Azərbaycanda tibb işçilərini aldadıb, pullarını az verirlər? - AÇIQLAMA
“Bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizədə tibb işçiləri - həkimlər, tibb bacıları, texniki heyət – indi döyüşün ön sıralarında yerini almış əsgər və zabitləri xatırladırlar. Onlar bizim üçün öz sağlamlıqlarını, həyatlarını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırlar. Nə qədər ağır olsa da, dünyasını dəyişənlər və yoluxanlar arasında bizim həyatımızı qurtarmaq üçün mücadilə verən tibb işçiləri də var. Təcili tibbi yardım briqadasında çalışan həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub. İnsanlığın ən böyük sınaqlardan biri ilə üz-üzə qaldığı bu ağır günlərdə ölkəmizin fədakar tibb işçilərinə hər birimiz minnətdar olmalıyıq və hökümət olaraq onların qayğısını çəkməliyik. Xatırladım ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət bölməsində əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışan tibb işçilərinin orta aylıq nominal əmək haqqı 1 yanvar 2019-cu il tarixə 335,7 manat təşkil edib. Bu məbləğə sosial sığorta və digər ödənişlər də daxildir. Bu il mart ayının 18-də İlham Əliyevin imzaladığı 1947 nömrəli Sərəncamda koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulurdu. Bu sərəncamın icrasını təmin etmək məqsədilə 25 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə edilsin. Lakin mənə edilən müraciətlərdən məlum olur ki, Nazirlər Kabinetinin qərarında sadalanan kateqoriyaya uyğun gələn dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib”.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlunun sözlərinə görə, əmək haqqına əlavələr aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır, bu isə ödəniləcək əlavə məbləğin azaldılmasına hesablanıb: “Çünki həkimlər və tibb işçiləri ay ərzində maksimum 12 is gunu növbədə ola bilərlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi izahat verməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2020, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-05-2020, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11