reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azər Həsrət rusdillilərdən ÜZR İSTƏDİ

reklam

Azər Həsrət rusdillilərdən ÜZR İSTƏDİ


"Facebook"da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib.

regionxeberlericom.az Yeniavaz.com-a istinadən xəbər verir ki, A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin “Diqqət mərkəzi”ndə proqramında debata çağırıb.

Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.

Azər Həsrət statusunda rusdilliləri pozğun adlandırmaq niyyətinin olmadığını, lakin statusunu belə qəbul edən hər kəsdən, eləcə də Rəhman Hacıdan üzr istəyib.

O, fikirlərinin ətraflı ifadə etmədiyi səbəbindən düzgün anlaşılmadığını bildirib:

"Mən statusumu redaktə etmək istədim, lakin bir anda kopyalanıb paylaşıldı. Bundan sonra redaktə etmək mənasız idi. Bir daha təkrar edirəm, mən rusdillilərə pozğun deməmişəm və heç vaxt bunu etmərəm".

Azər Həsrətin qalmaqala səbəb olan statusunu təqdim edirik: “Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”.


Paylaş:


Müəllif : Tarix:
17-04-2019, 11:39
Sikayət   


loading...
Загрузка...