“Müxalifətin əlində korrupsiya faktları var, lakin...” - Zahid Orucdan ilginc açıqlamalar
Deputat, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun “Yeni Müsavat”a Milli müsahibəsinin son bölümünü təqdim edirik:
Əvvəli burada: http://www.dia.az/8/253071-korrupsionerlere-qarshi-mubarize-asan-deyil.html
- Deyirsiniz korrupsionerlərə qarşı mübarizə asan deyil. Deməli...
- Dediyiniz nöqtədə daha çox institusional tədbirləri önəmli saymalıyıq, elə etməliyik ki, gerçəkdən də nazir hansısa bir holdinqin rəhbəri olmaq istəməsin, əks halda, o sahədə rəqabət boğulacaq və ya büdcə vəsaitləri o sferaya yönələcək, bu isə mütləq insanların təşəbbüskarlığını və iqtisadi azadlıqlarını boğacaq, xarici investisiyanı qaçıracaq, ölkə daxilindən pullar kənara axmaqda davam edəcək, həmçinin bu, məhkəmənin müstəqilliyinə zərbə vuracaq. Ona görə də cənab Prezident qeyd edir ki, bir sıra hallarda vətəndaşların biznes strukturlarını ələ keçirmək üçün haqsız tələblər, şərləmə, qisasçılıq, yaxud da digər mənfi fəsadlı addımlar atılır. Əlbəttə ki, biz ilk növbədə, dövlətimizin antiböhran siyasəti çərçivəsində pandemiyaya qarşı mübarizənin uğurla başa çatdırılmasını gözləyirik. İcra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, prezident İlham Əliyev bu məsələlərdə daha uzağa gedəcək. Yəni nəfsinə təslim olan, ənənəvi cinayətkar işlərdən islah oluna bilməyən şəxslər qəyyumluq və kuratorların kölgəsində qala bilməyəcəklər. Cəza tədbirləri olmasa, proseslər irəli getməyəcək və ictimai inam zəifləyəcək. Buna yol verilməyəcək.Çünki millətin iştirak etmədiyi ən xoşməramlı aksiya da uğurlu olmur.
Dövlət rəhbərliyi antiməmur kampaniyası aparmır, çünki on minlərlə insan konstitusiya və qanunlar çərçivəsində çalışmaqda davam edirlər, ona görə də nazirliklərdə birinci şəxslərin dəyişməsi bütün bürokratik sistemin dağılması və hər növbəti şəxsin “öz komandası”nı yaratmaq adı altında peşəkarların qovulmasına yol verilməməlidir. Ona görə institusional yaddaş deyilən bir fenomeni bilmək lazımdır. Yəni hər dövlət qurumu əvvəlki müsbət ənənələrini və mütəxəssislərin siyasi varisliyini təmin etməyə borcludur.
Cəza veriləndə o adamların da yaxın çevrəsi var, qohum və əqrəbası mövcuddur, beləliklə, böyük bir dairə hakimiyyətə qarşı çevrilir, lakin hüquq ali tutulmayacaqsa, qanunlar devalvasiyaya uğrayacaq. İlham Əliyev xalqın həyatında aparıcı və prinsipial yer tutmaq üçün elə bir siyasəti ortaya gətirməyə çalışır ki, bu, regional dövlətlər sırasında Azərbaycanın daha güclü olduğunu sübuta yetirsin, dövlətin öndə olduğunu göstərsin, sadə xalqın güvəncini qoruyub saxlasın. İndi tam yəqinliyi ilə demək olar ki, Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət sistemimizi möhkəmləndirdi, daxili təxribatları azaltdı, informasiya sızmalarını və ikili oyunları minimallaşdırdı. Mehriban xanımın 2017-ci ildəki təyinatı Birinci xanımın on illər ərzində yüksək humanitar-mədəniyyət və beynəlxalq əlaqələr sahəsindəki fədakar çalışmalarına görə verilmişdisə, indi birinci vitse-prezident dövlətdəki sabitliyin və çirkli məmurlardan azad olunmanın əsas memarlarından biri kimi çıxış edir. Burada ikinci altmənalar axtarmaq, konspirasiyalar qurmaq, müxtəlif əlamətlərinə görə fərqlənən komandalar haqqında təbliğat ürünlərini gerçəklik kimi qələmə vermək yalnız siyasi revanşistlərin və şəbəkə hakimiyyətinin işidir.
- Deməli, həbslərin davamı gələcək, eləmi?
- Gələcəkdə yeni həbslər real faktlara uyğun veriləcək, lakin qarşıya qoyulan məqsəd ölkə rəhbərinin sözü ilə desək, dövləti vətəndaşa, vətəndaşı dövlətə güvənclə saxlamaqdır.
- Zahid bəy, ölkədə kadr bankının yaradılması zərurətindən çox danışılır. Necə hesab edirsiniz, kadr ehtiyatları baxımından durumumuz necədir? Kadrların rotasiyası, yaxud on illərlə eyni şəxslərin eyni kürsüdə oturması elə təsəvvür yaradır ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Bu, həqiqətən də belədir?
- Həqiqətən də bu sahədə problemlərin mövcudluğu müxtəlif zamanlarda dilə gətirilib. Biz mərkəzin formalaşması zamanı da sözügedən problemin dərinliyini gördük. Məhz ona görə də bu yaxınlarda Milli Məclisdə irəli sürdüyümüz çağırışın əsas tezislərini bu problem təşkil edib. Orada qeyd olunurdu ki, vaxtilə, ötən əsrin 70-ci illərində Heydər Əliyevin sistemli tədbirləri sayəsində sovet Azərbaycanında ən güclü əmək qəhrəmanları ilə yanaşı, güclü elita, peşəkar mədəniyyət, iqtisadiyyat və idarəetmə korpusu formalaşa bilmişdi. Həmin dövlət adamlarımızın yaxşı nümunəsi indi də ekranlarda, əsərlərdə, kitablarda əks olunur və az da olsa öyrənilir. Lakin indi biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemlərini həll etməliyik. Əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir. Burada vahid bir standart və tələb yoxdur. İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman “toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir-birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da parlamentin rolu əvəzsiz ola bilər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtlərini fəaliyyət-nəticələrə görə, məsuliyyət tələb edir. Siyasi sistemin yeni konfiqurasiyası deyəndə, yalnız dövlət idarəçiliyi deyil, siyasi sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində siyasi partiyalar, gənclər təşkilatlarında kadrlar yeniləşməsi gedir. Rusiya PA-da kadr siyasəti - Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya yaradılıb. Bu gün 2020-ci il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var. Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uğuruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq.
- Pandemiya dövrünün Azərbaycanı ilə bağlı müxtəlif fikirlər var. Necə hesab edirsiniz, biz fövqəladə vəziyyətə hazırlıqlı toplumuqmu? Dövlət və millət olaraq bugünlərdə sınaqdan çıxa bildikmi? Koronavirusdan sonrakı dünyanı və Azərbaycanı necə təsəvvür edirsiniz?
- Ümumiyyətlə, bəşəriyyət həyatını əhatə edən pandemiyanı hazırlıqlı qarşılayan xalq anlayışı bir qədər dəqiqləşmə tələb edir. Məlum oldu ki, mental xüsusiyyətlərindən, tarixindən, ənənələrindən, dövlət quruluşundan və idarəçilik sistemindən asılı olmayaraq hər bir ölkədə müxtəlif çətinliklər özünü göstərdi. Bununla bərabər, Azərbaycan Prezidentinin liderlik qabiliyyəti əsasında biz bu ağır dövrü minimum itkilərlə keçirməkdəyik. Zənn edirəm ki, onların detalları üzərində dayanmadan ümumiləşdirsək, bu, müharibə üçün uğurlu bir test oldu. Bütün baş verənlərə rəğmən dövlətin əsas strukturları, həmçinin cəmiyyətimizin birgəliyi özünü göstərməsəydi, hansı spontan, arzuolunmaz hadisələrin baş verdiyini ağıla gətirmək çətin olardı. Burada ərzaq çatışmazlığı panikası, yaxud psixoloji sarsıntılar, iş yerlərinin itirilməsi, gəlirlərin azalması fonunda müxtəlif sosial toqquşmalar və etirazlar özünü göstərə bilərdi. Əminəm ki, postpandemiya dövrü artıq dünya üçün yeni bir formasiya, quruluş deməkdir. Hamılıqla ona hazırlaşmalıyıq, bizim mərkəzdə təhlil etməyə çalışdığımız məsələlərdən biri də bundan ibarətdir. Yəni 21-ci əsr sanki indi başlanıb və bu yol ayrıcında idarəetmə sistemindən sosial-siyasi cərəyanlara, milli dövlət quruluşlarının yenidən güclənməsinə, qloballaşmanın çöküşünə, həmçinin tibb sistemindən, cəmiyyət həyatını əhatə edən digər sahələrin hər birində dəyişikliklər olacaq və bu yalnız rəqəmsal texnologiyanın önə çıxması anlamına gəlməyəcək.
- Zahid bəy, son olaraq, BBC-dəki debat haqda soruşmaq istərdik. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri olaraq sizin, Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzi İsa Qəmbərlə debatınızı nəzərdə tuturam. Hər halda, bu, yeni hadisəydi və ictimai fikirdə xeyli maraqlı reaksiyalar doğurdu. Belə üzbəüz müzakirilərdə iştirakınızı alqışlayırıq, çünki hər zaman diskussiyalara açıq olmusunuz və mövqelərinizi prinsipiallıqla müdafiə etmisiz. Bəs özünüzün debatla bağlı qənaətiniz necədir?
- Debat təklifi hələ 4 ay bundan qabaq BBC-nin Azərbaycan bürosunun rəhbəri Səadət Akifqızından gəlmişdi və onun fədakarlığı hesabına da baş tutdu. Lakin söhbətin keçirildiyi gün təxminən 2 saat yarım zamanımız açıq hava şəraitində texniki problemlərə itirildi və ardınca bir o qədər də vaxt binanın COVİD qatında - 19-cu mərtəbədə çox uyğunsuz şəraitdə keçirildi. Efirin sonunda dediyimiz kimi, daşıdığımız vəzifənin tələbinə görə biz ideologiyasından, təşkilati və maliyyə gücündən asılı olmayaraq, istənilən şəxslə hər cür formatda görüşlərə hazırıq. Digər tərəfdən, belə bir addım dövlət başçımızın elan etdiyi Yeni Hakimiyyət quruculuğuna dair kursun ruhuna, hədəflərinə-dialoq və yeni siyasi mühitin yaradılması prinsiplərinə uyğun olduğu üçün biz qərarımızda qəti idik.
Doğrudur, əvvəlcədən qazılıq verilən mövzuya etiraz etmək nəhəng korporasiyanın efir siyasətinə və cəfakeş jurnalistikasına az qala firqə tribunasıtək yanaşmaq demək idi və demokratlıq bunun əksini tələb edirdi. O üzdən söhbət baza mövzusundan çıxdı, cari məzmun aldı, lakin irəli sürdüyümüz tezislərin hər birində bizim mövqeyimiz qəti, haqlı və güclü idi. Ənənəvi ittihamların eşidilməsi, siyasətçilərin məhkəmə leksionu, yaxud keçmişin məğlubiyyət sindromunu daimi qəzəb və nifrətə daşımaları belə konkret polemikaları öz mahiyyətindən uzaqlaşdırır, “rejim, xeyir-şər və müsavatçılıq-bolşevizm” kimi ənənəvi mifoloji yarlıqları informasiya məkanmızı tərk etməyə qoymur. Halbuki müstəqillik dövründə doğulanların artıq 29 yaşı var. Onlar kiminsə keçmişdə inqilabçı, kimin partokrat olmasına baxmır. Görün, Putin Rusiyasında ən qatı mövqeyi ilə seçilən Aleksey Navalnının hakimiyyət nümayəndələri ilə keçirilən debatlarının sərt və yüksək emosional ovqatına baxmayaraq, mövqelərin faktoloji bazası və siyasi çəkisi bizim virtual səhnədə qərargahlaşmış qüvvələrin bir qapıya daimi ittiham yağdırmaq stilindən tamam fərqlənir. Belə nadir fürsətlər yarananda onları iqtidar-müxalifət savaşı kimi deyil, millətimizin dərin ehtiyac duyduğu və on illərdir hökm sürən qarşılıqlı inkarçılığın aradan qaldırılması, müsbət dəyişikliklərə, daha yüksək səviyyəli görüşlərə imkan pəncərəsitək yanaşmaları doğru olmazmı?
Bəyənmədikləri Kreml və Moskva siyasi palitrası, efir məkanı bizim əks düşərgə ilə münasibətlərdən daha canlıdır və mövcud siyasi sistemdə əkselita olmağa iddia edənlərin cəbhəsində islahatlar gedərsə, mühit, tələblər, standartlar və perspektivlər tamam dəyişər. Axı dövlət partiyalarla bağlı şöbə yaratmaqla siyasi təşkilatları təşkilatlanmada, ideoloji məkanın formalaşmasında və hakimiyyətin formalaşmasında rəsmi olaraq, tanımışdır. Dünənin neqativlərini unutmaq üçün bu xeyli ümidlər verir axı. Lakin köhnə müxalifəti islah etmək hakimiyyətin vəzifəsi deyil.
- Ümumilikdə polemikanı faydalı sayırsızmı və sizcə, belə görüşlərin yeni siyasi münasibətlərə təsiri olacaqmı?
- Müəyyən qayçılanmaya-montaja məruz qalan söhbətimizdə mən o haqda da fikirlər söyləmişdim. Yekunda qeyd etdiyim kimi, Elçibəy mirasının varisləri kimi çıxış edən və xalq hərəkatının önündə olan adamların strateji fikir yaratmağa iddiaları varsa, onda kindən və küdurətdən azad olaraq, ətraflarındakı qüvvələrə doğru mesajı verə bilsinlər, cəbhəçiliyin kölgəsindən çıxsınlar və daha müdrik, barışcıl, çevik bir paltformanı izləsinlər. İnanın ki, bu kiməsə fəaliyyət planı diktə etmək anlamına gəlmir. Yaxud sabiq Müsavat başqanını hakim sistemin bir üzvünə çevirmək ssenarisi də deyil. Bizə görə prezident İlham Əliyevin liderliyini başqalarından fərqləndirən onun regional və beynəlxalq siyasi axınlara mütəhərrik cavab verməsi, dünya dövlətlərinin maraqlarını siyasi Bakıda peşəkarlıqla uzlaşdırmaq bacarığıdır. Qarşı qütbdə isə elə hey, tarixi xronika onların bütün siyasi gələcəklərini təyin edir. Harada görüşürsən, danışırsan, bəlli birxətli düşüncə - Gülüstan müqaviləsi, 1917-ci il inqilabı və 90-cı illərin SSRİ-nin çöküş hekayətlərindən bəhs olunur. Halbuki qapıda 21-ci əsrin beşdə birini arxada qoyuruq və pandemiyanın yaradacağı yeni dünyada partiyalar dövlət sisteminə necə inteqrasiya olunmalarına dair yollar axtarmaqdansa, torpaq və dövlətçiliyimizi itirdiyimiz keçmişi bərpa etməyə çalışanda millət onları qəbul etmir.
Müxalifətin əlində korrupsiya faktları var. Lakin hakimiyyətin ünvanına yönələn həmin ittihamlar qurtaran kimi, vətəndaş görür ki, iqtidara alternativ olmaq istəyənlər müstəqilliyimizi 3-cü on illiyə çatdıran Əliyevlərin dövlət yaratmaq və qorumaq missiyasını davam etdirməyə qadir deyillər. Bəli, dövlətçi lider fenomeni müdriklik, çeviklik, uzlaşma qabiliyyəti tələb edir və belə bir qüvvəni təmsil etdiyimizə BBC-dəki söhbəti izləyənlər də əmin oldular.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-06-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-06-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01