Ali və Apelyasiya məhkəmələrinə yeni hakimkər təyin ediləcək - Adlar
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.
Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbаsov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Həmçinin iclasda “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ də müzakirə edilib. Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılıb.
Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə edilib.
İclasda bildirilib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sisteminin fəaliyyəti ətraflı təhlil edilib. Apelyasiya instansiyası məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi günün tələbidir. Bunları nəzərə alaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən Ali Məhkəmənin bəzi hakimlərinin Apelyasiya instansiyası məhkəməsinə keçirilməsi məsələsi qoyulub. Beş hakimin Ali Məhkəmədən azad edilərək, onlardan 4-nün Apelyasiya instansiyası məhkəməsində fəaliyyətini davam etdirməsi, bir nəfərin isə birinci instansiya məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir.
Qeyd edilib ki, Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi üçün onun tərkibinin digər təcrübəli kadrlarla möhkəmləndirilməsi məsələsini önəmli hesab edir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə əsasən hüquq sahəsində 20 ildən çox təcrübəyə malik şəxslərin fəaliyyəti nəzərdən keçirilib və 3 nəfərin xüsusi qaydada Ali Məhkəməyə təyin edilməsi məsələsi qaldırılıb. Eyni zamanda Apelyasiya Məhkəməsinə bir sıra hakimin irəli çəkilməsi və 3 hakimin birinci instansiya məhkəməsinə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Layihələr müzakirə edildikdən sonra plenar iclasa tövsiyə edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2020, 18:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-05-2020, 18:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11