Bakıya giriş-çıxış qadağası nə zaman götürüləcək? - Ekspertdən Operativ Qərargahın təmsilçilərinə İRAD
“Pandemiyanın ən intensiv yayılma dövründə belə, bölgələrə gəliş-gedişlə bağlı sərt qadağalar tətbiq olunmadı”.
regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejimi çərçivəsində əksər məhdudiyyətlərin aradan qaldırılması fonunda bölgələrlə gediş-gəliş qadağasının hələ də qüvvədə qalmasının səbəblərini şərh edən nəqliyyat eksperti Azər Allahverənov deyib.
Azər Allahverənovun sözlərinə görə, bölgələrə gediş-gəlişin yenidən bərpa edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın diqqət mərkəzində olan bir məsələdir:
“Karantin qadağalarının yumşaldılmasını əsaslandıracaq ən dəqiq informasiyalar məhz Operativ Qərargahın əlindədir və bu gün qadağası qüvvədə olan qaydalar bu məlumatlara uyğun qaydada tənzimlənir.
Koronavirus pandemiyası ilə əlaqədar səlahiyyətli qurumların əlində ciddi faktlar var. Ona görə də bəzi sahələrdə qadağaların aradan qaldırılmaması başa düşüləndir. Xüsusilə də, bölgələrə gediş-gəliş məsələsinə çox diqqətlə yanaşılır”.
Ekspert vurğulayıb ki, bölgələrə gediş-gəlişlə bağlı tətbiq olunan qadağalar o qədər də sərt deyil:
“Sosial şəbəkələrdəki paylaşımlara əsasən, əhalinin böyük hissəsinin qeyri-iş günlərində bölgələrimizə səfər etdikləri müşahidə olunur. Bu, o deməkdir ki, insanlar istənilən halda müxtəlif yollarla bölgələrə gedə bilirlər.
Nəzərə alaq ki, paytaxt Bakıda yaşayan vətəndaşların müəyyən kəsimi bölgələrdə daimi qeydiyyatdadırlar. Ona görə də, bölgə qeydiyyatlı vətəndaşların öz rayonlarına, yaxud da, Bakı qeydiyyatlı vətəndaşların paytaxta qayıtmalarında problem yoxdur.
Burada bir məqama toxunmaq lazım gəlir ki, Operativ Qərargahın nümayəndələri keçirilən müntəzəm brifinqlərdə bölgələrə gediş-gəlişlə bağlı jurnalistlərin suallarına konkret cavab vermirlər. Yaxşı olar ki, Operativ Qərargahın rəsmiləri bu məsələyə aydınlıq gətirsinlər. Çünki məhdudiyyətin nə üçün uzadıldığını onlar daha dəqiq bilirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-06-2020, 17:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-06-2020, 17:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11