reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda vergi ödəyicilərinin sayı AÇIQLANDI

reklam

Azərbaycanda vergi ödəyicilərinin sayı AÇIQLANDI


Aprel ayının 1-ə olan məlumata əsasən, Azərbaycanda qeydiyyata alınan vergi ödəyicilərin sayı 993 038-ə çatıb. regionxeberlericom.az-un ONA-a istinadən xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov, hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vergi ödəyicilərin 128 261-i hüquqi şəxs qismində, qalanları isə fiziki şəxs qismində qeydiyyata alınıb.

“Vergi sistemində aparılan islahatlar, vergi məcəlləsində və qanunvericilik aktlarında edilən dəyişikliklər, eyni zamanda, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və inzibatçılığın təkmilləşdirilməsi sayəsində, o cümlədən ƏDV ödəyicilərin sayında da irəliləyiş əldə olunub. Belə ki, cari ilin birinci rübündə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ƏDV ödəyicilərin sayı 4,8 dəfə, təsərrüfatların subyektlərinin obyektlərinin sayı isə 2 dəfəyə yaxın artıb”, - deyə Ə. Məmmədov qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
16-04-2019, 14:48
Sikayət   


loading...
Загрузка...