Ağstafa rayonundan bir qrup “Kamaz” markalı yük maşınlarının sürücüləri adından İlham Əliyevə müraciət
Cənab Prezident !
Biz Ağstafa rayon sakinləri Sizin fəalliyətinizdən razıyıq . Respublikamızda bütün sahələrə diqqət və qayğı göstərirsiniz. Siz hər bir azərbaycanlının Prezidentiziniz! Hər çıxışınızda məmurlara, rayon İcra Hakimiyyəti Başçılarına tapşırıq verirsiniz ki, vətəndaşları incitməyin, onlarla yaxşı rəftar edin, problemlərini həll etmək üçün əlinizdən gələni edin.
Hörmətli Cənab Prezident!
Biz bir qrup “Kamaz” sürücüləri bu gün çətin anlar yaşadıq. Ağstafa polis şöbəsinin əməkdaşları xidməti maşınlarıyla səhər saatlarında “Kamaz” markalı yük maşınlarını saxladaraq poliş şöbəsınə gətirdilər. Biz nə baş verdiyini anlamadıq. Çünki adədət bizi Dövlət Yol Polisinin əməkdaşları saxladaraq sənədlərimizi yoxlayır. Biz elə başa düşdük yəqin hardasa “Kamaz” markalı yük maşını cinayət hadisədi törədib və buna görə şübhəli şəxs kimi bizi danışdırmağa aparırlar. Polis şöbəsinə çatanda bizim mobil telefonarımızı əlimizdən alıb dəmir barmaqlıqlar arasına saldılar. Biz nə baş verdiyini soruşanada bildirdilər ki,maşınlarınız çox yüklüdür , halbuki, biz neçə ilin təcrübəli sürücüləri yaxşı bilirik nə qədər yük vurmaq lazımdır. Heç bir tərəziyə qaldırmadan, yükün çəkisini bilmədən belə nəticəyə gəldilər.Bizdən heç bir sənəd də tələb olunmadı. Biz fəhlə sinfi olsaq da qayda qanunları yaxşı bilirik. Bizə bunu iş təcrübəmiz öyrədib.
Cənab Prezident!
Biz etirazımızı bildirdikdə Polis şöbəsinin əməkdaşları bildirdilər ki, bu Ağstafa rayon İcra Hakimiyyəti Başçısı Nizammədin Quliyevin tapşırığıdır. Səhər saat 9-00 da saxlanılan biz sürücülər saat 14-00 da evə buraxdılar. Polis rəisi gələndən sonra bizə tapşırıq verdi ki, bir daha sizi yolda görməyim. Yəni işləməyin.
Bizim hamımız ailə, uşaq sahibiyik. Min bir əziyyətlə maşın almışıq ki, ailəmizi dolandıraq. Hansı haqqla bizim işimizə qadağa qoyulur. Qayda pozmamışıq, sənədlərimiz yerində, maşınlarımız tam şəkildə dövlət standartına uyğundur, yük daşınma hissəsində heç bir artırma, qoşma olunmayıb. Elə isə biz altı saat müddətinə polis şöbəsində nə üçün saxlanıldıq?Əgər bir qayda pozuntusuna yol vermişdiksə bizə yerindəcə qanun qaydası ilə cərimə yazardılar. Cinayətkar kimi bizi niyə dəmir barmaqlıqlar arasında saxladılar. Bu bizə qarşı olan haqsızlıq, hörmətsizlikdir.
Xahiş edirik bizə qarşı olan bu haqsızlığa son qoyulmasına siz qərar verəsiniz. Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk.
Nağıyev Elşən Müseyib oğlu
Əsgərov Ülfət Fərman oğlu
Tel: 0503485573
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-04-2019, 21:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-04-2019, 21:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti