 76 milyon rubl qazanıb. Eyni zamanda, qətlə yetirilmiş şəxs borclarını ödəmir – məhkəmə icraçılarının bazasında məhrumun adına bir neçə icra sənədi mövcuddur.

Mənbə şübhələnir ki, ya kimsə indiyə kimi Cəbrayılovun sənədlərindən istifadə edir və onun imzasını saxtalaşdırır, ya da 7 il əvvəlki qətl bacarıqla oynanılmış tamaşa imiş.

2000-ci illərin əvvəllərindən Cəbrayılov Aslan Usoyanın “katibliyi”nin rəisi olub:

Dedin cinayətkar aləmlə, məmurlarla və hüquq-mühafizə orqanları ilə əlaqələrinə cavabdeh olub. Danabaşla əvvəlcədən razılaşdırılmadan heç kim Ded Xasanın qəbuluna düşə və hansısa məsələni “yoluna qoya” bilməzdi. Bundan başqa, “katib” oğruların görüşlərində şefinin maraqlarını təmsil edib.

İlqar Cəbrayılov 2012-ci ilin aprelində güllələnib. Cinayətkarlar İlqarla 25 yaşlı Alyona Yevteyevanın oturduğu “Toyota Land Cruiser” avtomobilini başqa avtomobillə izləyiblər. Svetofora yaxınlaşarkən izləyənlərin maşınından qara kepkalı bir kişi çıxır, yavaşca hərəkət edən cipə yaxınlaşır və tapançadan atəş açır. Aldığı güllə yaralarından Cəbrayılov yerindəcə dünyasını dəyişir, onun rəfiqəsi isə yaralanır, lakin sağ qalır.

2015-ci ildə Rusiya paytaxtının Lüblino rayon məhkəməsi Cəbrayılovun qətlinin təşkilində şübhəli bilinənlərdən biri – Ülfət Tağıyev barəsində həbs qərarı verir. Tağıyev 2021-ci ildə azadlığa çıxmalıdır.


Paylaş:


Müəllif : Tarix:
5-03-2019, 17:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər