“Uşaq pulu” bərpa edilə bilər - ”0,8-1,6 milyardla başlamaq olar”
Karantin qaydalarının tətbiqi ilə əlaqədar iş yerlərinin bağlandığı və vətəndaşların gəlirlərindən məhrum olduğu bir vaxtda uşaqlar üçün sosial müavinətin verilməsi təkrar gündəmə gəlib.
Bu günlərdə parlamentdə də bununla bağlı təkliflər səslənib. Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “uşaq pulu”nun bərpasını təklif edib:
“Əgər biz “uşaq pulu”nu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə də bu mövzu daim qabardılır. Əhalinin müxtəlif təbəqələrindən bununla bağlı istəklər ortaya qoyulur.
Belə olan halda, “uşaq pulu”nun verilməsi hansı şərtlərlə və nə qədər vəsait hesabına başa gələ bilər?
Milli Məclisin üzvü Əli Məsimli Cebhe.info-ya açıqlamasında bildirib ki, xalq arasında “uşaq pulu” adlandırılan uşaqlar üçün nəzərdə tutulan müavinət dünya ölkələrində ən geniş yayılmış sosial müavinət növlərindən biridr:
“Azərbaycanda da sosial müavinətin “uşaq pulu” variantından istifadə olunub. Obrazlı şəkidə desək, Azərbaycanın yaşlı təbəqəsinin xeyli hissəsi Sovet dönəmində məhz “uşaq pulu” hesabına böyüyüblər. 2006-cı ildə “uşaq pulu” ləğv edildi və ünvanlı sosial yardım (ÜSY) tətbiq edildi. Son illlər görülən işlərin əhəmiyyətini azaltmadan onu da qeyd etmək lazımdır ki, təcrübə göstərir ki, ÜSY sistemi “uşaq pulu”nu lazımi dərəcədə əvəz edə bilmir, bu sistemdə zaman-zaman korrupsiya halları ifrat dərəcəyə çatıb. ÜSY-ın həqiqətən bu yardıma ehtiyacı olan yoxsul təbəqəyə verilməsi məsələsində ortaya çıxan müəmmalar bu sistemin özünü doğrulda bilməməsi və əsaslı surətdə təkmilləşdirilməyə ehtiyacı olması qənaətinə gəlməyə əsas verir. Seçkiqabağı seçicilərlə görüşlər zamanı bizə olan müraciətlərin say baxımından ən çoxu “uşaq pulu”nun bərpası məsələsilə bağlı idi. Seçicilərin iradədəsinin ifadəsi olaraq biz Milli Məclisdə bu məsələni mütəmadi olaraq qaldırırıq”.
Millət vəkili onu da qeyd etdi ki, sosial sifarişə çevrilmiş “uşaq pulu” məsələsinə hələ də birmənalı münasibət yoxdur:
“Cəmiyyət “uşaq pulu”nun bərpasını istəyir. Ekspertlər də müxtəlif variantlar təklif etməklə uşaq pulunun bərpasının tərəfdarları kimi çıxış edirlər. Ümumi mövqe belədir: elə bir “uşaq pulu” mexanizmi tətbiq edilsin ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Bununla belə, əleyhdarlar da az deyil. “Uşaq pulu” məsələsinə münasibətdə əks arqumentlər arasında 3 məqam daha çox səsləndirilir: Birinci, qeyd olunur ki, “uşaq pulu” əhalinin artımında problem olan ölkələrə xasdır, Azərbaycanda əhali, onsuz da, sürətlə artır, ona görə də “uşaq pulu”na ehtiyac yoxdur. İkinci qrup fikirlər belədir ki, Azərbaycanda, ümumiyyətlə, “uşaq pulu” verilməməsi barədə fikir doğru deyil, çünki dolayısı yollarla müəyyən kateqoriyalara aid uşaqlara müavinət verilir. Üçüncü fikir isə onun maliyyə tutumunun çox böyük olması ilə bağlıdır. Həmin kontekstdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi belədir ki, ölkəmizdə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Bu, bütün uşaqlara şamil edilsə, onların hər birinə, ən aşağı, 100 manat vəsait ödənilsə, məbləğin cəmi 3,3 milyard manat pul edir. “Uşaqpulu” kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı, 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard həcmində vəsait xərclənməlidir”.
Əhalinin artım tempi ilə bağlı olan birinci arqumentlə bağlı millət vəkili bildirib ki, Azərbaycanda əhali artımının tempi həmişə, o cümlədən sovet dönəmində də yüksək olub:
“Həm də sovet dönəmində əhalinin artım tempi indikindən yüksək olub. Buna baxmayaraq, çoxları təsdiq edər ki, hazırkı Azərbaycan əhalisinin yaşlı, nisbətən də orta yaşlı təbəqəsini təmsil edən ailələrin xeyli hissəsi sovet dönəmində “uşaq pulu” alıb. Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olan sahələrin hər birinin tərəqqi səviyyəsi birmənalı şəkildə ailələrə və bu ailələrdə böyüyən dövlətin ən böyük kapitalı olan uşaqlara, onların fiziki, əqli və mənəvi cəhətdən inkişafına birbaşa təsir göstərir. Ona görə də bu məsələyə, sadəcə, uşaqların sayının artması baxış bucağından baxılmamalıdır. Uşaqların sağlamlığının qorunması, sağlam, sıxıntısız, bilikli, rəqabət qabiliyyətli nəsil yetişdirilməsi əsas məqsəd olmalıdır. İkinci məqamla bağlı məbləğin az-çoxluğunu nəzərə almadan onu demək olar ki, həqiqətən də, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaqlara müavinət verilir”.
“Uşaq pulu” verilməsi üçün ümumilikdə 18-35 milyard manat həcmində vəsaitin lazım olmasına dair nazir Sahil Babayevin mövqeyinə gəlincə, Əli Məsimli bildirib ki, sovet dönəmində “uşaq pulu” verilərkən bu işə o vaxtın pulu ilə 35 milyard rubl xərclənmirdi, bu, çox az vəsait hesabına reallaşdırılırdı:
“Əhalinin sayı baxımından isə o vaxtdan indiyə qədər cəmi 2 milyon nəfər artım olub. O vaxtlar əhalinin sayında uşaqların payı daha çox idi, çünki ailədə uşaqların sayı çox idi. İndi ailələrin çoxunda 2 uşaq var, çoxuşaqlı ailələr isə azalıb. Ona görə də indiki şəraitdə uşaq pulu məsləsinə yanaşma üsulundan asılı olaraq bir qədər aşağı-bir qədər yuxarı olmaq şərtilə ildə 0,8-1,6 milyard manatla “uşaq pulu” verilməsinə başlamaq olar. Bu, ÜDM-in 0,9-1,8 faizi intervalında olmaqla, 0,9 faizi ifadə edən birinci rəqəm - Rusiyanın,1,8 faizi ifadə edən ikinci rəqəm isə Avropa İttfaqı ölkələrinin əksəriyyətinin orta statistik səviyyəsinə uyğun bir göstəricidir. Müqayisə üçün qeyd edək ki, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu həmin ailələrdə olan təqribən 200 min ətrafında uşağın da bu yardımdan faydalanmasını təmin edir ki, bunu da uşaqların sayına nisbətdə və hazırkı durumun ağırlığı baxımından məqbul göstərici hesab etmək olmaz. ÜSY üçün ayrılan vəsait ÜDM-in 0,3 faizi səviyyəsində olacaq ki, bu da qeyd etdiyimiz rəqəmlərdən xeyli aşağıdır”.
Millət vəkili qeyd edir ki, ölkədə “uşaq pulu” verilməsi üçün maliyyə mənbəyi - ikinci, üçüncü və s. dərəcəli infrastruktur layihələrinin ertələnməsi, büdcənin investisiya xərclərinin optimallaşdırması, effektiv nəzarət mexanizmi olmadığndan indiyə qədər bir hissəsi korrupsiyanın yeminə çevrilən xərclərinin azaldılması, rüşvətxorluğa, monopoliyaya qarşı mübarizənin gücləndirilməsi, kölgə iqtisadiyytaının dairəsinin daraldılması, şəffaflıq və hesabatlılığın artırılması, eləcə də effektiv nəzarət mexanizminin tətbiqi və sair bu kimi alət və mənbələr hesabına yetərincədir:
“Hesab edirik ki, karantin rejiminin davam etdiyi hazırkı və postpandemiya dövründə bu yöndə getdikcə daha böyük aktuallıq kəsb edən məsələlər arasında uşaq hüquqlarının müdafiəsi məsələsi önə çıxarılmalıdır. Bu məsələdə “uşaq pulu”nun bərpası həlledici rol oynaya bilər. Biz həmişə “uşaq pulu” məsələsinin birdəfəlik həll edilməsinin tərəfdarı olmuşuq. Çünki problemin birdəfəlik həlli ən yaxşı variantdır. Amma hazırda pandemiyanın fəsadlarının və qeyri-müəyyənliklərinin təsiri ilə sosial xərclər sürətlə artır və bu ay, növbəti ay, ondan sonrakı aylarda nə qədər olacağı hələ bilinmir. Hazırkı reallıq belədir ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyytaına çiddi ziyan vurur. Rəsmi açıqlamalara görə, Azərbaycan hər gün 120-150 milyon manatlıq itkilərə məruz qalır. Ona görə də bu il Azərbaycan iqtisadiyyatı proqnozlaşdırdığı 3 faizin ətrafındakı iqtisadi artım, təqribən elə 3 faizin ətrafındaca enmə ilə əvəz oluna bilər. Neftin qiymətinin aşağı düşməsi gəlirlərimizi xeyli azaldıb. Koronavirus pandemiyası işsizlik, yoxsulluk və cinayətkarlığın artması məsələlərini yenidən gündəmin mərkəzi mövzularından birinə çevirib. Həmin problemlərə əks təsir edən amillər içərisində iqtisadi artım templərinin bərpasının sürətləndirilməsi ilə yanaşı, aztəminatlı ailələrin, xüsusən də belə ailələrdəki uşaqların sosial müdafiəsinin gücləndirilməsi məsələsi böyük aktuallıq kəsb edir. Belə şərait “uşaq pulu” kimi kifayət qədər böyük maliyyə tutumlu məsələnin həllini mərhələli (məsələn, məktəbəqədərki yaş və sonrakı yaşlara bölməklə) etməyi və bir müddətdən sonra isə tamlaşdırmağı şərtləndirir. Ona görə də real imkanlar nəzərə alınmaqla “uşaq pulu”na münasibətdə irəli sürülən təkliflərin mərhələli şəkildə tətbiq olunacağı daha real görünür”.
İqtisadçı hesab edir ki, ictimai sifarişə çevrilmiş “uşaq pulu”nun bərpası məsələsi post - pandemiya mərhələsinin sosial siyasətinin mərkəzi mövzularından biri olmalı, bu problemin həlli istiqamətində real nəticələri olan addımlar atılmalıdr:
“Güman edirik ki, Azərbaycanda sosial islahatların mühüm bir elementi olaraq mərhələli şəkildə uşaq pulunun bərpasını müşahidə edə biləcəyik. Bu, yardıma ehtiyacı olanların xüsusən də ekstemal şəraitlərdə ünvanlığının dəqiqləşdiriilməsində, operativliyinin təmin edilməsində mühüm rol oynayacaq, yardıma ehtiyacı olan ailələrin qayğılarının azalmasına, şəffaflığın artmasına, uçot-hesabat sisteminin təkmilləşdirilməsinə güclü təkan verəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-05-2020, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-05-2020, 12:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01