148 obyektdə kobud qayda pozuntuları aşkarlandı
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən 19 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 211 ictimai iaşə obyekti, 219 ərzaq satışı mağazası olmaqla ümumilikdə 430 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 148-ində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Xətai rayonunda “VİP” market
Yasamal rayonu, “Nizami Mall” ticarət mərkəzində Axundova Ayşən Musa qızına məxsus “Mix Food” və Məmmədov Faiq İslam oğluna məxsus “Saffron” restoranları
Digər rayon və şəhərlər üzrə:
Samux rayonunda Atayev Əli Hümbət oğluna məxsus kafe, Məmmədov Fərid Rövşən oğluna məxsus ərzaq mağazası
Gəncə şəhərində Sadıqov Kamil Eldar oğluna məxsus “Maral-Göl” restoranı
Xaçmaz rayonunda Abdullayev Əmir Yusif oğluna məxsus “Bulaq” kafe
Neftçala rayonunda Zülfüqarov Vüqar Davud oğluna, Cəfərov Kamil Abasağa oğluna, Tarverdiyev Bəxtiyar Ağali oğluna və Həsənov Babək Nuxbala oğluna məxsus ərzaq mağazaları, Zülfüqarova Sevinc Əliyusif qızına məxsus kafe
Ağsu rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna məxsus “Şöhlətoğlu” restoranı
İsmayıllı rayonunda Nağıyev Əvəz Qadir oğluna məxsus “Basqal” restoranı, Ömərov Mehdi Valodya oğluna məxsus “Mican” kafe, Cavadova Sahibə Bayram qızına məxsus “Xan” market, Hümbətov Cavid Şərafət oğluna məxsus ət satışı mağazası, Məmmədova Humay Ramiz qızına məxsus “Qala” market
Göyçay rayonunda Nəzərəlizadə Tehranə Yusif qızına məxsus ərzaq mağazası
Şəki şəhərində Əzizov Məmməd Həsən oğluna məxsus “M-Market”
Qəbələ rayonunda Əhmədli Şükran Səlim oğluna məxsus dönərxana
Zaqatala rayonu, Maqov kəndində, Corov Həbib Şabanoviçə məxsus market
Şəmkir rayonunda “Uğur” restoranı və “Muxtar”ərzaq mağazası
Ucar rayonunda “City Klub” restoranı və “Dostlar” kafesi
Bərdə rayonunda Əliyev Nizaməddin Nizami oğluna məxsus “Söyüdlü” kafe
Lənkəran rayonu, Qəriblər kəndində Ağayev Vüsal Vasif oğluna, Mehdizadə Fariz Telman oğluna, İmamyarov Murad İlqar oğluna və Məmmədov Şamil Kamil oğluna məxsus ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-06-2020, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-06-2020, 14:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01